Bizə yazın

Baku

-°C

USD

-

Əhmədzadənin həbsinin şok pərdəarxası:Rusiya kəşfiyyatı ilə... 

Cəmiyyət 22 Sentyabr 2025, 10:42

6017

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə SOCAR-ın keçmiş yüksəkçinli rəhbərlərindən biri olan Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ona qarşı iqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə ittihamları irəli sürülüb.

CityPost.az   "AzPolitika" ya istinadən xəbər verir ki, məhkəmədə elan olunan ittihamlara görə, Əhmədzadənin fəaliyyəti Azərbaycanın maliyyə maraqlarına ciddi zərbə vurmaqla yanaşı, ölkənin iqtisadi sabitliyini də hədəfə alıb. Onun barəsində seçilən həbs qətimkan tədbiri istintaqın gedişini təmin etmək üçün atılmış zəruri addım kimi qiymətləndirilir.

Neft qalmaqalı və beynəlxalq rezonans

Mətbuatda yayılan məlumata görə, Adnan Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

"Daha da sensasion iddiaya görə, Əhmədzadənin bu hərəkəti Rusiya kəşfiyyatı ilə birgə törətməsinə dair şübhələr mövcuddur. Mənbələr bildirir ki, bu hadisə ilə Azərbaycan dövlətinə həm maliyyə, həm də siyasi ziyan vurulması hədəflənib. Hökumət dairələrindən verilən informasiyaya görə, bu həbslə yanaşı, Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və sui-istifadə hallarına qarşı mübarizə gücləndirilir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur", - deyə musavat. com bildirilib.

Xatırladaq ki, 2025-ci ilin iyul ayında Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə – xlorid aşkarlanmışdı. Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan bu maddəyə görə bir müddət Ceyhan limanından ixrac dayandırılmışdı. "BP-Azərbaycan" həmin iddiaları təkzib etsə də, Rumıniya mətbuatı yerli hüquq-mühafizə orqanlarına istinad edərək, neftə xloridin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığı barədə məlumat yaymışdı. Rusiya tərəfi bu iddialarla bağlı heç bir açıqlama verməmişdi.

Dünya mətbuatında yayılan şərhlərə görə, məqsəd həm Azərbaycana maddi zərər vurmaq, həm də tərəfdaş ölkələrlə münasibətlərə xələl gətirmək olub. Həmin vaxt BTC kəməri ilə Qazaxıstan neftinin nəqli də müvəqqəti dayandırılmış, yalnız ötən həftə bərpa olunmuşdu.

İndi isə Adnan Əhmədzadənin məhz bu prosesdə iştirak etməsi və “Azeri Light” neftini digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması, həmin vaxtdan bəri şübhə doğuran məqamları daha da gücləndirib.

Adnan Əhmədzadənin Rusiya kəşfiyyatı ilə əlaqələri olub?

Qeyd edək ki, İstintaq materiallarına dair yayılan iddialarda ən sensasion məqam təbii ki, Əhmədzadənin Rusiya kəşfiyyatı ilə əlaqələrinin olması ehtimalıdır. Hətta onun Azərbaycanın bəzi vəzifəli məmurları ilə Rusiya xüsusi xidmət orqanları arasında vasitəçi rolunu oynadığı, gizli məlumatların ötürülməsində iştirak etdiyinə dair də iddialar yayılıb.

Bu iddialar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Ancaq iddialara əsasən, məhz bu fəaliyyət ifşa olunduqdan sonra təkcə Əhmədzadə deyil, onunla əlaqəli bəzi digər məmurlar da saxlanılıb. Onların adlarının da yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.

Əgər bu faktlar rəsmi təsdiqini tapsa, Əhmədzadəyə qarşı təkcə iqtisadi cinayətkar kimi deyil, həm də vətənə xəyanət ittihamı ilə hökm çıxarılması gündəmə gələ bilər.

Enerji sektorunda təmizlənmə: xarici təsirlərin ifşası və bəzi güc mərkəzlərinin çöküşü

Hadisə təkcə bir şəxsin həbsi ilə məhdudlaşmır. Hökumət dəhlizlərində bu prosesi ölkənin enerji sektorunda aparılan şəffaflıq və təmizlənmə kampaniyasının bir hissəsi kimi təqdim edirlər. Çünki son illər Azərbaycanın beynəlxalq enerji bazarındakı etibarı həm iqtisadi, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyır.

Məlumdur ki, Azərbaycan nefti təkcə iqtisadi gəlir mənbəyi deyil, həm də geosiyasi təsir aləti kimi mühüm rol oynayır. Bu səbəbdən də enerji sektorunda baş verən hər hansı korrupsiya, sui-istifadə və ya təxribat faktı ölkənin beynəlxalq mövqelərinə birbaşa təsir göstərir.

Əhmədzadənin həbsi həm də Azərbaycan-Rusiya münasibətlərinin fonunda diqqətlə izlənilir. Çünki ittihamların mərkəzində Moskvanın xüsusi xidmət orqanlarının izi dayanır.

Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-da rəhbər vəzifələrdə çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes dairələri ilə əlaqələr qurub. Onun dəbdəbəli həyat tərzi, şou-biznes və idman aləmi ilə sıx münasibətləri dəfələrlə medianın gündəminə çıxıb.

Lakin bu dəfə ictimaiyyət onun adını tam fərqli kontekstdə eşidir. Artıq söhbət bahalı tədbirlərdən və şəxsi imicdən yox, dövlətin iqtisadi təhlükəsizliyinə qarşı təxribat və xəyanət ehtimalından gedir.

Adnan Əhmədzadənin həbsi Azərbaycanın enerji sektorunda uzun illərdən bəri yığılıb qalan problemlərin, eyni zamanda xarici təsirlərin yeni mərhələdə ifşası kimi qiymətləndirilir. Bu hadisə həm daxili korrupsiya ilə mübarizə, həm də xarici təhlükələrin neytrallaşdırılması baxımından mühüm siqnal hesab olunur.

Növbəti günlərdə açıqlanacaq yeni faktlar bu qalmaqalın hüdudlarını daha da genişləndirə bilər. Əgər Rusiya kəşfiyyatı ilə əlaqələr rəsmi şəkildə sübuta yetirilərsə, bu, təkcə bir iş adamının deyil, Azərbaycanın enerji sektorunda illərlə möhkəmlənmiş bəzi güc mərkəzlərinin də çöküşünü sürətləndirə bilər.

Rəsmi Bakı hansı mesajları verəcək?

Eyni zamanda, Adnan Əhmədzadənin həbsi həm də regional geosiyasi oyunların bir fraqmenti kimi qiymətləndirilə bilər. Hadisənin mümkün nəticələri bir neçə istiqamətdə özünü göstərə bilər.

Əvvəla, rəsmi Bakı enerji bazarındakı etibarlı partnyor imicini bir daha təsdiqləmiş olacaq. Azərbaycan uzun illərdir Avropanın mühüm enerji tərəfdaşıdır. “Azeri Light” neftinin keyfiyyətinə dair şübhələr və təxribat iddiaları beynəlxalq bazarlarda ölkəyə inamı zəiflədə bilərdi. Lakin hökumətin sərt addımlar atması və bu məsələdə rolu olan məsul şəxsləri ifşa etməsi, əksinə, tərəfdaşlara Azərbaycanın şəffaflıq və etibarlılıq siyasətinə sadiqliyini göstərmək imkanı yaradır.

İkincisi, ittihamlarda Moskvanın xüsusi xidmət orqanlarının adının hallanması, Azərbaycan-Rusiya münasibətlərini yeni gərginlik mərhələsinə daşıya bilər. Əgər ittihamlar sübut olunarsa, bu, Kremlin regiondakı nüfuzuna ciddi zərbə olacaq. eyni zamanda Azərbaycanın istənilən məsələdə kənar müdaxiləri neytrallaşdırmaq qüdrətində olduğunu göstərəcək.

Üçüncüsü, Əhmədzadə və onunla birgə hərəkət edən dəstənin ifşası fonunda Azərbaycan Avropa ölkələrinə və beynəlxalq enerji şirkətlərinə "təhlükəsizlik və etibarlılıq” mesajı verməyə çalışacaq. Bu, Qərblə əməkdaşlığı dərinləşdirə, xüsusilə də enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolunu gücləndirə bilər.

Dördüncüsü, əgər istintaq nəticəsində digər yüksək vəzifəli şəxslərin də məsuliyyəti üzə çıxarsa, bu, daxili siyasi mühitdə kadr dəyişiklikləri və yeni anti-korrupsiya dalğası ilə nəticələnə bilər. Rəsmi Bakı bununla bir daha heç kimin toxunulmaz olmadığı, dövlətə xəyanət edənlərin kimlərə və haralara bağlı olmasından asılı olmayaraq həbsdən yaxa qurtara bilməyəcəyi mesajını verə bilər.

Hər halda müxtəlif mənbələrin yaydığı məlumatlar yaxın günlərdə Rusiyanın toruna düşmüş başqa "balıqların" ifşasını və həbsini də gözləməyə əsas verir. Gözləyək!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı iddialar araşdırılır 

“9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə sosial şəbəkələrdə iddialar yayılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  bildirilib ki, daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb."Hazırda DİN-in aidiyyəti baş idarəsi tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələrinə əsasən xüsus olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək", məlumatda deyilir....

14 Noyabr 2025, 19:41

Azərbaycanda növbəti torpaq hərracları elan edilib 

Dekabrın 17-də Azərbaycanın müxtəlif regionlarında 19 torpaq hərracı keçiriləcək.CityPost.az  bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.Hərraclar Dövlət Xidmətinin Mingəçevir, Bərdə, Xaçmaz, Cəlilabad və Şəki ərazi şöbələrində təşkil olunacaq. Satışa bələdiyyə orqanlarına məxsus 19 torpaq sahəsi çıxarılacaq.Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

14 Noyabr 2025, 17:30

Azərbaycan Kiyevdəki səfirliyinin atəşə tutulması ilə bağlı Rusiyaya nota verib 

Azərbaycan Ukraynanın paytaxtı Kiyevdəki səfirliyinin atəşə tutulması ilə bağlı Rusiyaya nota verib.CityPost.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.Qeyd olunub ki, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov XİN-ə çağırılıb.Bildirilib ki, görüş zamanı, noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu...

14 Noyabr 2025, 16:08

Səidə Haqverdiyevanın əri tanınmış şəxsin oğlu imiş  

 Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva sosial şəbəkə hesabına paylaşım edib.O,Rəşad Əhmədzadə ilə yollarını ayırdığını və boşanmaq üçün müraciət etdiyini bildirib.“Rəşad Əhmədzadə mənim üçün dünyanın ən yaxşı həyat yoldaşıdır. Evli olduğumuz 10 il müddətində həmişə yaxşı həyat yoldaşı olub. Qayğıkeşliyi, ədaləti və xeyirxahlığı ilə məni özünə heyran edib. Onun kimi bir insandan ayrılmaq mənim üçün çox çətindir. Amma buna məcburam. Beş ilə yaxındır ki, məhz mənə görə, müxtəlif bəhanələrlə həyat yoldaşıma mənəvi təzyiqlər göstərilir və səhhətində ciddi problemlər yaranıb. Boşanıram ki, artıq onu rahat buraxasınız və məsələlərinizi şəxsimlə həll edəsiniz.R.Əhmədzadə mənim bu addımımı xoş qarşılamasa da seçimimə hörmətlə...

14 Noyabr 2025, 15:58

Təhlükə potensiallı obyektlərlə əlaqədar Koordinasiya Komissiyasının tərkibi genişləndirilib 

Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının tərkibi genişləndirilib.CityPost.az   məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Komissiyanın üzvləri sırasına daxil edilib.

14 Noyabr 2025, 15:48

Xalq artisti Sərdar Fərəcov Manaf Ağayevi rüsvay etdi...  

Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru,Xalq artisti Sərdar Fərəcov Lent.az-a geniş müsahibə verib.CityPost.az  xəbər verir   ki,O,bildirib ki,Xalq artistləri Bəstəkarlar İttifaqının qurultayına dəvət edilmirlər.Görkəmli bəstəkar Zərdar Fərəcov daha sonra deyib:"Sənət sənətkar üçündür.Böyük sənətkarların qiymətini də sənətkar verə bilər.Müəyyən  kütlənin hansısa bir mahnıdan zövq alması mümkündür.Sənət olan yerdə sözsüz ki,təhlil də lazımdır.Yalnız, düşünən insanlar bunu edə bilir.Yoxsa,Üzeyir bəyin "Sevgili canan" ı ilə Manaf Ağayevin oxuduqlarını bir tərəziyə qoymaq olmaz axı...İndi meydanı veriblər Manafa...Toy müğənniləri bizə mədəniyyət verə bilməz.Hamı istəyir,böyütdüyü uşaqların mənəviyyatı təmiz olsun".Müşərrəf...

14 Noyabr 2025, 14:24