Bizə yazın

Baku

-°C

USD

-

DTX və DSX Azərbaycan-İran sərhədində əməliyyat keçirib 

Hadisə 15 Oktyabr 2025, 16:01

4103

İrandan Azərbaycana 26 kq narkotikin keçirilməsinin qarşısı alınıb.

CityPost.az  xəbər verir ki, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycanın İranla dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürülərkən 1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb.

A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 "Metadon" həbbləri aşkar edilərək götürülüb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı 

Oktyabrın 12-də Mingəçevir şəhərində 1 yaşlı körpəsini binanın zirzəmisinə atan valideyn, 1994-cü il təvəllüdlü G.Məmmədova polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.CityPost.az  xəbər verir ki, bu haqda DİN məlumat yayıb.Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

07 Dekabr 2025, 13:10

İlqar Hacıyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb 

İlqar Hacıyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb.CityPost.az  xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.Məlumata görə, o, noyabrın 24-də Baş Prokurorluğa çağırılsa da, gəlməyib və barəsində qiyabi icraat başlanılıb. Binəqədi Rayon Məhkəməsinin 27 noyabr tarixli qərarı ilə barəsində qiyabi icraat açılıb və vəkil ilə təmin olunub.Onun barəsində istintaq bu gün tamamlanıb. İlqar Hacıyev və müdafiəçilərinə dekabrın 12-dən etibarən cinayət işi ilə tanış olmaq üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsində şərait yaradılacağı bildirilib.İlqar Hacıyevə xəbərdarlıq edilib ki, əgər o istintaqa gəlməsə, cinayət işi qiyabi icraatda məhkəməyə göndərilə və barəsində qiyabi hökm çıxarıla...

05 Dekabr 2025, 17:25

Qubada avtobus yük maşını ilə toqquşub, ölən var - FOTO 

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Vəlvələ kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.Sərnişin avtobusu "Ford" markalı yük avtomobili ilə toqquşub.Nəticədə yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.Faktla bağlı araşdırma aparılır.

05 Dekabr 2025, 13:54

Bakıda balta ilə qətl törədib qaçan şəxsə hökm oxunub 

Bakıda qətl törətkməkdə təqsirləndirilən Təbriz Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.CityPost.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Təbriz Həsənovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Zərərçəkənin hüququ varisi T.Həsənova ən ağır cəzanın verilməsini xahiş edib.Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Təbriz Həsənov 18 il müddətinə azdlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə ötən il oktyabrın 13-də Yasamal rayonunda baş verib. Rayon ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimov kəsici alətlə qətlə yetirilib. Müəyyən edilib ki, Azər İbrahimov yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı qolundan...

05 Dekabr 2025, 12:57

MN-in Tibbi Sənədlər Arxivinin rəisi həbs olundu 

Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin rəisi saxlanılıb.CityPost.az  xəbər verir  ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Arxivin rəisi mayor Ruhin Tağıyev korrupsiya cinayətində təqsirləndirilir.Mayor Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib.Onun barəsində həbs qətimkan tədbiri seçilib.

05 Dekabr 2025, 12:16

Bakıda yaşayış binasındakı yanğın nəticəsində 4 nəfər ölüb, 4 nəfər də tüstüdən zəhərlənib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış massivində 05.12.2025-ci il tarixində saat 03:15 radələrində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.Bu barədə CityPost.az-a  cavab olaraq TƏBİB-dən bildirilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.Məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub....

05 Dekabr 2025, 10:29