Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub  

Hadisə 11 Aprel 2025, 09:19

1116

Aprelin 10-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağdamda qadını ilan sancıb 

Ağdamda qadını ilan sancıb.Hadisə rayonun İmamqulubəyli kəndində baş verib.Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü Quliyeva Naibə Mönsum qızını yaşadığı evin həyətində zəhərli ilan sancıb. O, Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.Xəstəxanadan əldə olunan məlumata görə, yaralının vəziyyətində dəyişikliklər olmasa o Paytaxtda yerləşən taksologiya mərkəzinə köçürülə bilər.

09 May 2025, 20:15

Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib 

Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilib.Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Yolçuyev Anar Elmar oğlu, Məlikli Reyhan Mirbala qızı, Aslanov Zamiq Qurbanəli oğlu və Zaxarov Elşən Musa oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar...

08 May 2025, 15:20

"Şərurlu İsfəndiyar"ın ölkədən çıxışına qadağa qoyulması və məhkəməyə məcburi gətirilməsi üçün vəsatət verilib 

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. “Report”un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə İsfəndiyar Axundov iştirak etməyib. Şikayətçi Emil Səməndərovun vəkili Asim Abbasov İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsi və ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib.  Vəkil  deyib ki, təqsirləndirilən İsfəndiyar Axundovun məhkəmədə iştirak etməsi onun vəzifəsi olduğu halda, məhkəməyə hörmətsizlik edərək üzrlü səbəb olmadan prosesdə iştirak etməyib. Məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar verib. Növbəti proses mayın 13-ə təyin olunub. Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb. Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov...

08 May 2025, 15:12

Vətəndaşların bank kartlarından daha 30 min manatdan çox vəsait oğurlanıb 

Vətəndaşların bank kartlarından mayın 7-də 30 min manatdan çox pul oğurlanıb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.Məlumatda gələn hər zəngə və mesaja qarşı diqqətli olmaq, bank kartı məlumatlarını paylaşmamaq tövsiyə olunub:"Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar".Məlumatda qeyd edilib ki, mayın 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 12082, 5000, 4010, 2800, 2800, 1980, 1182, 1041, 1014, 999, 900, 730, 560,...

08 May 2025, 10:26

Astarada yolda sürüşmə və çökmə baş verib 

İntensiv yağışlar Astarada yolda sürüşmə və çökmələrə səbəb olub.CityPost.az-ın verdiyi xəbərə görə, son günlər intensiv yağışlardan sonra Astara rayonunun ucqar dağ kənd yollarında çökmələr və uçqunlara səbəb olub.Uçqun və çökmələr əsasən Pensər – Toradi avtomobil yolunda, rayonun Hamuşam kənd ərazi vahidliyinə daxil olan kəndlərdə müşahidə olunur. Qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə tökülüb, nəticədə avtomobillərin hərəkəti üçün problemlər və təhlükələr yaranıb.Kənd sakinlərin sözlərinə görə, yolda tez – tez belə halların baş verməsinə baxmayaraq, problem qısa müddətdə öz həllini tapır.Qeyd edək ki, sinoptiklər havanın hələ bir neçə gün də dəyişkən olduğunu proqnozlaşdırırlar....

07 May 2025, 09:25

Maştağada qadın öldürüldü - Qayınatası saxlanıldı 

Bakıda qətl hadisəsi baş verib.Citypost.az  Oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.Qəsəbə sakini Ağaəli Əliyev evində gəlini Dürdanə Əliyevanı bıçaqlayıb. D.Əliyeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə ailə münaqişəsi zəminində baş verib.Qətli törətməkdə şübhəli bilinən A.Əliyev şübhəli şəxs qismində saxlanılıb.

05 May 2025, 19:43