Bizə yazın

Baku

-°C

USD

-

Kazino ilə bağlı rüsum ödəniləcək - Detallar məlum oldu 

Cəmiyyət 18 İyun 2025, 14:51

4170

Xəbər verdiyimiz kimi, Azərbaycanda kazino oyunlarının təşkilinə icazə verilir.

CityPost.az   xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclaslarında müzakirəyə çıxarılan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Məlum olduğu kimi 2024-cü il mayın 7-də “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyən həmin Qanun süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edib.

Müzakirəyə təqdim olunan bu qanun layihəsi süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edilməsini nəzərdə tutur. Belə ki, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin edilir. Layihəyə əsasən, Azərbaycan Respublikasında kazino oyunları bu Qanunun tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə bilər.

Süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsi vergi daxilolmalarının artmasına, ölkənin turizm potensialının inkişafına, yeni iş yerlərinin açılmasına xidmət edəcək. Nəzərə alınmalıdır ki, hazırda Azərbaycan Respublikasının vətəndaşları kazino oynamaq üçün ya digər ölkələrə üz tuturlar, ya da onlayn kazino oyunlarına qoşulurlar. Kazinolara icazənin verilməsi eyni zamanda “kölgə qumar”ın qarşısının alınmasına xidmət edir. Məlumdur ki, hüquq-mühafizə orqanları tərəfindən ölkədə dəfələrlə gizli kazinolar aşkar olunub. Xüsusi olaraq vurğulanmalıdır ki, kazinolara icazə verilməsi son dövrlərdə dünyada böyük vüsət alıb. Kazino oyunlarına mövcud olan qadağanı ləğv edən dövlətlərin sayı son illər ərzində artmaqdadır. Bu ölkələrə misal olaraq Özbəkistanı göstərmək olar. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərində 2027-cı ildə ilk kazinonun açılması gözlənilir. Əsas gəlir mənbəyindən biri kazino oyunları olan ölkələr sırasında Monako, Sinqapur, Filippini qeyd etmək olar. Azərbaycanla eyni coğrafi məkanda yerləşən Gürcüstan və Qazaxıstan da kazino biznesindən xeyli məbləğdə gəlir əldə edir.

Qanun layihəsində kazino oyunlarının təşkil edilməsi və keçirilməsi ilə bağlı çox ciddi hüquqi tənzimləmə müəyyən olunub. Bu tənzimləmə kazino oyunlarının təşkil edilməsi üçün lisenziyanın əldə edilməsinə, habelə kazino oyunlarının təşkili və keçirilməsinə münasibətdə xüsusi nəzarət mexanizminin yaradılmasını nəzərdə tutur. Nəzarət kazino oyunlarının təşkil edilməsinə dair lisenziyanın əldə edilməsi üçün müraciət mərhələsindən başlayaraq, oyunların keçirilməsi müddətində daimi həyata keçiriləcək.

Layihəyə əsasən, kazino oyunları kazino oyunlarının təşkilatçısının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı nəzarət orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya əsasında təşkil edilir.

Layihədə kazino oyunlarının təşkilatçısına da dair xüsusi şərtlər əks olunub. İlk növbədə qeyd olunmalıdır ki, bu oyunların təşkilatçısı qismində yalnız hüquqi şəxslər çıxış edə bilərlər. Eyni zamanda kazino oyunlarının təşkili üçün lisenziya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtləri (tələbləri) yerinə yetirən hüquqi şəxsə verilir.

Qanun layihəsində süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün dövlət rüsumunun məbləği müəyyən edilib, kazino oyunlarında uduş qazanmış şəxsin həmin uduşun kazino təşkilatçısından tələb edilməsinə dair təminat təsbit edilib. Bununla yanaşı, layihədə kazino oyunlarının həyata keçirilməsi ilə bağlı bir sıra qadağalar və məhdudiyyətlər əks olunub.

Kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil olunması bu fəaliyyətin nəzarətli və mərkəzləşdirilmiş formaya salınmasına imkan verir. Eyni zamanda, bu dəyişikliklərlə lisenziyalaşdırma, AML/CFT nəzarəti, reklam hüququ, vergi və rüsum tənzimləmələri, eləcə də hüquqi və inzibati məsuliyyət mexanizmləri normativ əsasda təsbit edilir.

Bu yanaşma bir tərəfdən qeyri-leqal kazino oyunlara qarşı mübarizə vasitəsi kimi çıxış edəcək, digər tərəfdən isə Azərbaycanı regionda kazino turizminə açıq və tənzimlənən ölkə kimi mövqeləndirəcək. Eyni zamanda, 21 yaşından aşağı şəxslərin iştirakının qadağan olunması, virtual kazinoların qadağan edilməsi və maliyyə əməliyyatlarına dair xüsusi tələblər risklərin minimuma endirilməsi baxımından əhəmiyyətli hüquqi təhlükəsizlik tədbirləridir.

Beləliklə, qanun layihəsi iqtisadi və hüquqi baxımdan əsaslı və mövcud normativ bazanın dəqiqləşdirilməsinə, eləcə də oyun biznesinin leqallaşdırılması yolu ilə dövlət nəzarətinin artırılmasına xidmət edir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir 

XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb."Report"un məlumatına görə, bu gün iştirakçılar "Çin və Qlobal İdarəetmə Təşəbbüsü", "COP-u Yaşatmaq Uğrunda Mübarizə", "Orta Dəhliz və Avrasiya Əlaqə Qapısı 2030 Gündəliyinin Sürətləndirilməsi: İnklüziv Artım və Dayanıqlı Əlaqəlilik" mövzularında müzakirələr aparacaqlar.

13 Mart 2026, 10:06

Mingəçevirdə işıq olmayacaq 

Bu gün Mingəçevir şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq "Şəhər" yarımstansiyasından çıxan 6 kV-luq 8 saylı hava xətti və bu xətdən qidalanan 400 kVA gücündə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək şəhərin Nəriman Nərimanov, Nizami və Əliağa Vahid küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....

13 Mart 2026, 09:48

Əli Əsədov bu gün hesabat verəcək

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.Milli Məclisin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, parlamentin plenar iclasının gündəliyinə bir məsələ daxil edilib.İclasda Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.

13 Mart 2026, 09:42

İnşaat və Sumqayıt Musiqi kolleclərinə yeni təyinatlar olub

İnşaat Kolleci və Sumqayıt Musiqi Kollecinə yeni təyinatlar olub.Bununla bağlı  CityPost.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.Qeyd edilib ki, Agentliyin müvafiq əmrinə əsasən, Şamama Əmirova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə, Aysel Səfixanova isə Sumqayıt Musiqi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

13 Mart 2026, 09:37

Prezident İlham Əliyevin sosial media hesablarında 13-cü Qlobal Bakı Forumu ilə bağlı paylaşım edilib 

Prezident İlham Əliyevin sosial media hesablarında 13-cü Qlobal Bakı Forumu ilə bağlı paylaşım edilib.CityPost.az  paylaşımı təqdim edir:

12 Mart 2026, 21:33

Bu gün üçüncü Qədr gecəsidir 

Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.CityPost.az  xəbər verir ki, üçüncü Qədr gecəsi isə martın 16-da olacaq.Qeyd edək ki, Şəvval ayının 1-i (martın 20-si) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən martın 20, 21-i Azərbaycanda Ramazan bayramıdır.Qədr gecəsi İslam inancına görə, Qurani-Kərimin ilk ayələrinin nazil olduğu müqəddəs gecədir. Bu gecə Qurani-Kərimdə də xüsusi qeyd olunur və min aydan daha xeyirli olduğu bildirilir.Müsəlmanlar inanırlar ki, Qədr gecəsində edilən dua və ibadətlər Allah dərgahında daha çox qəbul olunur, günahların bağışlanması üçün xüsusi mərhəmət qapıları açılır. Bu gecə ənənəvi olaraq Ramazan ayının son on gününün tək gecələrindən...

12 Mart 2026, 21:05