Bizə yazın

Baku

-°C

USD

-

Avtomobillərin icbari sığortasının zərərliliyi 16%-ə yaxın artıb  

İqtisadiyyat 01 Aprel 2025, 15:48

1229

2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 25 mln. 70 min manat təşkil edib.

Citypost.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4% və ya 577 min manat çoxdur. Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında 24 milyon 493 min manat sığorta haqqı toplanılmışdı.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 19 mln. 830 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 18.4% və ya 3 mln. 80 min manat çoxdur. Ötən ilin ilk 2 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 16 mln. 750 min manat olub.

Sığorta yığımlarına nisbətən ödənişlərin daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 15.6% artırıb. Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 68.4 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 2 ayında bu rəqəm 79.1 manata yüksəlib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan-Vyetnam Birgə Biznes Şurası yaradılır  

Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının yaradılması üçün Anlaşma Memorandumu imzalanıb.Citypost.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinnin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "X" sosial şəbəkəsində hesabında bildirib.Onun sözlərinə görə, memorandum KOBİA ilə Vyetnamın Milli Sahibkarlıq Assosiasiyası arasında imzalanıb.“Bu mühüm addım ölkələrimiz arasında daha dərin iqtisadi əlaqələrin qurulmasına, dinamik biznes əməkdaşlığına və daha güclü tərəfdaşlığa yol açır”,- o qeyd edib....

07 May 2025, 18:55

Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,31 ABŞ dolları və ya 2,06% artaraq 64,94 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 63,63 ABŞ dolları təşkil edib

07 May 2025, 09:59

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb.CityPost.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.Qeyd edilib ki, mayın 5-də Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26.6-28.2 manat ətrafında dəyişib.Azərbaycanda unun ən aşağı topdansatış qiyməti 26,6 manat Şabranda, ən yüksək topdansatış qiyməti 28,2 manat Gəncədə qeydə alınıb.

06 May 2025, 09:29

Bankların valyuta əməliyyatlarından gəlirləri artıb  

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən bankların məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlirlərinin həcmi 72.3 milyon manat təşkil edib.Citypost.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17.6% və ya 10.8 milyon manat artıb. Belə ki, 2024-cü ilin I rübündə bankların bu qəbildən olan gəlirləri 61.5 milyon manat təşkil edib.Qeyd edək ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bankın nağd ABŞ dolları ilə alqı-satqı əməliyyatlarının həcmi 965 milyon 218 min, avro ilə 103 milyon 129.6 min, Rusiya rublu ilə 1 milyard 520.3 milyon, İngilis funtsterlinqi ilə əməliyyatların həcmi isə 6...

02 May 2025, 11:17

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,37 ABŞ dolları və ya 2,1% azalaraq 63,76 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,13 ABŞ dolları təşkil edib.

02 May 2025, 10:09

“Şahdəniz”ə bu il çəkilən xərclərin həcmi açıqlanıb  

Bu ilin birinci rübündə “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 939 mln. manat əməliyyat və əsaslı xərclər çəkilib.Bu barədə CityPost.az BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.Məlumata görə, qeyd olunan göstəricinin 726 mln. dolları əməliyyat xərcləri və təxminən 213 milyon dollarını əsaslı xərclər təşkil edib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.“Rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib”, - hesabatda qeyd olunur.Bu ilin ilk üç ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo”...

01 May 2025, 13:06