Mehdiyevin “qara planlar” qurduğu bağ evi
Cəmiyyət 15 Oktyabr 2025, 10:40

750
PA-nın sabiq rəhbərinə irəli sürülən ittihamlar ağır və düşündürücüdür, çünki söhbət 87 yaşlı şəxsdən gedir – O yaşda adamlar axirətdə deyillərsə, o barədə düşünərlər, Mehdiyev isə…
Ramiz Mehdiyevin ən ağır maddələrlə ittiham irəli sürülərək barəsində 4 aylıq ev dustaqlığı qərarı əslində sensasiya olmadı. Çünki uzun illər, ən azı 1995-ci ildən ta 2019-cu ilədək toxunulmaz statusda olan Mehdiyev “hər şeyə qadir tilsimli çubuğunu” da Prezident Administrasiyasından uzaqlaşdırılanda faktiki itirmişdi. “İtirmişdi” deyirik, amma məhz həmin ilin oktyabrında Mehdiyev bir vaxtlar katibi olduğu Təhlükəsizlik Şurasında bu dəfə üzv statusu almışdı. Adı bu gün səhərədək də yenə rəsmi olaraq o siyahıda qalır, amma qara rənglənərək, çox ilginc, həm də simvolik. Yeri gəlmişkən, Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavinidir.
Siyasət olimpinin zirvəsindən düşürülən Mehdiyev bu dəfə AMEA-da prezident kürsüsünə oturdu. Milli Elmlər Akademiyası zatən uzun illər onun “arxa baxçası” olmuş, burada bütün titullu təyinatlar, elmi adlar, rəhbərlik kürsüsü, İdarə Heyətinə üzvlər məhz Mehdiyevin rəsmi və ya qeyri-rəsmi razılığı ilə baş tuturdu. AMEA Mehdiyevin “son qalası”, hələ hakimiyyətdə təsirlərini saxladığını, “bəlkə də qaytardılar” kimi rəvayətləri yaşadacaq “ocaq” idi. Mehdiyev tezliklə buranı da intriqaların mərkəzinə çevirdi, “arzuolunmaz adamları” uzaqlaşdırmaq üçün hətta maliyyə yoxlamaları başlatdı, “büdcə pullarının yeyilməsi” adı altında bəzilərini qorxu və təhdid altında saxlamaq istədi. Amma bütün bu proses tezliklə özünün əleyhinə çevrildi, gözləmədiyi adamlar belə, ən yüksək tribunalardan Mehdiyevin istefaya getməsini tələb etdi. Mehdiyev mifinin bu dəfə “külləri” də AMEA-da göyə sovruldu, burada ağsaqqal “yüngülsaqqal” edildi. Mehdiyev əlbəttə ki, müqavimət göstərmək də istədi, amma anladı ki, zamanı bitib.
Mehdiyevin mümkün həbsi ilə bağlı xəbərlər də istefa ərizəsi yazıb AMEA-nı tərk etdikdən sonra mediaya yol tapdı. “Mehdiyevin həbsi gözlənilir” kimi xəbər başlıqları daha qadağan olunmuş mövzu deyildi, həm də “od olmayan yerdən tüstü çıxmaz” məntiqi idi. Mehdiyevin başı üzərində təhlükə olduğunu bu günlərdə baş prokuror Kamran Əliyev də yada salmışdı. Baş prokuror adını çəkməsə də, məhz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrlə bağlı (2019–2021) bir neçə cinayət araşdırması aparıldığını demişdi. Dünən gecə “Mehdiyev həbs edildi” xəbərini ilk görənlər də zənnimcə, mənim kimi, onun AMEA-dakı cinayətlərə görə məsuliyyətə cəlb edildiyini düşünüb. Amma sən demə, Mehdiyev indi o qədər ağır maddələrin təsiri altında ittiham edilir ki…
Məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir. Bu ittihamlar düşündürücüdür. Çünki söhbət 87 yaşlı şəxsdən gedir. Amma onun adı Ramiz, soyadı Mehdiyevdirsə, rəy dəyişir. Bu da sizə daha bir Mehdiyev mifi… O yaşda adamlar axirətdə deyillərsə, o barədə düşünərlər. Mehdiyev isə…
Həmçinin oxuyun
Mehdiyevin sovet-kommunist Azərbaycanı aparatında ideoloji katib işləyəndən “birinci şəxs” arzusu şübhəsiz olub. Amma Mehdiyev görünür, həm də xarakterinə görə birinci şəxslərin yanında “ikinci olmağa” üstünlük verib, buna görə də Azərbaycan hakimiyyətində “boz kardinal” titulu qazanıb.
Nəhayət, Mehdiyevdən danışırıqsa, onun sirli bağını yada salmaqda da fayda var. “Mehdiyevin bağı”nda hətta müxalifətin taleyinin də həll olunduğu haqda iddiaları köhnə hərakatçılar, köhnə kəşfiyyatçılar, köhnə yazarlar unutmayıb yəqin. Mehdiyev və çevriliş etmək üçün topladığı tərəfdarları da bu dəfə də o bağdan çıxarlarsa…
İstintaqın rəsmi məlumatlarını gözləyək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

"Al market" vətəndaşları belə aldadır - FOTO
"Al Market"dən aldığı məhsul sözün əsl mənasında vətəndaşı şoka salıb.Bu barədə CityPost.az-a marketdən şikayətçi olan vətəndaş Rövşən Mahmudov məlumat verib.Onun sözlərinə görə,15 oktaybr 2025-ci il tarixdə marketlər şəbəkəsinin Yasamal rayonu,Mətbuat Prospektində yerləşən filialından aldığı pomidorun keyfiyyətindən narazı qalıb.Vətəndaşa satılan pomidorun üzəri qırmızı olsa da,içərisinin ağ rəngdə olması onda narahatlıq yaradıb. Təbii ki, bu formada məhsulun satışı istehlakçı hüquqlarının ciddi şəkildə pozulmasıdır.Keyfiyyətsiz məhsulun satışı ilə bağlı "Al Market"in zəng xidməti ilə əlaqə saxlamaq istəsək də,dəstəyi qaldıran olmadı.İddia ilə bağlı qarşı tərəfin mövqeyini təqdim etməyə hazırıq.Miri Məcidli...
16 Oktyabr 2025, 15:42

Hərbi prokurora böyük köməkçi təyin edilib
Ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.CityPost.az-a Hərbi Prokurorluqdan daxil olan məlumata əsasən, Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə təyin olunmuş, İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə, Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.
16 Oktyabr 2025, 13:23

Maliyyə Nazirliyi: Əhalinin orta ömrünün artması pensiya sistemi qarşısında mühüm çağırışlar yaradır
Azərbaycanda əhalinin gözlənilən orta ömür uzunluğunun artması pensiya sistemi qarşısında mühüm çağırışlar yaradır.CityPost.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.Sənədə əsasən, hazırda ölkəmizdə müşahidə olunan demoqrafik meyillər bir çox ölkələrlə müqayisədə müsbət olsa da uzunmüddətli dövrdə əhalinin yaşlanması, sığortaolunanlar və pensiyaçılar arasındakı say nisbəti, gözlənilən orta ömür müddəti və sair bir sıra digər amillər pensiya sistemi qarşısında mühüm çağırışlar yarada bilər.Hazırda ölkə əhalisinin 69,7 %-i əmək qabiliyyətli yaşda (15–65 yaş), 9,1 %-i isə 65 və daha yuxarı yaş qrupuna aiddir, qeyd olunduğu kimi dünya göstəriciləri ilə müqayisədə hazırkı vəziyyət dövlət pensiya...
16 Oktyabr 2025, 10:11

Boz kardinalın erməni əsilli oğulluğu peyda oldu…-Levan Qurskaya kimdir?
Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevin adı yenidən gündəm olub. Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən 87 yaşlı akademikə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsində cinayət işi açılıb.R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib.O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir.R.Mehdiyev hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının...
15 Oktyabr 2025, 15:37

Ramiz Mehdiyev mənə deyirdi ki, pambıqla baş kəs... - Keçmiş icra başçısı
“Ağsaqqalı” təbrik edirəm! Düşərli olsun. Məni 12 il işsiz qoymağın və xəyanətin nəticəsi!CityPost.az xəbər verir ki, bu sözləri məşhur YAP-çı, Naftalanın keçmiş icra başçısı Musa Musayev Ramiz Mehdiyevin həbs xəbərindən sonra yazıb.“Haqq nazilər, lakin üzülməz! Məni qəbul edəndə deyirdi ki, məndən sənə əmanət, çalış pambıqla baş kəs (özü kimi). Sən çox prinsipial adamsan, qılıncı almısan əlinə kim gəldi başını kəsirsən.Mən heç vaxt yıxılanı baltalamamışam. 2000-2005-ci illər deputat olanda parlamentdə, 2006-cı ildə martın 24-də Naftalana İcra başçısı göndəriləndə isə kabinetində Ramiz Mehdiyevə öz sözümü demişəm. Nəticəsi də hər kəsə bəllidir”, - o qeyd edib....
15 Oktyabr 2025, 13:53

Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılacaq.CityPost.az APA-ya istinadən xəbər verir ki, bunu YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.O bildirib ki, bununla bağlı bu günlərdə partiyanın müvafiq qurumlarının iclası olacaq: “Ramiz Mehdiyev nə YAP-ın, nə də YAP Veteranlar Şurasının üzvü qala bilər. Məhkum olunan insan partiyada qala bilməz”.Qeyd edək ki, dünən Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ...
15 Oktyabr 2025, 12:48