Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Hadisə 07 İyun 2025, 12:27
4396
Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb, 900-ə yaxın çətənə kolu aşkarlanaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan Mətləb Məmmədov saxlanılıb. Onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 621 ədəd çətənə kolu və 500 qram marixuana aşkarlanıb.
Həmçinin oxuyun
Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər tədbirlər zamanı Elcan Nəzərov, Fazil Ələkbərov və Vüsal Təhməzov da saxlanılıblar. Həmin şəxslərə məxsus həyətyanı sahələrdən isə ümumilikdə 250 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Füzulidə mülkü şəxs minaya düşərək həlak olub
Füzulidə mülkü şəxs minaya düşərək həlak olub.Hadisə Füzuli rayon Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb.Belə ki, Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla mal otararkən texnika əleyhinə minaya düşüb. Nəticədə R. Hacıyev hadisə yerində həlak olub.Faktla bağlı araşdırma başlanıb.
12 Mart 2026, 21:22
Daha bir tiktoker saxlanılıb
Polis daha bir tiktokeri saxlayıb.Citypost.az xəbər verir ki, sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.Tədbirlərlə “TikTok” sosial şəbəkəsində canlı yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismət Nəzərov saxlanılıb. Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.Müvafiq qərarla Ə.Nəzərov inzibati qaydada həbs olunub....
12 Mart 2026, 16:11
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanıldı
Martın 11-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Citypost.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 239, o cümlədən borclu şəxs qismində axtarışda olan 196 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb....
12 Mart 2026, 11:34
Gəncədə atasını qətlə yetirən 17 yaşlı yeniyetmə saxlanılıb
Martın 12-də Gəncə şəhər sakini Elçin Nağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.Gəncə şəhər prokurorluğundan verilən xəbərə görə, ilkin araşdırmalarla E.Nağıyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
12 Mart 2026, 09:34
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Bakıda özəl estetik klinikada əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb.CityPost.az-ın xəbərinə görə, özbək əsilli İqbol Soliyev bir qədər əvvəl polis tərəfindən tutulub.DİN-in Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.Onunla bağlı araşdırma aparılır. Qeyd edək ki, özbək əsilli İqbol Soliyev “Bionurun sahibi” kimi təqdim olunur. Sosial şəbəkədə onun qəbulunda izdiham yaşanması barədə görüntülər yayılıb.
11 Mart 2026, 22:01
Tiktoker “Şiva” həbs edilib
Tiktoker “Şiva” saxlanılıb.APA xəbər verir ki, “TikTok"da əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə "Şiva" adlı səhifəni idarə edən 35 yaşlı Hüseyn Məmmədovu polis saxlayıb.Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.Müvafiq qərarla H. Məmmədov inzibati qaydada həbs edilib.
11 Mart 2026, 20:07