Bizə yazın

Baku

-°C

USD

-

Sabah yağış yağacaq 

Cəmiyyət 12 Oktyabr 2025, 13:04

3730

Oktyabrın 13-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda və Abşeron yarımadasında duman olacaq, külək əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan olacaq

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 1-5, gündüz 5-10 dərəcə isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Faciəvi şəkildə ölən qardaşlar - Fotolar 

Biləsuvardakı dəhşətli qəzada həlak olanlardan ikisi qardaşdır.“Qafqazinfo”nun məlumatına görə, Vasif Həsənli bir neçə aydır əsgərlikdən gəlibmiş.Rusif Həsənli isə ailəli idi.Bəydili kənd sakini olan Əliqardaş Rəsulzadə isə yaxın günlərdə hərbi xidmətə gedəcəkmiş.

07 Dekabr 2025, 13:22

Beyləqanda avtoqəzada bir nəfər ölüb, daha iki nəfərin vəziyyəti ağırdır 

Bu gün saat 19:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Bu barədə CityPost.az-ın  sorğusuna cavab olaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasından bildirilib.1968-ci il təvəllüdlü şəxsə və 1972-ci il təvəllüdlü şəxsə kəllə beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.Xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb....

06 Dekabr 2025, 22:01

Tahir Qarayev vəzifəsindən azad edildi 

Samux Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev işdən azad olunub.CityPost.az  Qafazinfo.az-a istinadən xəbər verir ki, T.Qarayev öz ərizəsi ilə işdən ayrılıb.O, səbəb olaraq səhhətində yaranan problemləri göstərib.Məlumat üçün bildirək ki, T.Qarayev 20 ildən artıq sözügedən vəzifədə çalışıb.

06 Dekabr 2025, 20:30

Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM 

Prezident İlham Əliyev peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.CityPost.az  xəbər verir ki, Sərəncamda deyilir:"Əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıran yüksəkkeyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasına mühüm töhfə verir. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə qəbul edilmiş bir sıra sənədlərdə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapmışdır.Ölkənin dinamik inkişafı və əmək bazarının dəyişən tələbləri əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaqla yanaşı, bu tələbatın ödənilməsinə imkan verən müasir standartlara...

05 Dekabr 2025, 17:00

Azərbaycanda 18 həkim işləyə bilmək üçün rüşvət verib - SİYAHI VƏ MƏBLƏĞLƏR  

Ötən ilin elə bu ayı ölkə gündəmini zəbt edən rüşvətlə plastik cərrahiyəyə icazə verilməsi işi üzrə artıq məhkəmə istintaqı başlayıb. Qanunsuz tibbi fəaliyyətə şərait yaradılmasına görə Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı - nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova ittiham olunur. Onlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət məsuliyyətinə cəlb ediliblər.“Qafqazinfo” məsələnin hələ də gündəmdə qalmasını nəzərə alaraq cinayətin necə həyata keçirildiyini və kimlərdən rüşvət alındığını öyrənib. Xəbərin davamında rüşvət qarşılığında...

05 Dekabr 2025, 16:48

Adnan Əhmədzadə ilə Vahid Ələkbərovu - Nə birləşdirir? 

Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoyl” şirkətinin həmtəsisçisi Vahid Ələkbərovla gizli əlaqələri ortaya çıxıb.“Qafqazinfo” xəbər verir ki, bu barədə “VÇK-OQPU” nəşrində dərc olunmuş məqalədə qeyd edilir.Bildirilir ki, bu ilin sentyabr ayında Əhmədzadə Bodrumda azərbaycanlı iş adamı Ələkbərovun “Genesis” yaxtasında “Lukoyl” şirkətinin təsisçisinin ad günü mərasimində iştirak edib. Bu isə onun Rusiya oliqarxının etibar etdiyi şəxs olması versiyasını gücləndirir.Bundan başqa, A. Əhmədzadə V. Ələkbərovla əlaqəli şəkildə 108 milyon dollar dəyərində “Galactica Super Nova” superyaxtasını öz adına qeydiyyatdan keçirməkdə şübhəli bilinir.Belə ki, 2022-ci ilin aprelində Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilmiş Ələkbərova məxsus yaxta müsadirə olunmaması üçün Aralıq dənizindəki...

05 Dekabr 2025, 16:06