Bizə yazın

Baku

-°C

USD

-

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - VİDEO

Hərbi 20 İyun 2025, 10:53

7492

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Bu barədə CityPost.az-a DİN-dən bildirilib.

Məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.

Nazir Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin əsas struktur qurumlarından olan Daxili Qoşunların yarandığı gündən şərəfli xidmət yolu keçdiyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, ölkədə sabitliyin, ictimai təhlükəsizliyin təmin olunmasında onun mühüm rol oynadığını diqqətə çatdırıb.

O, Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən hər zaman nəzarətdə saxlanıldığını, müasir silah və texnika ilə təminatı, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarların qəbul edildiyini vurğulayıb, xüsusi diqqət və qayğının nəticəsi olaraq Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadir olduğunu bildirib.

V.Eyvazov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının ön cəbhədə qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Hərbi İnstitutun məzunlarının da olmasını bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşmasında əzmkar fəaliyyətin əyani təsdiqi kimi dəyərləndirib.

Daxili işlər naziri Qoşunların peşəkar kadr özəyinin formalaşmasında, şəxsi heyətin döyüş hazırlığında yüksək nəticələr əldə etdiyinə görə Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının roluna xüsusi diqqət çəkib.

Qeyd olunub ki, məzunların həyatında yeni bir dövr başlayır. Bu təhsil ocağında komandir peşəsinə yiyələnməklə liderlik, cəsurluq, fədakarlıq, dürüstlük kimi keyfiyyətlər qazanan, peşələrini sevən, müasir düşüncəyə sahib gənc zabitlər аrtıq hаzırlıqlı və pеşəkаr hərbçilər kimi Daxili Qoşunların sıralarında xidmətlərini uğurla davam etdirəcək, Qoşunların döyüş ənənələrinə sadiq qalacaqlar.

Nazir, gənc zabitləri, onların valideynlərini və yaxınlarını Hərbi İnstitutu uğurla bitirmələri münasibətilə təbrik edib.

Kursant Çingiz Cəfərli onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, DİN rəhbərliyinə və Hərbi İnstitutun zabit-müəllim heyətinə minnətdarlığını çatdırıb.

Sonra Döyüş Bayrağı üçüncü kursun kursantlarına təhvil verilib. Gənc zabit Ç.Cəfərli “Yaş kötüyü”nə rəmzi xatirə lövhəsini vurub.

Tədbirin sonunda daxili işlər naziri Hərbi İnstitutu fərqlənmə və "baş leytenant" rütbəsi ilə bitirmiş məzunlara diplomları təqdim edib.

Sonda gənc zabitlər təntənəli marşla tribunanın qarşısından keçiblər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

65 yaşa çatdıqdan sonra pensiya kapitalı aylıq ödənişə əlavə olunurmu?

İkinci qrup əlilliyi olan və uzun illərdir ömürlük pensiya alan vətəndaşların ən çox ünvanladıqları suallardan biri də pensiya kapitalının sonradan aylıq ödənişlərə necə təsir etməsi ilə bağlıdır. Xüsusilə əmək fəaliyyətini davam etdirən, rəsmi şəkildə işləyən və fərdi hesabında müəyyən məbləğdə pensiya kapitalı toplanan şəxslər bu vəsaitin gələcəkdə pensiyalarına əlavə olunub-olunmayacağını öyrənmək istəyirlər.Citypost.az-ın məlumatına görə, hüquq mütəxəssislərinin sözlərinə görə, əgər vətəndaşa əlilliyə görə əmək pensiyası təyin olunubsa və həmin müddətdə onun fərdi hesabında pensiya kapitalı formalaşıbsa, bu kapital sonrakı mərhələdə pensiya məbləğinin artmasına təsir göstərə bilər.Mütəxəssislər bildirirlər ki, Azərbaycan qanunvericiliyinə əsasən əmək pensiyaları üç əsas növə bölünür: yaşa görə əmək pensiyası,...

30 İyun 2026, 09:28

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək 

Pirəkəşkül və Ağdərədə 29 sentyabr - 3 oktyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.Bu barədə CityPost.az-a  Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək."Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - MN-dən bildirilib....

29 Sentyabr 2025, 10:50

I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq 

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.CityPost.az    xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlar Hacıyev Rizvan Qara oğlu, Əliyev Sumbat Nüdrət oğlu və Kərimov Natiq Zeynal oğludur.  R.Hacıyevin nəşinin qalıqları sabah saat 13.00-da Kürdəmir rayonu Qocalı kənd qəbiristanlığında, S.Əliyev saat 14.00-da Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, N.Kərimovun qalıqları isə saat 16.00-da Qax rayonu Oncallı kənd qəbiristanlığında dəfn olunacaq....

28 Avqust 2025, 10:34

Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək 

Pirəkəşkül və Ağdərədə 25-29 avqust tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq"....

25 Avqust 2025, 10:28

Praqa Ukrayna Silahlı Qüvvələrinə bir milyon mərmi ötürdü

Çexiya Çex Sursat Təşəbbüsü çərçivəsində bu il Ukraynaya 1 milyon artilleriya mərmisi tədarük edib. CityPost.az   xəbər  verir  ki, bu barədə ölkənin baş naziri Petr Fiala məlumat verib.Fiala qeyd edib ki, 2024-cü ilin sonuna qədər təşəbbüs çərçivəsində 1,5 milyondan çox mərmi toplanaraq Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün çatdırılıb.Çexiya təşəbbüsü 2024-cü ilin aprelində başlayıb və anonim olaraq üçüncü ölkələrdə artilleriya mərmilərinin alınmasını, sonradan Ukraynaya çatdırılmasını nəzərdə tutur. İlk belə partiya ötən ilin iyununda gətirilib. Bundan əvvəl Çexiya prezidenti Petr Pavel 2025-ci ildə bu proqram çərçivəsində ən azı 1,8 milyon mərmi çatdırılmasının planlaşdırıldığını bildirmişdi.Nigar...

14 Avqust 2025, 14:22

Bəxtiyar Ersay Türkiyənin Birinci Ordu Komandanı təyin olunub 

Ordu generalı Bəxtiyar Ersay Türkiyə Quru Qoşunlarının Birinci Ordu Komandanı təyin olunub.CityPost.az  xəbər verir ki, bu barədə qərar Türkiyənin “Rəsmi” qəzetində çıxıb.Bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.Qeyd edək ki, Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviridir. Ona bir neçə gün əvvəl ordu generalı rütbəsi verilmişdi.

14 Avqust 2025, 11:36