Qadınlar üçün müddətdən artıq həqiqi hərbi xidmət 3 ildən 6 ayadək azaldılacaq
Cəmiyyət 20 Fevral 2026, 13:52
141
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan ilkin bağlaşma müddəti 3 ildən 6 ayadək azaldılacaq.
CityPost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilib. Həmin müddəa “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 12-ci maddəsinin “b” bəndində də nəzərdə tutulub.
Qeyd edilib ki, praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar. Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada çətinliklərlə üzləşirlər. Qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.
Həmçinin oxuyun
Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunur.
Bildirilib ki, bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirilib
Baş Prokurorluqda jurnalistlər üçün “İstintaq sirri və media: ictimaiyyətin düzgün məlumatlandırılması prinsipləri” mövzusunda treninq təşkil olunub.APA xəbər verir ki, tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli çıxış edərək media nümayəndələrinin istintaq sirri, informasiya təhlükəsizliyi və ictimaiyyətlə düzgün kommunikasiya sahəsində biliklərinin artırılmasının, həmçinin hüquqi çərçivədə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.Treninqdə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının media ilə əməkdaşlığının cəmiyyətin düzgün və operativ məlumatlandırılması baxımından əhəmiyyətindən danışaraq, bu istiqamətdə qarşılıqlı etimad və məsuliyyətli yanaşmanın vacibliyini vurğulayıb.Daha sonra Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuroru Əyyub Bəşirov istintaq sirri təşkil edən məlumatların mahiyyəti, bu məlumatların vaxtından...
20 Fevral 2026, 15:02
Anar Əsədlinin məhkəməsində zərərçəkənlər ifadə verib
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Oqtay Qasımov dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.Oqtay Qasımov bildirib ki, borcun qarşılığında ona torpaq verilib: "Borca görə mənə torpaq da verilib. Verdiyi torpağı satmıram, çünki mənə torpaq yox, pul lazımdır. Pulumu versə, torpağı ona geri verəcəm. Mənə dəyən ziyanın 25 min dolları ödənib".Anar Əsədli isə deyib ki, onun dediklərinin çoxu yalandır: “Zərərçəkmişin dərdi pul deyil, məni dələduz kimi göstərməkdir. Ondan pul aldığımı danmıram, amma mən 300 min dollarlıq...
20 Fevral 2026, 14:36
Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək.Bu barədə CityPost.az BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq....
20 Fevral 2026, 14:20
İtkin-şəhid Qurban Göyüşov Ağdamda dəfn olundu
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Göyüşov Qurban Ramazan oğlunun nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.Citypost.az xəbər verir ki, Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında keçirilən vida mərasimində rayon sakinləri, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.Vida mərasimindən sonra Qurban Göyüşovun nəşinin qalıqları torpağa tapşırılıb. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.Mərasim iştirakçıları şəhidin ruhuna dualar oxuyub, məzarının üzərinə əklil, gül dəstələri düzüblər. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib.Qeyd edək ki, Göyüşov Qurban Ramazan oğlu 1974-cü ildə Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı özünümüdafiə batalyonunun tərkibində...
20 Fevral 2026, 14:16
Meyxanaçı Samirənin müğənni qızı saxlanıldı
Müğənni Fərəh Samirəqızı saxlanılıb.CityPost.az lent.az-a istinadla xəbər verir ki, Fərəh Samirəqızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb.Fərəh yaxın saatlarda məhkəmə qarşısına çıxarılacaq.Qeyd edək ki, müğənni Fərəh meyxanaçı Samirənin qızıdır. Onun sosial mediada həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı tənqid və qəzəblə qarşılanıb.
20 Fevral 2026, 13:55
XAQANİ ŞİRVANİNİN 900 İLLİYİ: MİLLİ MƏNƏVİ İRSİN DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏSDİQİ
2026-cı ildə Azərbaycan ədəbiyyatı və ümumilikdə milli mədəniyyət tarixi üçün mühüm hadisə baş verir: XII əsr Şərq poeziyasının ən böyük nümayəndələrindən biri olan Xaqani Şirvaninin anadan olmasının 900 illiyi Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncam bu yubileyi sırf xatirə xarakterli tədbir yox, milli mədəniyyət siyasətinin strateji aktı səviyyəsinə qaldırır.Bu yubileyin elmi, ideoloji və mədəni əhəmiyyəti bir neçə əsas məsələ ətrafında cəmləşir:Xaqani Şirvaninin Azərbaycan ədəbi-mədəni mühitinə mənsubluğunun elmi əsaslandırılması, orta əsr ədəbi irsinin milli identifikasiya problemi,mədəni mənimsəmə (appropriasiya) fenomeninə qarşı elmi və institusional mövqe və klassik irsin müasir dövrdə mədəni suverenlik kontekstində təqdimatı.I. Xaqani Şirvani...
20 Fevral 2026, 12:40