İcra hakimiyyəti torpaq verib, amma çıxarış ala bilmirsiniz? – Səbəb
Hüquq 20 Fevral 2026, 17:05
215
Bir çox vətəndaşın əlində icra hakimiyyəti başçısının torpaq ayrılması ilə bağlı sərəncamı olsa da, həmin torpaq sahəsinə çıxarış (kupça) ala bilməməsi ciddi problemə çevrilib. Sual yaranır: rəsmi sərəncam varsa, niyə çıxarış verilmir?
Citypost.az-ın məlumatına görə,əsas səbəblərdən biri torpaq sahəsinin koordinatlarının müəyyən edilməməsi və ya arxiv araşdırmalarının aparılmamasıdır. Ərazi idarələri bu əsaslarla çıxarışın verilməsindən imtina edə bilirlər. Yəni sərəncamın mövcudluğu hələ mülkiyyət hüququnun tam rəsmiləşdirilməsi demək deyil.
Belə hallarda ilk olaraq rəsmi imtina sənədi əldə edilməlidir. Bundan sonra torpaq sahəsində ölçmə və koordinasiya işləri aparılmalı, çatışmayan sənədlər toplanmalı və əsaslandırılmış iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət olunmalıdır.
Məhkəmənin müsbət qərarı əsasında artıq torpağa dair sənədləşmə prosesi tamamlanır və çıxarış, texniki pasport, ünvan verilməsi və digər qeydiyyat prosedurları həyata keçirilə bilir.
Əgər sizin də icra hakimiyyəti, bələdiyyə, keçmiş sovxoz və ya kolxoz tərəfindən ayrılmış torpaq sahəniz var və çıxarış ala bilmirsinizsə, bu məsələ hüquqi müstəvidə həll edilə bilər. Hüquqlarınızı vaxtında və düzgün qaydada müdafiə etmək vacibdir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Valideynlər mübahisədədirsə, uşaq kimdə qalır?
Boşanma yalnız valideynlər üçün deyil, uşaqlar üçün də ciddi sınaqdır. Xüsusilə yetkinlik yaşına çatmayan uşaqların kimdə qalması məsələsi tez-tez mübahisə mövzusuna çevrilir. Təəssüf ki, bəzi valideynlər uşağın qalma hüququnu təhdid vasitəsi kimi istifadə edirlər.Citypost.az-ın məlumatın görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə, valideynlər arasında əvvəlcədən razılıq olmadıqda, məhkəmə boşanma zamanı yetkinlik yaşına çatmayan uşağın hansı valideynlə qalmasını müəyyən edir. Beynəlxalq və yerli qanunvericilik, həmçinin məhkəmə təcrübəsi göstərir ki, 10 yaşına qədər uşaqların qalacağı valideynin seçimi zamanı adətən anaya üstünlük verilir.Ali Məhkəmənin plenum qərarında vurğulandığı kimi, uşağın qalacağı valideyn müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır:uşağın üstün mənafeyi və yaşı,uşağın valideynlə...
19 Fevral 2026, 17:10
Vəkil Seçən Vətəndaşlara Diqqət!
İnsanlar arasında yayılmış bir yanlış fikir var: “Əgər mən vəkilə müraciət etsəm, işim 100% həll olunacaq.” Hətta ən peşəkar vəkil belə işin nəticəsini özü müəyyən edə bilməz. Qərarı sonda yalnız məhkəmə verir.Citypost.az-ın məlumatına görə, vəkilin əsas vəzifəsi işinizi düzgün, sistemli və sübutlarla dəstəklənmiş şəkildə hazırlamaqdır. O, bütün sənədləri toplayır, hüquqlarınızı qoruyur, hüquqi əsasları göstərir və məhkəməyə təqdim edir. Vəkil həmçinin proses zamanı ortaya çıxa biləcək pozuntuların qarşısını alır və sizin maraqlarınızı peşəkarcasına müdafiə edir.Lakin bəzi vətəndaşlar vəkillə bağlı yanlış gözləntilərə malik olur. Onlar düşünür ki, vəkil işin nəticəsini özü müəyyən edir və sonda qərar verəcək. Əslində, vəkil yalnız sizə hüquqi...
17 Fevral 2026, 18:00
Polis çağırışı: Vətəndaşın bilməli olduğu hüquqlar
Hər gün müxtəlif səbəblərlə vətəndaşlar polis tərəfindən çağırılır. Bəzən insanlar bu çağırışları ciddiyə almır və ya necə davranacağını bilmirlər. Lakin hüquqlarınızı bilmək və doğru addımlar atmaq vacibdir ki, sizi əsassız məsuliyyətə cəlb etməsinlər.Citypost.az-ın məlumatına görə, əvvəlcə çağırışın rəsmiliyini yoxlayın. Çağırış vərəqəsi varsa, orada çağırılan idarənin adı, tarix, çağıran polis əməkdaşının adı və vəzifəsi qeyd olunmalıdır. Əgər çağırış telefon vasitəsilə edilibsə, səbəbini, polisin adını, soyadını və vəzifəsini öyrənin. Polis sizi şahid, zərərçəkmiş və ya şübhəli şəxs kimi çağıra bilər, amma hər halda səbəb açıq şəkildə bildirilməlidir.Çağırışdan yayınmaq məqsədə uyğun deyil — getməsəniz məcburi gətirmə barədə qərar çıxarıla bilər. Çağırışa gedərkən hüquqlarınızı...
17 Fevral 2026, 13:09
DİQQƏT işdən çıxarkən : nələri bilməlisiniz
İş yerlərində hüquqların pozulması, təzyiq və qeyri-etik davranışlar nadir hal deyil. Bəzən işçilər rəhbərlikdən və ya həmkarlarından gələn təzyiqləri düzgün qiymətləndirmir, “sadəcə belədir” deyə qəbul edirlər. Lakin hər bir işçi bilməlidir ki, əmək münasibətləri qanunla qorunur və hüquqlarının pozulmasına yol verməməlidir.Citypost.az-ın məlumatına görə, Əmək Məcəlləsinə əsasən, işçinin əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməsi və ya işdən çıxmağa məcbur edilməsi qəti qadağandır. İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə görə, əmək müqaviləsinin qanunsuz dayandırılmasına görə vəzifəli şəxslər 1 500–2 000 manat məbləğində cərimə oluna bilərlər.Belə hallarda işçi işdən çıxmaq üçün ərizə verə, əmək kitabçasını aldıqdan sonra 1 ay müddətində məhkəməyə müraciət edə bilər....
17 Fevral 2026, 12:52
Krediti saxtalaşdıranlara xəbərdarlıq
Onlayn kreditlə bağlı qanuni məsuliyyət barədə xəbərdarlıqCitypost.az-ın məlumatına görə, son dövrlərdə vətəndaşlar arasında onlayn kredit götürüb sonra silmək halları ilə bağlı çoxsaylı müraciətlər müşahidə olunur. Qeyd etmək lazımdır ki, bu cür hərəkətlər qanuni məsuliyyət yaradır.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi, 272–273-cü maddələri və 320-ci maddəsi rəsmi sənədlərin və maliyyə alətlərinin saxlanılması və istifadə qaydalarını tənzimləyir. Onlayn kreditlərin saxtalaşdırılması, ödənişlərin təhrif olunması və ya silinməsi cinayət məsuliyyəti yarada bilər.Hüquqşünaslar xəbərdarlıq edirlər ki, belə hərəkətlər yalnız kredit götürən şəxsi deyil, həmçinin bu prosesi təşkil edənləri də məsuliyyətə cəlb edə bilər. Cinayət məsuliyyəti həm maddi, həm də cinayətkar hallarda daha ağır nəticələr doğura...
16 Fevral 2026, 13:12
DİQQƏT - Bağışlanan ev boşanma zamanı mübahisə mövzusu ola bilər
Vətəndaşlar tez-tez soruşurlar: “Əgər evimi oğluma bağışlamışamsa, amma o boşanırsa, gəlim evdən pay ala bilərmi?” Bu sualın hüquqi cavabı bağışlanmanın mahiyyətinə əsaslanır.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, bağışlanma aktı ilə verilən əmlak bağışlanan şəxsin şəxsi mülkiyyəti sayılır. Yəni, belə əmlak ümumi və ya birgə mülkiyyət hesab edilmədiyi üçün boşanma zamanı digər tərəfə pay düşmür. Başqa sözlə, bağışlanan ev artıq bağışlanan şəxsin sərəncamındadır və onun üzərində tam mülkiyyət hüququ mövcuddur.Lakin, məhkəmə təcrübəsində bəzi hallarda istisnalar mövcuddur. Məsələn, 2024-cü il mart ayında Alim Həkimənin verdiyi bir qərarda qeyd olunur ki, əgər bağışlanmış əmlak uzunmüddətli nikah dövründə ailənin rifahına müsbət...
16 Fevral 2026, 12:50