Orduxan da prokurorluğa çağırıldı - Barəsində həbs qərarı var
Hadisə 17 Aprel 2025, 15:38

1003
Bəbirov Orduxan Teymurxan oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Citypost.az-ın məlumatına görə, təqsirləndirilən şəxsə izah edilir ki, o, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə mayın 16-sı saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasına gəlməlidir.
Bildirilib ki, 202006049 nömrəli cinayət işi üzrə Bəbirov Orduxan Teymurxan oğlunun Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “Youtube” və “Facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.
Bəbirov Orduxan Teymurxan oğlu istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 07 sentyabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun
Orduxan Bəbirova izah edilir ki, ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir. Müdafiəçidən istifadə etmək istədiyi halda, müdafiəçi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməlidir.
Cinayət-Prosessual Məcəllənin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Orduxan Bəbirova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
Qeyd edək ki, daha əvvəl Baş Prokurorluq Qurban Məmmədov, Tural Sadıqlı, Orxan Ağayev, Süleyman Süleymanlı, Elşad Abdullayev və digərlərinin İstintaq İdarəsinə çağırılması barədə də məlumat yayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilib.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Yolçuyev Anar Elmar oğlu, Məlikli Reyhan Mirbala qızı, Aslanov Zamiq Qurbanəli oğlu və Zaxarov Elşən Musa oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar...
08 May 2025, 15:20

"Şərurlu İsfəndiyar"ın ölkədən çıxışına qadağa qoyulması və məhkəməyə məcburi gətirilməsi üçün vəsatət verilib
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. “Report”un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə İsfəndiyar Axundov iştirak etməyib. Şikayətçi Emil Səməndərovun vəkili Asim Abbasov İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsi və ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib. Vəkil deyib ki, təqsirləndirilən İsfəndiyar Axundovun məhkəmədə iştirak etməsi onun vəzifəsi olduğu halda, məhkəməyə hörmətsizlik edərək üzrlü səbəb olmadan prosesdə iştirak etməyib. Məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar verib. Növbəti proses mayın 13-ə təyin olunub. Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb. Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov...
08 May 2025, 15:12

Vətəndaşların bank kartlarından daha 30 min manatdan çox vəsait oğurlanıb
Vətəndaşların bank kartlarından mayın 7-də 30 min manatdan çox pul oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Məlumatda gələn hər zəngə və mesaja qarşı diqqətli olmaq, bank kartı məlumatlarını paylaşmamaq tövsiyə olunub:"Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar".Məlumatda qeyd edilib ki, mayın 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 12082, 5000, 4010, 2800, 2800, 1980, 1182, 1041, 1014, 999, 900, 730, 560,...
08 May 2025, 10:26

Astarada yolda sürüşmə və çökmə baş verib
İntensiv yağışlar Astarada yolda sürüşmə və çökmələrə səbəb olub.CityPost.az-ın verdiyi xəbərə görə, son günlər intensiv yağışlardan sonra Astara rayonunun ucqar dağ kənd yollarında çökmələr və uçqunlara səbəb olub.Uçqun və çökmələr əsasən Pensər – Toradi avtomobil yolunda, rayonun Hamuşam kənd ərazi vahidliyinə daxil olan kəndlərdə müşahidə olunur. Qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə tökülüb, nəticədə avtomobillərin hərəkəti üçün problemlər və təhlükələr yaranıb.Kənd sakinlərin sözlərinə görə, yolda tez – tez belə halların baş verməsinə baxmayaraq, problem qısa müddətdə öz həllini tapır.Qeyd edək ki, sinoptiklər havanın hələ bir neçə gün də dəyişkən olduğunu proqnozlaşdırırlar....
07 May 2025, 09:25

Maştağada qadın öldürüldü - Qayınatası saxlanıldı
Bakıda qətl hadisəsi baş verib.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.Qəsəbə sakini Ağaəli Əliyev evində gəlini Dürdanə Əliyevanı bıçaqlayıb. D.Əliyeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə ailə münaqişəsi zəminində baş verib.Qətli törətməkdə şübhəli bilinən A.Əliyev şübhəli şəxs qismində saxlanılıb.
05 May 2025, 19:43

Azad edilmiş ərazilərdə daha 51 mina, 504 PHS aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (28.04.2025 - 04.05.2025) açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) CityPost.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 32 piyada əleyhinə mina, 19 tank əleyhinə mina, 504 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 1 416,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib....
05 May 2025, 11:47