FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 15 İyun 2025, 11:45

415
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Bu barədə CityPost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Həmçinin, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin oxuyun
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Həmçinin, Fövqəladə Hallar Nazirliyi çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

AZAL-ın bu şəhərlərə reysləri ləğv edildi
Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) bir sıra reysi ləğv olunub.
16 İyun 2025, 15:25

Qeyri-sabit hava iyunun 18-dək davam edəcək
Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.Citypost.az xəbər verir ki, düşən yağıntının miqdarı Zaqatalada 45, Qaxda 38, Balakəndə 15, Lənkəranda 12, Lerikdə 7, Yardımlı, Tovuzda 4, Ceyrançöl, Şəki, Qusar, Ağstafada 3, Astara, Daşkəsən, Mingəçevirdə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Göygöl, Şəmkir, Şamaxı, Naftalan, Goranboy, Gədəbəy, Gəncə, Şəmkir, Beyləqan, Oğuz, Şahdağ, Qubada 1 mm-dir.Hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18, Mingəçevirdə 15 m/s-yə çatır.Dənizdə dalğanın hündürlüyü 3 metrdir.İyunun 15-i saat 17:35-17:41 radələrində Tovuz rayonunun Əsrikçay-Əsrikcırdaxan...
16 İyun 2025, 12:25

Bakı və Abşeronda 4 gün su kəsiləcək - Qəza olub
Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə Citypost.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.Məlumata görə, işlər yekunlaşdıqdan sonra suyun 20 iyun tarixindən əvvəlki rejimlə verilməsi bərpa olunacaq.
16 İyun 2025, 12:02

Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ olub.Bu barədə Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.Bildirilib ki, zəlzələnin maqnitudası 3,1, dərinliyi 20 km olub.Yeraltı təkan yerli vaxtla 10:32-də qeydə alınıb.
16 İyun 2025, 11:25

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Gəncə-Şəmkir avtomobil yolunun 4-cü kilometrliyində qeydə alınıb.Belə ki, hərəkətdə olan "Ford Tranzit" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.Qəza zamanı 1996-cı il təvəllüdlü K.Əliyev, 1990- cı il təvəllüdlü E. Abdullayev və bir daha qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.
16 İyun 2025, 09:45

Dənizdə dalğanın hündürlüyü 3 metrə çatır - FAKTİKİ HAVA
Hazırda Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatır.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, iyunun 16-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Düşən yağıntının miqdarı Zaqatalada 45, Qaxda 38, Balakəndə 15, Lənkəranda 12, Lerikdə 7, Yardımlı, Tovuzda 4, Ceyrançöl, Şəki, Qusar, Ağstafada 3, Astara, Daşkəsən, Mingəçevirdə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Göygöl, Şəmkir, Şamaxı, Naftalan, Goranboy, Gədəbəy, Gəncə, Şəmkir, Beyləqan, Oğuz, Şahdağ, Qubada 1 mm-dir.Hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18, Mingəçevirdə 15 m/s-yə çatır. Dənizdə dalğanın...
16 İyun 2025, 09:18