Bizə yazın

Baku

-°C

USD

-

Sevinc Həmidova barədə məhkəmə hökm çıxardı  

Hadisə 24 Sentyabr 2025, 14:51

9142

O,1 il 6 ay müddətinə  cəzaya məhkum edildi.

Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün  Rasim Həmidovun  şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət  işinin   başlanması və  253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumat vermişdik.

Bildiririk ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun  keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə  Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin topladığı materiallar baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.

24 sentyabr  2025-ci il tarixdə   Ağcabədi Rayon Məhkəməsində  hakim Etibar  Quliyevin  sədrliyi ilə  1(017)-78/2025  saylı  cinayət işi üzrə  məhkəmənin dördüncü - sonuncu  iclası  baş tutub. 

Lakin,Rasim Həmidov səhhətində olan problemlərlə və keçirdiyi psixoloji gərginliklə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinə, qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirkar barədə  hökm çıxarılmasına dair hakim Etibar Quliyevə teleqram yollayıb.

Sumqayıt Şəhər  Məhkəməsinin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması  üçün hər ay,hər  uşağa  görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin ,yazılanlara görə aliment ödəməli olan S.Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki,qətnaməni  icra etməməkdən ötrü  süni əngəl  törətməklə  müxtəlif cür bəhanələr gətirib.

Qeyd edək ki, Ağcabədi Rayon Məhkəməsinin 28.03.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Borclunun olduğu yer müəyyən edilmədiyindən icra məmurunun 02.12.2022-ci və 12.04.2023-cü il tarixli qərarları ilə axtarışla şöbəyə gətirilmiş S.Həmidova Ağcabədi Rayon Məhkəməsinin 25.01.2023-cü 10.09.2024-cü il tarixli qərarları    ilə hər biri 500 manat olmaqla iki dəfə inzibati qaydada cərimə edilmişdir.

Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyev aliment ödəməkdən imtina edən Sevinc Həmidova barədə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Müşərrəfxanım 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var 

Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.Belə ki, hərəkətdə olan üç avtomobil toqquşub. Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.

13 Avqust 2026, 21:21

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlayıb 

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlayıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.Rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.Araşdırmalar davam etdirilir.

11 Avqust 2026, 15:54

Kürdə batan 17 yaşlı qız Azərbaycan çempionu imiş... – TƏFƏRRÜAT

Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatları məlum olub.Citypost.az xəbər verir ki, suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş.Qızın nənəsi Gülnaz Məmmədova bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib:“Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girdi”.Nənəsi onu da bildirib ki, nəvəsi idmançıdır, bir neçə yarışın qalibi olub. O, Gülnazın bu il 11-ci sinfi bitirdiyini də deyib.Qeyd edək ki, Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub. Sonuncu...

10 Avqust 2026, 14:23

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb 

Avqustun 8-nə keçən gecə Rusiyanın Krasnodar diyarı və Samara vilayəti dron hücumlarına məruz qalıb.RBC-Ukraine OSINT kanallarına istinadən xəbər verir ki, hücumlar nəticəsində İlsk və Sızran neft emalı zavodlarında yanğın baş verib.Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev vilayətdəki sənaye müəssisələrindən birinin dron hücumuna məruz qaldığını təsdiqləyib. Onun sözlərinə görə, hadisə yerində operativ xidmətlər çalışır.Krasnodar diyarının operativ qərargahı isə İlsk NEZ-in ərazisinə dron qalıqlarının düşdüyünü bildirib:“Pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində İlsk neft emalı zavodunda yanğın baş verib. İlkin məlumata görə, beş nəfər xəsarət alıb”, – deyə məlumatda bildirilir....

08 Avqust 2026, 12:50

Məşhur futbolçu silahlı hücumda öldürüldü

Uqandanın paytaxtı Kampala şəhərində tanınmış futbolçu silahlı hücumun qurbanı olub. "Villa" futbol klubunun kapitanı Devid Ovori avqustun 4-ü axşam saatlarında Makindaye rayonunda, yaşadığı evin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.Citypost.az lent.az-a istinadla xəbər verir ki, "Daily Monitor" qəzetinin məlumatına görə, 27 yaşlı futbolçu ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, ertəsi gün səhər saatlarında vəfat edib.Devid Ovori Uqanda futbolunun aparıcı oyunçularından biri hesab olunurdu. Müdafiəçi və yarımmüdafiəçi mövqelərində çıxış edən futbolçu 2024-cü ildə "Villa" klubunun Uqanda çempionu olmasında həlledici rol oynayıb. Həmin çempionluq klubun son 20 ildə qazandığı ilk titul olub.2026-cı ilin may ayında isə Ovori Uqanda Kubokunun ən...

06 Avqust 2026, 17:49

İran parlamenti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edəcək 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesinin yaxın vaxtlarda İran parlamentində həyata keçiriləcəyini bildirib.Bəqai həftəlik mətbuat konfransında məsələ ilə bağlı sualı cavablandırarkən deyib ki, sənəd imzalanıb, onun hüquqi, siyasi və digər aspektləri üzrə araşdırmalar aparılıb.Onun sözlərinə görə, Konvensiya iyulun 22-də İran hökuməti tərəfindən təsdiqlənərək parlamentə təqdim olunub və yaxın vaxtlarda parlamentdə ratifikasiya mərhələsindən keçməsi nəzərdə tutulur.XİN sözçüsü vurğulayıb ki, İran beynəlxalq sənədlərə qoşularkən bütün aspektləri nəzərə alaraq diqqətlə qərar verir və bu proses sözügedən Konvensiya ilə bağlı da həyata keçirilib.Bəqai qeyd edib ki, sənədin parlament tərəfindən təsdiqlənməsi Xəzəryanı dövlətlər arasında əməkdaşlığın inkişafına...

03 Avqust 2026, 13:24