Bizə yazın

Baku

-°C

USD

-

Rasim Həmidova işgəncə verənlər məsuliyyətə cəlb ediləcəklər   

Hadisə 19 Sentyabr 2025, 15:03

2222

O  Fuad Ələsgərovun qəbulunda oldu.

 Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun  iddiasına görə onun Xızı Rayon Polis Şöbəsində müstəntiq  Əsəd Məmmədovun və rəis müavini Məhəmməd Qarayevin iştirakı ilə  döyülməsi,işgəncələrə məruz qalması və aldığı zərbələr nəticəsində sağ qolunun  sındırılması ilə bağlı məlumat vermişdik.Rasim Həmidov və atası 92 yaşlı Həmid Həmidov baş verənlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə,Azərbaycan Respublikasının Birinci vitse - prezidenti Mehriban xanım Əliyevaya, İnsan Haqları Üzrə Müvəkkil,Ombudsman Səbinə Əliyevaya ,Daxili işlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə Xızı Rayon Polis Şöbəsində işgəncə verərək onunla qeyri-insani rəftar edənlərin tapılaraq qanunamüvafiq qaydada məsuliyyətə cəlb olunmaqla cəzalandırılmaqlarına göstəriş verilməsinə dair  müraciət ünvanlayıb.

CityPost.az  xəbər verir   ki,dünən,18 sentyabr 2025-ci il tarixdə  Rasim Həmidov  Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri  Fuad Ələsgərovun qəbulunda olub. O,qəbul zamanı ətrafında baş verənlərlə bağlı məlumat verərək ,barəsində Xızı Rayon Polis Şöbəsində başlanmış araşdırmanın  digər rayon polis idarəsinə verilməsini   və  Xızı Rayon Polis Şöbəsində  ona işgəncə verən  şəxslərin  məsuliyyətə cəlb olunmasını  xahiş edib.R.Həmidov Polis Şöbəsində  onu döyən şəxslərə dair  məlumat verməklə yanaşı   xəsarət almasına dair həkim rəylərini,epiqrizləri və rentgen çıxarışlarını təqdim edib. Görüş zamanı Fuad Ələsgərov Rasim Həmidovun işgəncə yolu ilə qolunu sındıraraq xəsarət yetirən şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirib.

Xatırladaq ki, Rasim Həmidovun  şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət  işinin   başlanması və  253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumat vermişdik.

Bildiririk ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun  keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə  Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin topladığı materiallar baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.

03 sentyabr  2025-ci il tarixdə   Ağcabədi Rayon Məhkəməsində  hakim Etibar  Quliyevin  sədrliyi ilə  1(017)-78/2025  saylı  cinayət işi üzrə  məhkəmənin üçüncü  iclası  baş tutub. 

Lakin,Rasim Həmidov səhhətində olan problemlərlə və keçirdiyi psixoloji gərginliklə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinə, qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirkar barədə  hökm çıxarılmasına dair hakim Etibar Quliyevə teleqram yollayıb.

Növbəti məhkəmə prosesi bu ilin  sentyabrın 24-nə təyin olunub.

Sumqayıt Şəhər  Məhkəməsinin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması  üçün hər ay,hər  uşağa  görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin ,yazılanlara görə aliment ödəməli olan S.Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki,qətnaməni  icra etməməkdən ötrü  süni əngəl  törətməklə  müxtəlif cür bəhanələr gətirib.

Qeyd edək ki, Ağcabədi Rayon Məhkəməsinin 28.03.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Borclunun olduğu yer müəyyən edilmədiyindən icra məmurunun 02.12.2022-ci və 12.04.2023-cü il tarixli qərarları ilə axtarışla şöbəyə gətirilmiş S.Həmidova Ağcabədi Rayon Məhkəməsinin 25.01.2023-cü 10.09.2024-cü il tarixli qərarları    ilə hər biri 500 manat olmaqla iki dəfə inzibati qaydada cərimə edilmişdir.

Lakin, məhkəmədən bir gün öncə Rasim Həmidov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  15 iyul 2025-ci il tarixdə,səhər saatlarında saxlanılmışdır.Rasim Həmidov 21 iyul axşam saatlarında  Xızı Rayon Polis Şöbəsindən buraxılıb.

Rasim Həmidovun atası Həmid Həmidovun iddiasına görə,oğlunun heç bir günahı yoxdur. O, keçmiş arvadı Sevinc Həmidovanın qohumlarının sifarişi əsasında saxlanılaraq  Xızı Rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb.

Məsələni dəqiqləşdirmək üçün CityPost.az Rasim Həmidovun özü ilə əlaqə saxlayıb.O,deyib:”Xızı Rayon Polis Şöbəsində polis polkovnik-leytenantı Məhəmməd Qarayevin iştirakı ilə mənə insana yaraşmayan isgəncələr verdilər.Sağ qolum zərbələrin təsirindən sındı.Orada məndən keçmiş arvadım Sevinc Həmidovaya qarşı açdığım aliment iddiasını geri götürməyimi tələb edirdilər.Zor gücünə məndən guya döyülmədiyimə və işgəncə almadığıma dair izahat aldılar və  xəbərdar etdilər ki,baş verənlər barədə şikayətçi olsam,yenidən tutacaqlar.Mən cənab Prezident İlham Əliyevə,Daxili işlər naziri Vilayət Eyvazova,Ombudsman Səbinə Əliyevaya,Baş prokuror Kamran Əliyevə müraciət etmişəm ki,Xızı Rayon Polis Şöbəsində barəmdə başlanmış heç bir əsası olmayan qondarma araşdırmanın mükəmməl və ədalətli aparılması üçün yaşadığım Sumqayıt şəhəri və ya istənilən neytral digər rayon polis idarəsinə həvalə edilsin.Daxili işlər naziri Vilayət Eyvazova ünvanladığım müraciətlə bağlı 18  sentyabr  2025-ci il tarixə DİN-ə dəvət olunsam da,Nazirliyin əməkdaşı Rəşad Qurbanovla dediyinə  görə,  məzuniyyətdə olduğu üçün görüşümüz baş tutmadı.Lakin,Azərbaycan Respublikası Prezidenti Administrasiyasnın Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda oldum.Fuad müəllimdən çox razıyam.O,müvafiq sənədləri məndən qəbul etdi və Xızı Polis Şöbəsində məni döyərək,qolumu sındıranların məsuliyyətdən kənar qalmaycaqlarını dedi”.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov CityPost.az saytına açıqlamasında  həmin şəxsin saxlanılmasını təsdiqləyib. Lakin,işgəncə iddialarını təkzib edərək, hələlik Rasim Həmidov ətrafında müvafiq araşdırmalar aparıldığını bildirmişdi.

Xatırladaq ki,Sevinc Həmidovanın keçmiş əri cavabdeh Rasim Həmidova qarşı qızıl-zinyət,cehiz əşyalarının,iri və xırda buynuzlu mal-qaranın və ya onların dəyərinin qaytarılması,birgə nikah dövründə əmlakın əldə edilməsinə sərf edilmiş pul vəsaitinin tərəflər arasında bölüşdürülməsi və pul tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsi (hakim Cavad İbrahimov) 29 may 2025-ci il tarixdə  2(047)293/2025 saylı qətnamə çıxarmışdır.

Məhkəmə qətnaməsinə görə,R.Həmidov S.Həmidovaya onun iddia etdiyi  kimi  79 min manat deyil,5 min manat pul və ya qətnamədə göstərilən əşyaları natura şəklində qaytarmalıdır.Qətnamədən narazı qalan hər iki tərəf Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriblər.Verilmiş apellyasiya  şikayətlərinə dair məhkəmə prosesinin nə zaman başlayacağı hələlik bəlli deyil.

Laçın Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli n 2 (047)293/2025 saylı qətnaməsindən S.Həmidovanın nümayəndəsi (qardaşı) Rəhim Baxşeyiş oğlu Həmidov tərəfindən verilən appelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (Hakim Tofiq Heydərov) qərardad çıxarıb.

Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Laçın Rayon Məhkəməsinə qaytarılıb.Rəhim Həmidov apellyasiya şikayətindəki  göstərilən nöqsanları aradan qaldırmaqla Şirvan Apellyasiya Məhkəməsinə yenidən müraciət edib. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda gömrükçünün qətlə yetirilməsinin təfərrüatı məlum oldu 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı, Suraxanı rayon sakini Ayxan Mustafayevin qətlə yetirilməsinin təfərrüatı bəlli olub.CityPost.az Teleqraf-a istinadən xəbər verir ki, A.Mustafayev 17 yaşlı yeniyetmə tərəfindən anasına görə qısqanclıq zəminində öldürülüb.Hadisə Suraxanıda A.Mustafayevə məxsus mağazanın qarşısında baş verib. Evdə anasının ağladığını görən gənc bıçaq götürərək sözügedən obyektə yollanıb və orada A.Mustafayevi bıçaqlayıb.Hazırda işlə bağlı istintaq Suraxanı Rayon Prokurorluğu tərəfindən aparılır.Qeyd edək ki, hadisə oktyabrın 11-də baş verib. Əmircan qəsəbəsində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Fəxrəddin oğlu Mustafayev qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov saxlanılıb.1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş...

13 Oktyabr 2025, 13:40

İsrail 11 HAMAS üzvünü azad edəcək 

İsrail 11 HAMAS üzvünü azad edəcək.CityPost.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun radiosunda məlumat verilib.Bildirilib ki, razılaşmada 11 məhbusun “Fatah” təşkilatından seçilməsi nəzərdə tutulmuşdu, lakin son anda bu qərar dəyişdirilib və azad olunacaq məhbusların HAMAS-dan olması məqsədəuyğun hesab edilib.Qeyd edək ki, əldə olunan razılaşmaya əsasən HAMAS atəşkəsdən 72 saat sonra 20 İsrailli canlı girovu azad etməlidir.İsrail isə uzunmüddətli cəzaya məhkum edilmiş 250 fələstinlini, eləcə də 2023-cü il oktyabrın 7-dən bəri həbs olunan 1700 fələstinli məhbusu azad edəcək....

10 Oktyabr 2025, 14:34

“Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan rəhbəri azadlığa buraxıldı 

Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb.CityPost.az  xəbər verir ki, bunu “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikova Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.Bildirilib ki, bu barədə qərar Düşənbədə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin görüşü ərəfəsində qəbul olunub.Xatırladaq ki, o bu ilin iyununda Azərbaycan Daxili İşlər Nazirliyinin “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində keçirdiyi əməliyyat çərçivəsində saxlanılmışdı....

10 Oktyabr 2025, 11:17

General Raul Zeynalovun 1 milyonu ələ keçirilib 

Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramov 3 milyon manata yaxın dələduzluqda ittiham olunur.CityPost.az  xəbər  verir   ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Bayramov bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.İstintaq materiallarında yazılıb ki, kapitan zərərçəkmişlərlə birgə ticarət fəaliyyəti ilə məşğul olub. Daha sonra yaranmış etibardan sui-istifadə edərək həmin şəxslərin ümumilikdə 3 milyon manata yaxın pulunu ələ keçirib. Əldə etdiyimiz digər məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini general-mayor Raul Zeynalov da aldadılanlar sırasındadır. Ona təxminən 1 milyon manata yaxın ziyan dəydiyi bildirilir. Zeynalovdan başqa, iş üzrə daha 8 nəfər də zərərçəkmiş qismində tanınıb.Təqsirləndirilən şəxs isə ittihamla...

08 Oktyabr 2025, 11:49

Şəmkirdə arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub 

Şəmkirdə arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.Bu barədə CityPost.az-a Şəmkir rayon Prokurorluğundan məlumat verilib.Bildirilib ki, oktyabrın 6-da saat 18 radələrində Şəmkir rayonu Şiştəpə kəndi ərazisində 1984-cü il təvəllüdlü Röyalə Hacıyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Arif Hacıyev rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.İbtidai istintaq davam edir....

07 Oktyabr 2025, 10:30

Göyçayda avtomobil piyadanı vuraraq öldürüb 

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə rayon mərkəzində qeydə alınıb.Sürücü Ağakərim Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən piyada, 41 yaşlı Taleh Əliyevi vurub.Hadisə nəticəsində xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırmalar aparılır.

07 Oktyabr 2025, 10:28