Bakıda gömrükçünün qətlə yetirilməsinin təfərrüatı məlum oldu
Hadisə 13 Oktyabr 2025, 13:40
4763
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı, Suraxanı rayon sakini Ayxan Mustafayevin qətlə yetirilməsinin təfərrüatı bəlli olub.
CityPost.az Teleqraf-a istinadən xəbər verir ki, A.Mustafayev 17 yaşlı yeniyetmə tərəfindən anasına görə qısqanclıq zəminində öldürülüb.
Hadisə Suraxanıda A.Mustafayevə məxsus mağazanın qarşısında baş verib. Evdə anasının ağladığını görən gənc bıçaq götürərək sözügedən obyektə yollanıb və orada A.Mustafayevi bıçaqlayıb.
Hazırda işlə bağlı istintaq Suraxanı Rayon Prokurorluğu tərəfindən aparılır.
Həmçinin oxuyun
Qeyd edək ki, hadisə oktyabrın 11-də baş verib. Əmircan qəsəbəsində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Fəxrəddin oğlu Mustafayev qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov saxlanılıb.
1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Neftçalada 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
Neftçala rayonunda 38 yaşlı qadın dəm qazından zəhərlənərək həyatını itirib.Hadisə Neftçala rayonunun Qoltuq kəndində qeydə alınıb.Belə ki, 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.
14 Mart 2026, 20:09
Tramp göstəriş verdi: İranda bu hədəflər tamamilə məhv edildi
ABŞ Silahlı Qüvvələri İranın Xarq adasında yerləşən hərbi obyektlərinə güclü zərbə endirib.CityPost.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.“Az əvvəl mənim göstərişimlə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Yaxın Şərq tarixində ən güclü bombardmanlardan birini həyata keçirdi və İran üçün strateji əhəmiyyət daşıyan Xarq adasındakı bütün hərbi hədəflər tamamilə məhv edildi”, – deyə ABŞ prezidenti qeyd edib....
14 Mart 2026, 09:55
Bakıda qudalar arasında dava: Nişan pozuldu
Bakının Xəzər rayonunda qudalar arasında yaranan mübahisə dava ilə nəticələnib.Teleqraf-ın əldə etdiyi məlumata görə, Goranboy rayon sakini, 1977-ci il təvəllüdlü Namiq Bağırov oğlunun nişanlısının anası Tamaradan (ad-soyad şərti verilib – red.) 1000 manat məbləğində borc alıb.Daha sonra borcun qaytarılması ilə bağlı aralarında narazılıq olub. Onların mübahisəsi dava-dalaşla nəticələnib.Bağırovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə ittiham elan edilib.Bağırov izahatında bildirib ki, sonuncu dəfə təxminən 5 ay əvvəl Tamaranın evində olub: “Tamaradan pulu oğlum Sərxan faizlə götürüb. Həmin pul faizlə də geri qaytarılıb. Bu hadisələrdən sonradan məlumatım olub. Sərxan ilə Tamaranın qızı nişanlı olublar. Lakin həmin nişan pozulub”.Təqsirləndirilən şəxs deyib ki,...
13 Mart 2026, 17:28
Antik əşyalar oğurlayan şəxslər saxlanılıb
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən mənzillərdən oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.Daxili İşlər nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Citypost.az verilən məlumata görə, tədbirlərlə 2 fərdi yaşayış evindən ümumi dəyəri 7750 manat olan müxtəlif növ məişət əşyaları, o cümlədən antik əşyalar və 1000 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.Polis əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində şəhər ərazisində avtomobillərdən , eləcə də obyektlərdən mobil telefon və pul oğurlayan keçmiş məhkum Naib Əliyev də saxlanılıb. Araşdırmalarla N. Əliyevin ümumilikdə 15-ə yaxın mağaza və avtomobildən oğurluq etdiyi müəyyən olunub. Həmçinin saxlanılan şəxsdən psixotrop maddə olan metamfetamin də...
13 Mart 2026, 14:00
“Brent” neftinin qiyməti artıb
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin may müqaviləsinin dəyəri 0,02% artaraq 1 barelə görə 100.48 ABŞ dolları təşkil edib.CityPot.az-ın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin aprel ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,30% azalaraq 95.44 ABŞ dollarına bərabər olub.
13 Mart 2026, 09:36
Füzulidə mülkü şəxs minaya düşərək həlak olub
Füzulidə mülkü şəxs minaya düşərək həlak olub.Hadisə Füzuli rayon Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb.Belə ki, Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla mal otararkən texnika əleyhinə minaya düşüb. Nəticədə R. Hacıyev hadisə yerində həlak olub.Faktla bağlı araşdırma başlanıb.
12 Mart 2026, 21:22