Bizə yazın

Baku

-°C

USD

-

21 Fevral – Ana Dili Günü: bir millətin səsi, bir tarixin nəfəsi

Cəmiyyət 21 Fevral 2026, 19:34

1042

21 Fevral – Ana Dili Günü: bir millətin səsi, bir tarixin nəfəsi

21 fevral – Ana Dili Günü sadəcə təqvimdə qeyd olunan bir tarix deyil; bu gün millətin yaddaşının, ruhunun və gələcəyə uzanan yolunun adıdır. Dil bir xalqın yalnız ünsiyyət vasitəsi yox, onun tarixi yaddaşı, mənəvi kodu və ideoloji dayağıdır. Ana dili olmayan millət tarixdə adını saxlamaz, gələcəyə sözünü ötürə bilməz.

Bu günün beynəlxalq səviyyədə tanınması da təsadüfi deyil. UNESCO 21 fevralı dünya xalqlarının dil hüquqlarını qorumaq, dil müxtəlifliyini yaşatmaq və assimilyasiyaya qarşı durmaq məqsədilə Beynəlxalq Ana Dili Günü kimi təsis edib. Amma bizim üçün bu gün daha dərin, daha ağrılı və daha məsuliyyətlidir. Azərbaycan dili bizim üçün Azərbaycançılıq ideologiyasının əsas sütunu, milli varlığın daşıyıcısıdır. Bu dil Nizamidən Xaqaniyə, Füzulidən Cavidə, Cəfər Cabbarlıdan Bəxtiyar Vahabzadəyə, ustad Şəhriyarə qədər uzanan böyük bir mənəvi xəzinənin açarıdır.

 Dövlət müstəqilliyimizin möhkəmlənməsi də məhz ana dilinin dövlət dili statusu qazanması ilə paralel inkişaf edib. Bu gün Azərbaycan Respublikasında ana dilinin hüquqi və institusional qorunması dövlət siyasətinin ayrılmaz hissəsidir.

Ana Dili Günü deyiləndə, istər-istəməz, bir ağrı da yada düşür: o taylı–bu taylı Azərbaycan gerçəyi. Bu tayda ana dilində məktəb, universitet, televiziya, dövlət sənədi var. O tayda isə – yəni İran sərhədləri daxilində yaşayan milyonlarla soydaşımız üçün ana dili çox vaxt evin içində pıçıltı, küçədə isə riskdir.

Cənubi Azərbaycanda ana dilində təhsil hüququnun məhdudlaşdırılması, mətbuatın və mədəni ifadənin təzyiq altında saxlanılması təkcə siyasi məsələ deyil – bu, dil üzərindən aparılan kimlik mübarizəsidir. Dil zəiflədikcə milli yaddaş da zəifləyir; yaddaş itdikcə isə assimilyasiya sürətlənir. Buna baxmayaraq, o taylı soydaşlarımız ana dilini qorumaq üçün böyük fədakarlıqlar göstərirlər: evdə, folklorda, musiqidə, şeirdə, sosial mediada. Bu müqavimət göstərir ki, dil yaşayan orqanizmdir – onu boğmaq olar, amma öldürmək mümkün deyil.

Ana dili ilə bağlı gələcəyimiz təsadüfi axına buraxıla bilməz. Burada həm dövlətin, həm ziyalının, həm də cəmiyyətin ortaq məsuliyyəti var.

1. Vahid dil strategiyası

Bütöv Azərbaycan düşüncəsi çərçivəsində ana dili məsələsi yalnız bu tayın rahatlığı ilə ölçülməməlidir. O taylı soydaşlarımızın dil mübarizəsi milli-mənəvi gündəmin mərkəzinə gətirilməlidir.

2. Rəqəmsal dil diplomatiyası

İnternet, sosial media, onlayn təhsil platformaları ana dilinin sərhədsiz yayımı üçün əsas vasitədir. O taylı gənclər üçün rəqəmsal Azərbaycan dili resursları, açıq dərslər, virtual kitabxanalar strateji əhəmiyyət daşıyır.

3. Ədəbiyyat və mədəniyyət körpüsü

Dil ən güclü şəkildə ədəbiyyatda yaşayır. O taylı və bu taylı yazarların ortaq platformalarda təmsil olunması, ortaq antologiyalar, ortaq layihələr dilin parçalanmasına qarşı mədəni sipərdir.

4. Ana dilinə ideoloji münasibət

Ana dili yalnız filoloji məsələ kimi yox, milli təhlükəsizlik və milli varlıq məsələsi kimi dərk olunmalıdır. Dilə laqeydlik gələcəkdə kimliyə laqeydliyə çevrilir.a

21 fevral bizə xatırladır ki, dil susanda millət də susur. Ana dili yaşadıqca, o taylı–bu taylı bütün Azərbaycan bir-birinə bağlı qalır. Bu dil bizim ortaq taleyimiz, ortaq yaddaşımız və ortaq gələcəyimizdir.

Ana dilini qorumaq – keçmişi xatırlamaq deyil, gələcəyi qurmaqdır. Bu gün danışdığımız dil sabah övladlarımızın Vətən anlayışını müəyyən edəcək. Buna görə də 21 fevral yalnız bayram yox, milli vicdan günüdür.

Azərbacan Yazıçılar Birliyi Sədrinin müşaviri,yazıçı-şair Sayman Aruz

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı

zərbaycan Ordusunun əsgəri vəfat edib.CityPost.az “Unikal”a istinadən xəbər verir ki, hadisə Yevlax rayonunun ərazisində yerləşən “N” saylı hərbi hissədə baş verib.Belə ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən əsgər, 2006-cı il təvəllüdlü Xətai Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb.Qeyd edək ki, mərhum əsgər iki ay sonra tərxis olunacaqdı.

21 Fevral 2026, 16:53

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib 

Həftəsonu Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Qeyd edilib ki, bu gün və sabah Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustan, Siyəzən, Qusar, Neftçala, Biləsuvar, Salyan, Füzuli, Beyləqan, Cəlilabad, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

21 Fevral 2026, 14:58

Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ 

Model, bloqer Çelsi Baxşıyevanı videoları ilə təhdid etdiyi deyilən Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri Anar Pirməmmədovun vəzifəsindən azad edildiyi bildirilir.CityPost.az  xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov ötən gün A.Pirməmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı əmr imzalayıb.Bildirək ki, model, bloqer Çelsi Baxşıyeva Oxu.az saytına açıqlamasında sevgilisi Anar Pirməmmədovun ailəli, iki uşaq atası olduğunu əvvəlcədən bilmədiyini, sonradan Pirməmmədov tərəfindən intim videoları ilə təhdid edildiyini deyib. O həmçinin bildirib ki, A.Pirməmmədovun atası Həsrət Pirməmmədov Yasamal Rayon Prokurorluğunda baş ədliyyə müşaviri olun, əmisi İlham Pirməmmədov da keçmiş təhsil nazirinin müşaviri olub. Həsrət Pirməmmədovun...

21 Fevral 2026, 14:18

Sabahın hava proqnozu açıqlanıb 

Sabah Azərbaycanda hava necə olacaq?Fevralın 22-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə...

21 Fevral 2026, 13:45

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.CityPost.az  xəbər verir ki, Sərəncamda deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu sahədə infrastrukturun təkmilləşdirilməsi, içməli su və suvarma suyu ilə təminatın daha da yaxşılaşdırılması məqsədilə qərara alıram:1. “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı” (bundan sonra – Tədbirlər Planı) təsdiq edilsin (əlavə olunur).2. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası...

21 Fevral 2026, 13:25

Azərbaycan nefti cüzi ucuzlaşıb 

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,58 ABŞ dolları və ya 0,80% ucuzlaşaraq 72,20 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,78 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

21 Fevral 2026, 10:09