Bizə yazın

Baku

-°C

USD

-

Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi  

Cəmiyyət 19 İyun 2025, 16:19

493

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

CityPost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov vəsatətlərlə çıxış edib.

O, təqsirləndirilən şəxsin banka gedib-getmədiyini müəyyən etmək üçün müvəkkilinin mobil telefonunun anten məlumatlarının götürülməsi ilə bağlı vəsatət verib.

Vəsatət təmin edilməyib.

Digər vəsatət Nəcməddin Sadıkovun, ləğv edilmiş "AtaBank"ın sədri Dəyanət Quliyevin, həmin bankın xəzinədarı Barat Hüseynovun şahid kimi prosesə çağırılması və Solmaz Əliyeva ilə Şəhla Abdulrahmanovanın yenidən dindirilməsi ilə bağlı olub.

Vəsatət təmin olunmayıb.

Bundan başqa, Z.Niftəliyevin şəxsiyyəti və səhhəti ilə bağlı məlumatların yekun hökm çıxarılanda nəzərə alınması ilə bağlı vəsatət verilib.

Qeyd olunub ki, o, Birinci Qarabağ müharibəsi iştirakçısı və qazisidir. Müharibədə kəllə-beyin travması alıb, ona ömürlük pensiya təyin olunub. Təqsirləndirilən şəxsin ürəyi, böyrəyi xəstədir və şəkərdən də əziyyət çəkir.

Məhkəmə vəsatəti təmin edib.

Vəkil, həmçinin kreditin götürüldüyünü müəyyən edən sənədin əslinin məhkəməyə təqdim olunması və iş üzrə ekspertizanın təyin olunması ilə bağlı vəsatət qaldırıb.

Bu vəsatət təmin olunmayıb.

Zahid Niftəliyev məhkəmədən dindirilməyən şahidin prosesə gətirilməsini xahiş edib: "Bu işlərin birincisi, başçısı Mahir Rəfiyev olub. Xahiş edirəm o dindirilsin".

Daha sonra Mahir Rəfiyevin ibtidai istintaqa verdiyi ifadə elan olunub.

M.Rəfiyev ifadəsində bildirib ki, o, "AtaBank"ın səhmdarlarından biri olub. Keçmiş vergilər naziri Fazil Məmmədovun göstərişi ilə “AtaBank”dan Nəcməddin Sadıkovun göndərdiyi, “Şahin-CO”nun təsisçisi olduğunu bildiyi Zahid Niftəliyevə kreditin təyin olunmasını təmin edib.

Z.Niftəliyev bildirib ki, iki dəfə şirkətin ləğv olunması ilə bağlı olan sənədləri imzalayıb: "İndi mən başa düşdüm ki, onlar mənə oyun oynayıblar. Mən Fazil Məmmədov işdən çıxandan sonra bildim ki, adıma kredit var".

Məhkəmə Mahir Rəfiyevin prosesdə dindirilməsinə ehtiyac görməyib.

Proses iyunun 25-də davam etdiriləcək.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, DTX-nin İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Zahid Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa Zahid Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “AtaBank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə müvafiq məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

SON DƏQİQƏ! DTX icra başçısını həbs etdi  

Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.CityPost.az    xəbər verir  ki, News24.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.

20 İyun 2025, 15:00

DİN: Bakıda UFC turnirində təhlükəsizlik təmin olunur  

İyunun 20-21 tarixlərində Bakıda keçirilən “Qaydasız döyüş” (UFC) turnirində təhlükəsizlik polis əməkdaşları tərəfindən təmin olunur.

20 İyun 2025, 14:12

Kamran Əliyevdən daha 3 təyinat  

Baş Prokurorluqda yeni kadr dəyişiklikləri olub.

20 İyun 2025, 13:05

Pensiyalar sabah tam ödəniləcək  

İyunun 21-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

20 İyun 2025, 12:59

Sabahın havası açıqlanıb  

İyunun 21-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən 

20 İyun 2025, 12:06

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb

Kiberdələduzlara verilən hər məlumat bank kartınızdan oğurluq riskini artırır. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının qorunmasına xüsusi diqqət yetirməyə çağırır.Bu barədə CityPost.az-a DİN-dən bildirilib.Məlumata görə, iyunun 19-da bir sıra şəxslərin bank hesablarından 12500, 4179, 2300, 1213, 1012, 700, 498, 450, 300, 280, 200, 116, 85, 70, 63, 26, 20 və 18 manat kiber üsulla oğurlanıb.  "Bu cür cinayətlər, əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir. Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir.Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın,...

20 İyun 2025, 11:01