Çalışdıqları şirkətdən 7 min manatlıq oğurluq etməkdə şübhəli bilinən mühafizəçilər saxlanılıb
Hadisə 14 Oktyabr 2025, 11:19
3961
Bakının Suraxanı rayonunda çalışdıqları şirkətdən 7 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayonun Zığ qəsəbəsində yerləşən şirkətlərin birindən 7 min manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Həmçinin oxuyun
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə mühafizə xidmətində çalışan 34 yaşlı A.İsgəndərov və 35 yaşlı A.Zeynalov saxlanılıblar.
Araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı
Oktyabrın 12-də Mingəçevir şəhərində 1 yaşlı körpəsini binanın zirzəmisinə atan valideyn, 1994-cü il təvəllüdlü G.Məmmədova polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.CityPost.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb.Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
07 Dekabr 2025, 13:10
İlqar Hacıyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb
İlqar Hacıyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb.CityPost.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.Məlumata görə, o, noyabrın 24-də Baş Prokurorluğa çağırılsa da, gəlməyib və barəsində qiyabi icraat başlanılıb. Binəqədi Rayon Məhkəməsinin 27 noyabr tarixli qərarı ilə barəsində qiyabi icraat açılıb və vəkil ilə təmin olunub.Onun barəsində istintaq bu gün tamamlanıb. İlqar Hacıyev və müdafiəçilərinə dekabrın 12-dən etibarən cinayət işi ilə tanış olmaq üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsində şərait yaradılacağı bildirilib.İlqar Hacıyevə xəbərdarlıq edilib ki, əgər o istintaqa gəlməsə, cinayət işi qiyabi icraatda məhkəməyə göndərilə və barəsində qiyabi hökm çıxarıla...
05 Dekabr 2025, 17:25
Qubada avtobus yük maşını ilə toqquşub, ölən var - FOTO
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Vəlvələ kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.Sərnişin avtobusu "Ford" markalı yük avtomobili ilə toqquşub.Nəticədə yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.Faktla bağlı araşdırma aparılır.
05 Dekabr 2025, 13:54
Bakıda balta ilə qətl törədib qaçan şəxsə hökm oxunub
Bakıda qətl törətkməkdə təqsirləndirilən Təbriz Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.CityPost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Təbriz Həsənovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Zərərçəkənin hüququ varisi T.Həsənova ən ağır cəzanın verilməsini xahiş edib.Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Təbriz Həsənov 18 il müddətinə azdlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə ötən il oktyabrın 13-də Yasamal rayonunda baş verib. Rayon ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimov kəsici alətlə qətlə yetirilib. Müəyyən edilib ki, Azər İbrahimov yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı qolundan...
05 Dekabr 2025, 12:57
MN-in Tibbi Sənədlər Arxivinin rəisi həbs olundu
Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin rəisi saxlanılıb.CityPost.az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Arxivin rəisi mayor Ruhin Tağıyev korrupsiya cinayətində təqsirləndirilir.Mayor Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib.Onun barəsində həbs qətimkan tədbiri seçilib.
05 Dekabr 2025, 12:16
Bakıda yaşayış binasındakı yanğın nəticəsində 4 nəfər ölüb, 4 nəfər də tüstüdən zəhərlənib
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış massivində 05.12.2025-ci il tarixində saat 03:15 radələrində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.Bu barədə CityPost.az-a cavab olaraq TƏBİB-dən bildirilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.Məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub....
05 Dekabr 2025, 10:29