Bizə yazın

Baku

-°C

USD

-

Rektor tələbələrlə görüşdü

Cəmiyyət 19 Fevral 2026, 10:45

49771

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən IV Aqrar Startaplar və İnnovasiya Forumunda uğur qazanan tələbələrlə görüş keçirib.

Citypost.az  xəbər verir ki, görüşdə  İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, Forumda Gəncə Dövlət Universitetini  təmsil edən İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev, şöbənin əməkdaşı Kamran Yusibov, Kimya və biologiya fakültəsinin tələbələri İsfəndiyar Aslan və  Zeynəb Nağıyeva iştirak ediblər.

Qeyd olunub ki, forumda fəal iştirak edən GDU-nun Kimya və biologiya fakültəsinin tələbələri İsfəndiyar Aslan və  Zeynəb Nağıyeva Aqrar İnnovasiya Mərkəzinin “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində keçirilən “Mentor dəstəyi proqramı”nı uğurla bitirdiyinə görə sertifikata layiq görülüblər.

Rektor Yusif Yusibov tələbələri təbrik edib, onlara uğurlar arzulayıb, startapların inkişafı ilə bağlı tələbələrə dəstək olacağını bildirib.

Görüşdə iştirak edən İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov  gələcəkdə universitetdə startaplarla bağlı həyata keçiriləcək işlər haqqında məlumat verib.

 Tələbələr onlara dəstək olan universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, IV Aqrar Startaplar və İnnovasiya Forumu aqrar innovasiya ekosisteminin gücləndirilməsi, startapların bazara çıxış imkanlarının genişləndirilməsi, investorlarla əməkdaşlığın qurulması və elmi biliklərin praktik tətbiqinin təşviqi baxımından mühüm platforma rolunu oynayır. Nümayiş olunan layihələr arasında süni intellekt əsaslı suvarma sistemləri, aqrorobot texnologiyaları, torpaq və məhsul monitorinqi həlləri, alternativ enerji və bioyanacaq layihələri, ağıllı istixana sistemləri və rəqəmsal aqrar platformalar yer alıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək 

Gələn həftə Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri gözlənilir.Bu barədə "Report"a müsahibəsində Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze deyib."Yüksək səviyyəli səfər gələn həftəyə planlaşdırılıb. Latviya Prezidenti Edqars Rinkeviçsin çərşənbə günü (22 aprel - red.) Azərbaycana səfərə gələcəyi gözlənilir", - o deyib.

15 Aprel 2026, 12:39

RƏSMİ: Mənzillərə istiliyin verilməsi dayandırıldı

Respublikanın dağ rayonları istisna olmaqla 2025-2026-cı illər payız-qış mövsümü yekunlaşıb.Bu barədə Citypost.az  “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.Bildirilib ki, istilik mövsümünün tamamlanması ilə əlaqədar olaraq, sistemlərin planlı dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq tədbirlərinə başlanılıb."Mövsüm ərzində regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin edilib", - deyə məlumatda qeyd edilib....

15 Aprel 2026, 12:12

"Zərifə xanımın yazdığı "Yüksək etimad" kitabı bu gün də həkimlərin stolüstü kitabıdır"

Milli Məclisin deputatı Zaur Şükürov YAZIR:15 aprel – Azərbaycan elminin və səhiyyəsinin böyük siması görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanımın fəaliyyəti təkcə onun peşə nailiyyətləri ilə deyil, həmçinin daşıdığı yüksək mənəvi dəyərlər, xalqına olan sonsuz sevgisi və yüksək humanizm prinsipləri ilə ölçülür və onun ömür yolu fədakarlığın, elmi titullardan öncə gələn insanlığın və vətənpərvərliyin ali nümunəsidir.1942-ci ildə orta məktəbi bitirən Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirərək, həkimlik fəaliyyətinə və elmi axtarışlarına başlayır.XX əsrin ortalarında Azərbaycanda göz xəstəlikləri, xüsusilə də ağır nəticələrə, hətta tam korluğa səbəb olan traxoma...

15 Aprel 2026, 12:06

UNEC-in qazi tələbəsi vəfat etdi 

UNEC Qiyabi və Əlavə Təhsil Mərkəzinin III kurs tələbəsi Ülvi Xasayzadə dünyasını dəyişib.Modern.az xəbər verir ki, bu barədə unieversitetin Mətbuat xidmətindən bildirilib.Ülvi Xasayzadə Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib və medallarla təltif olunub.28 yaşlı Ülvü Əlisəfa oğlu Xasayzadənin meyiti aprelin 11-də Sumqayıt şəhərindəki qəbiristanlıqda tapılmışdı. Faktla bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.Allah rəhmət eləsin!

15 Aprel 2026, 11:59

Binəqədidə mebel sexinin fəaliyyəti dayandırılıb

Binəqədi rayonunda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırılıb.Bu barədə Citypost.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 21 ünvanında fəaliyyət göstərən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Məlum olub ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, yanğın su hovuzu mövcud deyil, istehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb, obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi...

15 Aprel 2026, 11:47

Azay Quliyev: Zərifə Əliyeva elmi və mənəvi irsi ilə örnək şəxsiyyətdir

Millət vəkili Azay Quliyev Azərbaycanın tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyevanin xatirəsini anıb.Citypost.az xəbər verir ki, Deputat bildirib ki, Zərifə Əliyeva yalnız böyük alim deyil, həm də yüksək mənəvi dəyərlərə sahib, insanlara xidmət etməyi həyatının əsas məqsədinə çevirən parlaq şəxsiyyət olub. Onun sözlərinə görə, alim Azərbaycanın tanınmış ziyalısı və dövlət xadimi Əziz Əliyevin ailəsində formalaşaraq bu mühitin dəyərlərini yaşadıb və inkişaf etdirib.A.Quliyev qeyd edib ki, Zərifə Əliyeva ömrünü səhiyyənin inkişafına həsr edib, oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər əldə edib və xüsusilə traxoma xəstəliyinə qarşı apardığı mübarizə ilə minlərlə insanın görmə qabiliyyətinin qorunmasına töhfə verib.Millət vəkili vurğulayıb ki, alim ölkənin...

15 Aprel 2026, 11:39