Bizə yazın

Baku

-°C

USD

-

Ər  alimentə görə  keçmiş  arvadını  məhkəməyə  verdi    —    QALMAQAL

Hüquq 16 May 2025, 15:30

23965

Keçmiş həyat yoldaşının məhkəmə qərarlarını icra etməməsindən şikayətçi olan vətəndaş mətbuat vasitəsi ilə aidiyyatı qurumlara müraciət  edib.

CityPost.az  saytına müraciət edən Həmidov Rasim Həmid oğlu bildirib ki, 2022-ci ilin oktyabrında Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək  həyat yoldaşı Həmidova Sevinc Baxşeyiş qızı ilə boşanmaq istədiyini və 3 övladı üçün qarşı tərəfindən aliment tələb etdiyini iddia ərizəsində qeyd edib. Ər arvadını boşaya bilsə də, məhkəmənin kəsdiyi alimenti illərdir ondan ala bilmir.

“2006-cı ildə ailə qurdum.Ailəmizin ilk illərindən evimizdə söz-söhbətlər olurdu.Mən özüm Laçın  rayonundanam.Özümüz Sumqayıt şəhərində məskunlaşmışıq.Həyat yoldaşımla münasibətlərimiz düz gəlmədiyi üçün məhkəmə qaydasında boşandıq.Hələ evliliyimizin davam etdiyi müddətlərdə keçmiş həyat yoldaşım dəfələrlə uşaqları evdə qoyub ata evinə gedirdi.Bu hal dəfələrlə baş verdiyi üçün uşaqlar da artıq yorulmuşdular. 3 uşağı özüm  böyütmüşəm.Bütün baş verənlərdən bezib məhkəməyə müraciət etdim.Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rəşad Qoşqarlının sədrliyi ilə baş tutan məhkəmə prosesində mənim xeyrimə 6 oktyabr 2022-ci il tarixli  qətnamə  qəbul etdi.Məhkəmənin qərarı ilə nikahımız ləğv olundu,3 uşaq mənim himayəmdə qaldı və uşaqların hər biri üçün hər ay  150 (bir yüz əlli) manat olmaqla,ümumilikdə 450 (dörd yüz əlli) manat  miqdarında sabit pul məbləğində alimentin 10.01.2022-ci il tarixdən başlayaraq tutulub mənə verilməsi  barədə məhkəmə qərar verdi.Qətnamədə aliment hissəsində dərhal icra edilməsi qeyd olunsa da,bu günədək məhkəmənin qanuni qüvvəyə minmiş qətnamənin  keçmiş arvadım tərəfindən icra olunmur”,-deyə  şikayətçi  bildirib.

Rasim Həmidovun sözlərinə görə,məhkəmə qərarının icra edilməməsindən dəfələrlə aidiyyatı qurumlara şikayətlər edib,rəsmi şəxslərin qəbullarında olub.Buna baxmayaraq Ədliyyə Nazirliyinin  Sumqayıt şəhəri üzrə icra idarəsinin  və  Ağcabədi  rayon icra və probasiya şöbəsinin icraçıları bu günədək qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməyiblər.

“2022-ci ildə qanuni qüvvəsini almış məhkəmə hökmü niyə icra olunmur?Bu məndə haqlı olaraq müəyyən şübhələr yaradır.Qarşı tərəf alimneti ödəməkdən boyun qaçırmaq məqsədi ilə hər yola əl atır. Mənə şər atırlar ki,guya keçmiş yoldaşım gəlin gələrkən bizə 79 min manatlıq cehiz gətirib.Bizim evimiz 79  minlik cehizi tutacaq halda heç vaxt olmayıb.Bu məntiqə kim inanar?Yalandan deyirlər ki, gəlin gələrkən atası bizə 5 baş inək veribmiş.Alimentin məbləği artdıqca “inəklər”in sayı da da artırıldı...Bunlar hamısı ağ yalandır.Atam özü Xaçmazdan bir nəfərdən inək almışdı.Həmin inəyi də artırıb,kiçik təsərrüfat qurmuşdu. Bu faktı təsdiq edən şahidlər və tərtib edilmiş akt  var. Qarşı tərəfin alimenti ödəməkdən imtina etməsi  üçün uydurduğu bütün bunlar əsası olmayan mənasız bəhanələrdir. Məhkəmə qərarını icra etməkdən yayınmaqdan ötrü gündə min cür  yalan arqumentlər gətirirlər”,-deyə  Rasim Həmidov bildirib.

Sayt məsələ ilə bağlı  araşdırma aparıb.Məlum olub ki,məhkəmə qətnaməsini  qəsdən icra etmədiyinə görə,Həmidova Sevinc Baxşeyiş qızına  cinayət işi açılıb. Həmidov Rasim Həmid oğlu zərərçəkmiş şəxs kimi,Həmidova Sevinc Baxşeyiş qızı isə təqsirləndirilən şəxs kimi tanınıb. İş hazırda Ədliyyə Nazirliyinin İstintaq İdarəsində araşdırılır.Yaxın günlərdə S.Həmidova barədə Azərbaycan CM-nin 306-cı maddəsinin tələblərinə uyğun olaraq açılmış cinayət işi məhkəməyə göndəriləcək.

Sayt işi aparan müstəntiq  Seymur Xəlilovla əlaqə saxlayıb.Müstəntiqin sözlərinə görə,Rasim Həmidov İdarəyə dəvət olunub,ona hüquqları izah olunub və qarşı tərəfə məhkəmə qərarını qəsdən icra etmədiyinə görə cinayət işi açılıb. Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəhrəm Cəfərovun ifadəsi alınmaqla cinayət işinə əlavə edilib.Hazırda istintaq prosesi davam edir”,-deyə müstəntiq bildirib.

Sayt  qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməsi üçün təhkim edilmiş Ağcabədi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru,II dərəcəli  ədliyyə qulluqçusu Bəhram Cəfərovla da əlaqə saxlayıb. İcra məmuru bildirib ki,Həmidova Sevinc Baxşeyiş qızı qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyi üçün barəsində akt tərtib olunub,iki dəfə 500 manat olmaqla cərimə edilib..İş hazırda Ədliyyə Nazirliyinin İstintaq İdarəsindədir.

Sayt iddialarla bağlı qarşı tərəfin də mövqeyini öyrənib.

Sevinc Həmidovanın qardaşı Rəhim Həmidovun sözlərinə görə,bacısı alimenti ödəmək durumunda deyil.

“Bacım hazırda xəstədir.Atam da dünyasını dəyişdi.Hazırda bacımın maddi durumu acınacaqlıdır.İşsiz kimi qeydiyyata düşüb.Bacımın onlarda cehizi qalıb.Onu tələb edirik.Sənədləri məhkəməyə də təqdim etmişik.Laçın Rayon Məhkəməsində hakim Cavad İbrahimovun icraatındadır”,-deyə Rəhim Həmidov bildirib.

CityPost.az    məsələnin hüquqi tərəfinə də diqqət yetirib.

Mövzu ilə bağlı saytımıza açıqlama verən vəkil Şəms Mirzəyeva bildirib ki,alimenti ödəməkdən imtina edən şəxsin hüquqi məsuliyyəti yaranır.

“Aliment ödəməli olan şəxs tərəfindən bu və ya digər səbəbdən alimentin ödənilməməsi İcra Haqqında AR Qanununa əsasən məcburi icra tədbirlərinin tətbiqinə səbəb ola bilər. Belə ki, həmin şəxsin əmlakı və ya bank hesabları üzərinə həbs qoyula bilər, onun ölkədən çıxışı məhdudlaşdırıla bilər və s. Məhkəmənin artıq qanuni qüvvəyə minmiş qərarı mövcuddursa lakin şəxs onu icra etməkdən qəsdən və ya qərəzli şəkildə boyun qaçırırsa, bu artıq inzibati hüquq pozuntusudur. Bununla bağlı AR İXM 528-ci maddəsinə əsasən şəxs 500 manatdan 1000 manata qədər cərimə oluna bilər və ya 1 ayadək inzibati qaydada həbs oluna bilər. Eyni zamanda məhkəmə qərarlarının üzrsüz səbəbdən icra olunmaması cinayət məsuliyyətinə də səbəb ola bilər. Bununla bağlı şəxs AR CM 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu zaman şəxs 2000 manatdan 4000 manatadək cərimə, islah işləri, ictimai işlər, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilər. AR Ailə Məcəlləsinə əsasən valdeynlərin uşaqlarına münasibətdə aliment öhdəliklərini icra etməməsi valideynlik hüququndan məhrumetməyə belə səbəb ola bilər”,-deyə vəkil Şəms Mirzəyeva bildirib.

Sayt məsələni diqqətdə saxlayacaq.

Hazırladı: Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nikah zamanı borcların və gəlirlərin bərabər bölünməsi: Qanunvericilik izahı  

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, nikah dövründə ər və arvadın maliyyə məsələləri yalnız gəlirlərlə məhdudlaşmır. Eyni zamanda, hər iki tərəf nikah zamanı yaranan borclara da bərabər məsuliyyət daşıyır. Yəni, əgər ər və ya arvad müəyyən borc götürüb və ya kreditlərə imza atıbsa, həmin borcun yarısı digər tərəfə də aid edilir.Citypost.az xəbər verir ki, bu prinsip nikahın birgə iqtisadi həyat prinsiplərinə əsaslanır və həm şəxsi, həm də birgə aktivlər və öhdəliklərin bərabər payda bölünməsini təmin edir. Beləliklə, nikah dövründə hər iki tərəf maliyyə baxımından həm hüquqi, həm də maliyyə məsuliyyətini paylaşır.Qanun bunu xüsusi olaraq nəzərdə tutur ki, boşanma və ya nigahın pozulması...

03 Mart 2026, 12:09

Hamiləlikdə boşanma mümkündür - QANUN nə deyir?

Ailə Məcəlləsinə əsasən, hamiləlik dövründə qadın öz iradəsi ilə boşanmaq üçün məhkəməyə müraciət edə bilər. Yəni, 6 aylıq hamilə olan xanımın boşanmaq üçün müraciəti qanunla mümkündür və məcburi şəkildə ər ilə razılaşması tələb olunmur.Citypost.az xəbər verir ki, Qanun kişilərə isə müəyyən məhdudiyyət qoyur: ər hamiləlik dövründə və uşağın doğulmasından bir il ərzində boşanmaq üçün yalnız qadın müraciət edə bilər; bu müddət ərzində ər tərəfdən boşanma müraciəti mümkün deyil.Beləliklə, hamilə qadının boşanmaq hüququ tanınır və hamiləliyin müddətindən asılı olmayaraq qanuni əsasda müraciət edə bilər.Əli...

02 Mart 2026, 17:26

Ata uşağı ilə görüş hüququ: Bazar günü ilə məhdudlaşmır  

Məhkəmə bir ataya uşağı ilə görüşmək üçün bazar günü, misal üçün, səhər saat 10-dan axşam saat 6-dək icazə veribsə, bu valideynlər arasında razılıq çərçivəsində həyata keçirilir. Ana bu razılığa etiraz etmirsə, hər şey qanuni hesab olunur.Citypost.az xəbər verir ki, lakin gündəlik həyatda, məsələn, uşaq məktəbdən gedib gələrkən atasının uşağını qısaca öpməsi, görüşməsi də qanuni hüquq çərçivəsindədir. Yəni, ata yalnız bazar günü ilə məhdudlaşmır və uşağı ilə normal qarşılıqlı əlaqə qurmaq hüququna malikdir.Qeyd olunur ki, valideynlər arasında hüquq münaqişəsi olmadığı halda, polis və digər mühafizə orqanlarının müdaxiləsi qanuni deyil. Hüquqi müdaxilə yalnız uşağa qarşı zorakılıq, əxlaqsız hərəkət və ya xəsarət halları...

02 Mart 2026, 12:17

Özəl klinika “pul gətir, əməliyyat edim” deyə bilərmi? – Hüquqi vəziyyət  

Son zamanlar bir çox vətəndaş özəl klinikalarda əməliyyat üçün tələb olunan depozit və ya qabaqcadan ödənişlərlə bağlı problemlərlə üzləşir. Misal üçün, bir xəstə müəyyən əməliyyatı dövlət xəstəxanasında edə bilmədiyi üçün özəl klinikaya müraciət edir. Lakin klinika əvvəlcədən yüksək məbləğ tələb edir və depozit yatırılmasa, əməliyyatın edilməyəcəyini bildirir.Citypost.az xəbər verir ki, hüquqşünasların açıqlamasına görə, belə hallar qanunsuz sayılır. Həkim və ya klinika sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, əsas məqsəd insan sağlamlığını qorumaqdır. Bu səbəbdən tibbi xidmət göstərməkdən imtina etmək və xəstəyə qabaqcadan pul ödənişi tələb etmək hüquqi cəhətdən düzgün deyil.Qanunvericiliyə görə, tibbi xidmət iki növə ayrılır: planlı və plandan kənar....

26 Fevral 2026, 15:58

Alimentin azaldılması hansı hallarda  mümkündür? 

Ailə münasibətlərində ayrılıqdan sonra aliment məsələləri tez-tez mübahisələrə səbəb olur. Misal üçün ailə qurduğu şəxsdən ayrılan bir qadına 300 manat aliment müəyyən edilmişdi. İndi uşağın atası məhkəməyə müraciət edərək alimentin azaldılmasını tələb edib. Məhkəmə ayın 18-də keçiriləcək. Bu müddət ərzində borcun yığıldığı iddiası da gündəmə gəlir.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirir ki, qanuna görə, aliment məbləğinin azaldılması yalnız ciddi əsaslar olduqda mümkündür. Xüsusilə uşağın xərclərinin artması və ya valideynin maddi vəziyyətində ciddi dəyişikliklər varsa, məhkəmə qərar verə bilər. Əks halda, əvvəlcədən müəyyən olunmuş məbləğ qalır.Mütəxəssislər həmçinin məhkəməyə təqdim olunacaq etiraz ərizəsinin düzgün əsaslandırılmasının vacibliyini vurğulayır. Orada uşağın xərclərinin necə qarşılandığı...

26 Fevral 2026, 13:02

Ata bütün evləri oğluna verir, qızın hüquqları nə olur?  

Bir çox valideynin əmlakını övladları arasında bölüşdürməsi bəzən mübahisələrə səbəb olur. Məsələn, ata adına bir neçə ev varsa və bütün evləri oğluna bağışlayırsa, qızın hüquqları necə qorunur?Citypost.az xəbər verir ki, hüquqi baxımdan, Azərbaycan qanunvericiliyi məcburi pay hüququnu təmin edir. Yəni, ata vəsiyyətnamə ilə bütün əmlakını oğluna versə belə, qızın da məcburi payı qalır. Məsələn, əmlakın ümumi dəyəri 100 000 manatdırsa, oğul və qız arasında yarı-yarı pay nəzərdə tutulubsa, qızın 25 000 manatlıq pay hüququ həmişə qorunur.Əmlak bağışlanması halında da hüquq sistemi müəyyən müddət ərzində müdaxilə imkanı verir. Belə ki, bağışlanmış əmlakın 2 il ərzində irsi iddia qaldırmaq mümkündür. Bu müddət...

25 Fevral 2026, 14:45