Bizə yazın

Baku

-°C

USD

-

Türkiyədə məşhur müğənnilər həbs olunub

Dünya 08 Oktyabr 2025, 10:24

6933

Türkiyəli müğənni İrem Derici narkotikdən istifadəni təbliğ etməkdə ittiham olunur.

CityPost.az   xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, 38 yaşlı müğənni İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində jandarma qrupları tərəfindən Şişlidəki evində saxlanılıb.

Onun vəkili Ayşegül Mermer müğənninin saxlanmasını təsdiqləyib.

“İrem Dericinin ifadə verməsi üçün jandarma bölməsinə gedirik. Hələlik məsələ ilə bağlı rəsmi məlumat almamışıq. Proses aydınlaşdıqca ictimaiyyətə məlumat veriləcək”, - vəkil qeyd edib.

***

Son məlumata görə, İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə əməliyyat keçirilib.

Əməliyyat çərçivəsində daha bir neçə tanınmışın saxlanıldığı bildirilir. Onların arasında Birce Akalay, Simge Sağın, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evgar Babataş, Deren Talu, Derin Talu, Dilan Polat, Engin Polat, Duygu Özaslan Mutaf, Engin Polat, Feyza Altun, Hadise Açıkgöz, İrem Derici, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Metin Akdülger, Özge Özpirinçci, Zeynep Meriç Aral Keskin, Ziynet Sali də var.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb 

Moldova Respublikası Xarici İşlər Nazirliyi Lopatna kəndi yaxınlığında baş verən hadisəni pisləyib. Belə ki, naməlum pilotsuz uçuş aparatı bu ölkənin ərazisinə düşərək partlayıb.AZƏRTAC xəbər verir ki, nazirliyin bəyanatına görə, bu cür obyektlərin Moldova hava məkanında icazəsiz uçuşu və ya ölkə ərazisinə düşməsi “milli təhlükəsizliyə təhdid, dövlətin suverenliyinin və ərazi bütövlüyünün pozulması” deməkdir.Nazirlik, həmçinin bildirib ki, bu insident Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibənin yaratdığı riskləri, eləcə də onun regional təhlükəsizliyə və qonşu ölkələrə təsirini bir daha üzə çıxarır”.Moldova XİN qeyd edib: “Moldova Respublikası ölkənin və əhalisinin təhlükəsizliyini təmin etmək üçün sülhə, təhlükəsizliyə və vətəndaşlarının müdafiəsinə sərmayə qoyaraq, müdafiə qabiliyyətini və...

08 İyun 2026, 13:00

Moldova ərazisində PUA qalıqları aşkar edilib 

Moldova Milli Ordusunun müşahidə və transsərhəd əməkdaşlıq sistemləri Mixaylovka-Lopatna istiqamətindən pilotsuz uçuş aparatının (PUA) dövlət sərhədini keçdiyini qeydə alıb."Report" xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin məlumatında deyilir.Lopatna yaşayış məntəqəsi yaxınlığındakı kənd təsərrüfatı sahələrində PUA qalıqları aşkar edilib."Hadisə yerində aşkar edilmiş izlər daha əvvəl partlayışın baş verdiyini göstərir. Dronun mənşəyini və insidentin başvermə şəraitini müəyyən etmək üçün tapılmış fraqmentlər araşdırılır. Qeyd edək ki, bu gecə Rusiya dron və raketlərdən istifadə edərək Ukraynaya kütləvi hücum həyata keçirib", - məlumatda bildirilib....

08 İyun 2026, 11:27

Roma Papası İspaniya parlamentində çıxış edəcək və zorakılıq qurbanları ilə görüşəcək

Roma Papası XIV Leo İspaniyaya səfəri çərçivəsində bazar ertəsi günü İspaniya parlamentində çıxış edəcək və ruhanilər tərəfindən cinsi istismara məruz qalan qurbanlarla görüşəcək.Citypost.az FRANCE24.com-a istinadən xəbər verir ki, Madridə səfər edən Papa XIV Leo-nun parlamentdəki çıxışı onun İspaniyaya səfərinin əsas siyasi və ictimai gündəm hadisələrindən biri kimi qiymətləndirilir. Katolik Kilsəsinin rəhbərinin bu addımı nadir hallarda baş verən diplomatik praktikalar sırasında yer alır.İspaniya mediasının məlumatına görə, zorakılıq qurbanları ilə görüş qapalı formatda keçiriləcək. Lakin bəzi qurban birlikləri görüşə dəvət olunmadıqlarını bildirərək narazılıq ifadə ediblər.“İnfancia Robada” (Oğurlanmış Uşaqlıq) dərnəyinin sözçüsü Xuan Kuatrekasas bu qərarı tənqid edərək, Papanın yalnız müəyyən qruplarla görüşməsinin reallığın...

08 İyun 2026, 11:02

Husilər Təl-Əvivə hücum və Qırmızı dəniz qadağası elan etdi

Husilər Təl-Əviv ərazisinə raket zərbələri endirdiyini və İsrail gəmilərinin Qırmızı dənizdən keçməsinə qadağa qoyduqlarını elan etdilərCitypost.az xəbər verir ki, Yəmən Ənsar Allah hərəkatının nümayəndələri Təl-Əviv bölgəsindəki hədəflərə raket zərbəsi endirildiyini və İsrail gəmilərinin Qırmızı dənizdən keçməsinə tamamilə qadağa qoyulduğunu elan etdilər."Yəmən silahlı qüvvələri işğal olunmuş Yaffa (Tel-Əviv nəzərdə tutulur) ərazisində İsrail düşməninin mühüm hədəflərinə raket zərbələri endirib. Raketlər hədəfləri dəqiq vurub", - deyə açıqlamada bildirilir.Bundan əlavə, hərəkat nümayəndələri Qırmızı dənizdə İsrailin tam dəniz blokadasını elan etdilər. Onların sözlərinə görə, bundan sonra həmin su ərazisində İsraillə əlaqəli hər hansı bir hərəkat hərbi hədəf hesab ediləcək.Əli...

08 İyun 2026, 10:56

ABŞ İordaniyadakı vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ Dövlət Departamenti raket və pilotsuz uçuş aparatlarının İordaniya hava məkanına daxil olması ilə bağlı xəbərdarlıq yayıb və ölkədəki ABŞ vətəndaşlarını təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,  Dövlət Departamentinin yaydığı açıqlamada raket və dronların İordaniya hava məkanında müşahidə edildiyi bildirilib.“Əldə olunan məlumatlar göstərir ki, dronlar və raketlər İordaniya hava məkanındadır. Dərhal sığınacaq axtarın, qapalı məkanlarda qalın və yerli hakimiyyət orqanlarının elan və xəbərdarlıqlarına əməl edin”, – deyə açıqlamada qeyd olunub.ABŞ rəsmiləri vəziyyəti yaxından izlədiklərini və zərurət yaranacağı təqdirdə əlavə məlumat verəcəklərini bildiriblər.Xəbərdarlıq İran və İsrail arasında yenidən alovlanan qarşıdurma fonunda edilib. Məlumata görə, tərəflər arasında...

08 İyun 2026, 10:54

İran Səudiyyə Ərəbistanındakı hava bazasına hücum iddialarını təkzib edib  

İran Səudiyyə Ərəbistanının əl-Xərc hava bazasına hücum etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.Citypost.az İran KİV-lərinə istinadən xəbər verir ki,İran tərəfindən sözügedən hərbi obyektə heç bir raket və ya digər silahlı hücum həyata keçirilməyib.Məlumata görə, bundan əvvəl Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti fövqəladə hallar barədə xəbərdarlıq sistemi vasitəsilə əl-Xərc əyalətində yaşayan əhaliyə potensial təhlükə ilə bağlı xəbərdarlıq göndərib.Səudiyyə Ərəbistanı rəsmiləri hadisə ilə bağlı hələlik hər hansı ölkənin və ya tərəfin adını çəkməyiblər. Bununla belə, bir sıra beynəlxalq media orqanları yayılan məlumatları İran və İsrail arasında son günlər müşahidə olunan qarşılıqlı hücumlar fonunda qiymətləndiriblər.Hazırda hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.Əli...

08 İyun 2026, 10:52