Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədrini qəbul edib 

Siyasət 06 Oktyabr 2025, 11:54

6488

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.

CityPost.az  xəbər verir ki, söhbət zamanı dövlət başçısının Binəli Yıldırımla görüşləri, həmçinin onun ölkəyə səfərləri məmnunluqla xatırlanıb.

Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğulayıb ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da türk dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini verməyə davam edəcək.

Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunulub, ölkədə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə daha da genişlənməsi qeyd edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ədalət Verdiyev: ABŞ-ın İrana hava zərbəsi ehtimalı artır

Hərbi ekspert Ədalət Verdiyev ABŞ və İranla bağlı son paylaşımları şərh edib.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, Donald Trump tərəfindən İran xəritəsinin ABŞ bayrağı ilə paylaşılması və paralel olaraq Recep Tayyip Erdoğana təşəkkür mesajı göndərilməsi diqqətçəkən məqamdır.Ekspertin sözlərinə görə, Trampın bundan əvvəl də İrana hücumdan bir gün əvvəl Türkiyə prezidentinə təşəkkür etdiyi xatırlanır. O, həmçinin ABŞ administrasiyasının aparat rəhbəri tərəfindən B-2 bombardmançılarının uçuşu ilə bağlı paylaşıma da diqqət çəkib.Ədalət Verdiyev qeyd edib ki, oxşar paylaşımın əvvəlki İranla bağlı əməliyyatdan bir gün öncə də edildiyi nəzərə alınarsa, bu, sabah ABŞ tərəfindən İrana hava zərbələri endirilməsi ehtimalını artıran göstərici kimi qiymətləndirilə...

25 May 2026, 10:34

Nadir Azəri: WUF13 Bakını qlobal dialoq mərkəzinə çevrildiyini bir daha təsdiqlədi

“Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu və qlobal təşəbbüslərdə artan rolunu bir daha nümayiş etdirdi. Forum yalnız şəhərsalma sahəsində mühüm platforma kimi deyil, eyni zamanda beynəlxalq dialoq, əməkdaşlıq və qlobal həmrəyliyin təşviqi baxımından da mühüm siyasi əhəmiyyət daşıyan tədbir kimi yadda qaldı”.Bu fikirləri Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.Nadir Azəri qeyd edib ki, WUF13 Bakının artıq beynəlxalq tədbirlərin keçirildiyi adi məkan deyil, qlobal qərarların, strateji yanaşmaların və mühüm müzakirələrin aparıldığı etibarlı siyasi platformaya çevrildiyini növbəti dəfə təsdiqlədi: “Azərbaycan paytaxtı bu forum...

25 May 2026, 09:55

M.Əsədullazadə: “Moskva Ukraynanın əsas strateji hədəfinə çevrilir”

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Rusiyanın Kiyev şəhərinə həyata keçirdiyi son kütləvi raket hücumlarını şərh edib.Citypost.az xəbər verir ki, ekspert sosial şəbəkə hesabında yazıb ki, Rusiyanın “Oreşnik” və “İsgəndər” raketləri ilə Kiyevə endirdiyi zərbələr Ukraynanın son dövrlərdə intensivləşən hərbi hücumlarına cavab xarakteri daşıyır.Onun sözlərinə görə, Rusiyanın Kiyevdə mülki obyektləri hədəfə alması əsasən Ukraynanın artan hücumlarının qarşısını almağa və rəsmi Kiyevi müəyyən güzəştlərə məcbur etməyə hesablanıb.Məhəmməd Əsədullazadə bildirib ki, Qərbin dəstəyi fonunda Ukraynanın hücum imkanları daha da genişlənir. O qeyd edib ki, United States tərəfindən Ukraynaya yeni silah partiyalarının göndərilməsi müharibənin miqyasını və dağıdıcı potensialını artırır.üharibə artıq...

25 May 2026, 09:25

Taleh Şahsuvarlı: Özgür Özəl CHP-də yeni mərhələnin simvoluna çevrilir 

Türkiyədə müxalif düşərgədə baş verən proseslər siyasi dairələrdə geniş müzakirə olunur. Citypost.az xəbər verir ki, Məsələ ilə bağlı siyasi şərhçi Taleh Şahsuvarlı sosial şəbəkə hesabında diqqətçəkən fikirlər səsləndirib.Onun sözlərinə görə, Kemal Kılıçdaroğlu yenidən partiya rəhbərliyindən uzaqlaşdırılmasa, Cumhuriyet Halk Partisi mövcud böhrandan çıxa bilməyəcək.Ekspert qeyd edib ki, qarşıdakı iki ay ərzində partiyanın yenidən qurultay keçirməsi və Kılıçdaroğlunun partiyadan uzaqlaşdırılması vacib görünür. Bununla belə, o, belə bir ssenarinin reallaşacağına inamın zəif olduğunu vurğulayıb.Taleh Şahsuvarlı bildirib ki, partiyanın bütün maddi-texniki resursları və hüquqi strukturları hazırda Kılıçdaroğlunun imzasından asılı vəziyyətdədir. Bu səbəbdən Özgür Özel komandasının qərargahlar, büdcə, nəqliyyat vasitələri və təbliğat imkanlarından istifadəsinin məhdudlaşdırılacağı...

25 May 2026, 08:02

Avropa Parlamentinin deputatları qurumun Azərbaycanla bağlı siyasətini tənqid ediblər

Avropa Parlamentinin bir qrup deputatı təşkilatın Azərbaycanla əməkdaşlığı dayandırmasına səbəb olan hərəkətlərini tənqid ediblər."Report"un Avropa bürosunun məlumatına görə, dünən axşam Strasburqda Avropa Parlamentinin plenar iclasının sonunda Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq və "Euronest"dən çıxmaq barədə qərarı gündəliyə çıxarılıb.Xüsusilə, Avropa Parlamentinin "Euronest"dəki nümayəndə heyətinin rəhbəri Sergey Laqodinski Bakını çıxma qərarını yenidən nəzərdən keçirməyə çağırıb. O qeyd edib ki, ölkə "Şərq tərəfdaşlığı" çərçivəsində regional dialoqun mühüm hissəsi olaraq qalır və onun Qara dəniz strategiyası, nəqliyyat əlaqəsi, energetika, rəqəmsal infrastruktur və regionda qarşılıqlı əməkdaşlıq layihələri üzrə müzakirələrdə iştirakı zəruridir.Deputatların bir hissəsi çıxışlarında açıq şəkildə bildiriblər ki, Avropa İttifaqının və Avropa Parlamentinin...

22 May 2026, 09:56

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında çıxış edib

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclası keçirilib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.Spiker Sahibə Qafarova iclasda çıxış edərək, müzakirə olunan mövzularla bağlı fikirlərini bildirib. O, Şura iclası gündəliyinin 3-cü bəndi ilə bağlı danışaraq deyib ki, Assambleyanın fəaliyyətinin əsas istiqamətlərindən biri MDB iştirakçı dövlətlərində keçirilən seçkilər və referendumlarla bağlı monitorinq fəaliyyətinin həyata keçirilməsidir. Milli Məclisin sədri qeyd edib ki, seçkilər hər bir ölkənin həyatında onun gələcək inkişafını müəyyən edən ən vacib hadisələrdən biridir. İstənilən seçkidə obyektiv müşahidə missiyası seçkilərin şəffaflıq və demokratiklik dərəcəsinin qiymətləndirilməsində çox...

22 May 2026, 09:12