Qeyri-sabit hava iyunun 18-dək davam edəcək
Cəmiyyət 16 İyun 2025, 12:25
2898
Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Citypost.az xəbər verir ki, düşən yağıntının miqdarı Zaqatalada 45, Qaxda 38, Balakəndə 15, Lənkəranda 12, Lerikdə 7, Yardımlı, Tovuzda 4, Ceyrançöl, Şəki, Qusar, Ağstafada 3, Astara, Daşkəsən, Mingəçevirdə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Göygöl, Şəmkir, Şamaxı, Naftalan, Goranboy, Gədəbəy, Gəncə, Şəmkir, Beyləqan, Oğuz, Şahdağ, Qubada 1 mm-dir.
Hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18, Mingəçevirdə 15 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü 3 metrdir.
Həmçinin oxuyun
İyunun 15-i saat 17:35-17:41 radələrində Tovuz rayonunun Əsrikçay-Əsrikcırdaxan ərazisinə diametri 12 mm olan dolu düşüb.
Altıağac, Daşkəsən, Qax (Sarıbaş), Şəki, Qrız, Qusar, Lerik duman müşahidə olunur, görünüş məsafəsi 200 m-dək məhdudlaşır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüzədək davam edəcəyi gözlənilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyevin sosial media hesablarında 13-cü Qlobal Bakı Forumu ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial media hesablarında 13-cü Qlobal Bakı Forumu ilə bağlı paylaşım edilib.CityPost.az paylaşımı təqdim edir:
12 Mart 2026, 21:33
Bu gün üçüncü Qədr gecəsidir
Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.CityPost.az xəbər verir ki, üçüncü Qədr gecəsi isə martın 16-da olacaq.Qeyd edək ki, Şəvval ayının 1-i (martın 20-si) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən martın 20, 21-i Azərbaycanda Ramazan bayramıdır.Qədr gecəsi İslam inancına görə, Qurani-Kərimin ilk ayələrinin nazil olduğu müqəddəs gecədir. Bu gecə Qurani-Kərimdə də xüsusi qeyd olunur və min aydan daha xeyirli olduğu bildirilir.Müsəlmanlar inanırlar ki, Qədr gecəsində edilən dua və ibadətlər Allah dərgahında daha çox qəbul olunur, günahların bağışlanması üçün xüsusi mərhəmət qapıları açılır. Bu gecə ənənəvi olaraq Ramazan ayının son on gününün tək gecələrindən...
12 Mart 2026, 21:05
Ötən il 5 min tona yaxın bal istehsal edilib
025-ci ildə Azərbaycanda arıçılıqla məşğul olan 29 456 təsərrüfatda mövcud olan 545,1 min arı ailəsindən 4 757 ton bal, 122,9 ton mum, 7,5 ton vərəmum, 14,9 ton güləm və 254 kq arı südü əldə edilib.Citypost.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Məlumata görə, istehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,5 manat, mumun - 17,7 manat, vərəmumun - 135,3 manat, güləmin - 154,6 manat təşkil etmiş, arı südünün 1 qramının orta satış qiyməti isə 6,8 manat olub.2024-cü illə müqayisədə arı ailələrinin sayı 5,9 %, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2,1 %,...
12 Mart 2026, 17:55
"Azerenerji" 2 milyonluq işlər görəcək
"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti ölkənin enerji infrastrukturunun modernləşdirilməsi çərçivəsində növbəti layihəyə start verir.Citypost.az xəbər verir ki, qurum tərəfindən elan olunmuş satınalma müsabiqəsinə əsasən, "Şəmkir" Su Elektrik Stansiyasında (SES) və stansiyanın dispetçer otağında genişmiqyaslı təmir-tikinti işləri aparılacaq.Yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün 2 milyon 95 min 291 manat vəsaitin ayrılacaq.Layihə çərçivəsində həm stansiyanın texniki binalarının, həm də idarəetmə mərkəzi olan dispetçer otağının müasir standartlar səviyyəsində yenilənməsi nəzərdə tutulur....
12 Mart 2026, 17:37
FHN əməkdaşları atletika yarışında yüksək nəticələr əldə ediblər
Martın 12-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atletika Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib.FHN-dən Citypost.az-a verilən xəbərə görə, yarışda iştirakçılar 60, 400, 800 metr məsafəyə qaçış və uzunluğa tullanma idman növü üzrə mübarizə aparıblar.Yarışda iştirak edən FHN-in əməkdaşları yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, kişilər arasında 60 metr məsafəyə qaçış üzrə yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşı daxili xidmət çavuşu İlkin Əlizadə bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Qadınlar arasında 60 metr məsafəyə qaçış üzrə yarışda Nazirliyin Aparatının əməkdaşı Mələkxanım Məmmədova qızıl, İdman-sağlamlıq klubunun əməkdaşı Zəkiyyə Kərimli isə...
12 Mart 2026, 17:33
Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edib
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdam şəhərində Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.Citypost.az bu barədə nazirliyə istinadən xəbər verir.Qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsi ilə təmin olunma, həmin ərazilərə heyvandarlıq təsərrüfatlarının köçürülməsi, subsidiyaların verilməsi, aqrar sığorta, güzəştli şərtlərlə kredit verilməsi, damazlıq heyvanların lizinqi, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi və digər məsələlərlə bağlı olub.Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi...
12 Mart 2026, 17:09