Bizə yazın

Baku

-°C

USD

-

Elnarə Akimova: "Azərbaycan-ABŞ tərəfdaşlığı sülh üçün addımdır"

Siyasət 11 Fevral 2026, 11:48

35376

ABŞ Vitse-prezidenti Cey Di Vensin əvvəlcə Ermənistana, ardınca Bakıya səfəri Cənubi Qafqazda sülh prosesinin taleyinə dair sualları yenidən gündəmə gətirib. Ekspertlər bildirir ki, bu səfərlər sadəcə diplomatik protokol çərçivəsində qiymətləndirilə bilməz. Proseslərin ardıcıllığı və zamanlaması göstərir ki, Vaşinqton artıq regionda müşahidəçi deyil, aktiv rol oynamaq niyyətindədir.

Deputat Elnarə Akimova Citypost.az-a açıqlamasında bildirib ki, Vensin Yerevana səfəri ilk növbədə Ermənistan üçün siyasi mesajdır. ABŞ Ermənistanı regionda tək buraxmadığını nümayiş etdirir və ölkəni sülh sazişini imzalamağa, kommunikasiyaları açmağa təşviq edir. Akimova qeyd edib ki, bu yanaşma Ermənistan üçün təhlükəsizlik və enerji sahəsində yeni alternativlər demək olsa da, eyni zamanda öhdəliklər yaradır. ABŞ-la yaxınlaşma Yerevanı uzun illər manipulyasiya etdiyi “təhlükəsizlik boşluğu” arqumentindən məhrum edir və onu real qərarlar verməyə məcbur edir.Bakıda vəziyyət fərqlidir. Azərbaycan artıq postmünaqişə mərhələsində təşəbbüsü əlində saxlayır və ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası bu statusu rəsmiləşdirir. Xartiya təkcə ikitərəfli münasibətlərin dərinləşdirilməsi deyil, həm də Azərbaycanın regional layihələrdə əsas oyunçu kimi beynəlxalq səviyyədə tanınmasını təmin edir. Vaşinqton bu sənədlə göstərir ki, sülhün iqtisadi və nəqliyyat dayaqları Bakının gündəliyi əsasında formalaşacaq.Səfərin xüsusi əhəmiyyətli məqamlarından biri Zəngəzur dəhlizidir. ABŞ-ın təşəbbüsləri dəhlizi Ermənistan üçün “təhdid” deyil, regional qazanc mənbəyi kimi təqdim edir. Azərbaycan üçün isə əsas məsələ Naxçıvanla maneəsiz əlaqənin təmin olunmasıdır. Deputat Akimova vurğulayıb ki, dəhlizin adı yox, hüquqi və praktik mexanizmləri önəmlidir.Vensin səfərləri həmçinin paraflanmış sülh sazişinin beynəlxalq zəmanət müstəvisinə çıxarılmasına xidmət edir. Bu, tərəflərin geri addım atmaq imkanlarını azaldır və sülh sənədini siyasi bəyanatdan real iqtisadi və təhlükəsizlik layihələri ilə əlaqələndirir.

Millət vəkili əlavə edib ki, səfərlərin pərdəarxasında ABŞ-ın geniş geosiyasi hesabları dayanır. Vaşinqton Cənubi Qafqazda həm Rusiyanın zəifləyən təsirindən istifadə edir, həm də İran faktorunu balanslaşdırmağa çalışır. Azərbaycanla strateji tərəfdaşlıq Vaşinqtona regionda etibarlı dayaqlar qazandırır, Ermənistanla yaxınlaşma isə onu tamamilə başqa mərkəzlərin orbitinə düşməkdən çəkindirir. Bu balans siyasəti sülh prosesini sürətləndirmək üçün alətə çevrilir.

“Vensin bölgəyə səfəri sülh sazişinin dərhal imzalanacağına zəmanət verməsə də, proses artıq təkcə Bakı və Yerevan arasında deyil, daha geniş beynəlxalq məsuliyyət çərçivəsində formalaşır. Sülh sazişi və Zəngəzur dəhlizi məsələsində icraatın başlanması üçün siyasi mühit əvvəlki illərlə müqayisədə daha real və geri dönməz xarakter alır,” deyə Elnarə Akimova vurğulayıb.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Politoloq: "Xəzər dənizi faktiki olaraq müharibə zonasına çevrilib"  

Politoloq Elxan Şahinoğlu Xəzər dənizində təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, politoloq  bildirib ki, Türkmənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Xəzər dənizində gəmilərə qarşı hücumların yolverilməz olduğu vurğulanıb."Türkmənistan Xəzəryanı dövlət və BMT tərəfindən tanınmış daimi neytral statusa malik ölkə kimi vurğulayır ki, Xəzər sülh, razılıq və mehriban qonşuluq dənizidir", – deyə Türkmənistan XİN-in bəyanatında bildirilib.Politoloqun sözlərinə görə, reallıq isə fərqlidir:"Təəssüf ki, reallıq fərqlidir. Xəzərə sahil dövlətləri olan Azərbaycan, Qazaxıstan və Türkmənistanın istəyindən asılı olmayaraq Rusiya–Ukrayna və ABŞ–İran müharibələri davam etdikcə Xəzər dənizi hövzəsi də müharibə zonası sayılacaq. Çünki, sahil dövlətlərinin illər öncə Xəzərlə bağlı əldə etdikləri razılaşmanın...

27 İyul 2026, 13:20

Ekspert: İranın Ukraynaya irad bildirməyə haqqı yoxdur

Hərbi ekspert Ədalət Verdiyev Xəzər dənizində Rusiyaya silah və hərbi avadanlıq daşıdığı bildirilən İran gəmisinin Ukrayna tərəfindən vurulması ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, Xəzər dənizində Rusiyaya silah və hərbi avadanlıq daşıyan İran gəmisinin Ukrayna tərəfindən vurulması, istənilən prizmadan tamamilə doğru addımdır. Bu zərbəyə görə İran rəsmiləri tərəfindən Ukraynaya qarşı verilən bəyanat isə heç bir əhəmiyyət daşımır. Kobud şəkildə desək, İranın Ukraynaya qarşı son bəyanatı boşboğazlıqdan başqa bir şey deyil. Çünki, İran artıq bir neçə ildir ki, Ukrayna cəbhəsində Şimali Koreya ilə birlikdə Rusiyanı tam miqyasda silah və avadanlıq ilə dəstəkləyir.Ədalət Verdiyevin sözlərinə görə, odur ki,...

27 İyul 2026, 12:16

Ədalət Verdiyev:Separatçı rəmzlər Azərbaycanı qıcıqlandırmağa hesablanıb

Hərbi ekspert Ədalət Verdiyev Ermənistanda keçirilən tədbirlərdə separatçı rejimin rəmzlərindən istifadə olunmasına münasibət bildirib.Citypost.az xəbər verir ki, ekspertin sözlərinə görə, Ermənistan paytaxtında keçirilən tədbirlərdə separatçı rejimin rəmzlərindən istifadə olunması Azərbaycan dövlətini qıcıqlandırmaq məqsədi daşıyır.Ekspert qeyd edib: "Acı və məğlub taleyinizi mənasız əski parçası ilə daha da qəlizləşdirməyin."Ədalət Verdiyev vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana verdiyi sözlərə, o cümlədən separatçı rejimin rəmzlərindən istifadə olunmayacağına dair öhdəliklərə əməl etməlidir.Turan...

27 İyul 2026, 10:48

Politoloq: Tokayev Putinə müharibəni dayandırmaq mesajını birbaşa verdi  

Politoloq Elxan Şahinoğlu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı səsləndirdiyi fikirləri şərh edib.Citypost.az xəbər verir ki, politoloqun sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Rusiya-Ukrayna münaqişəsini dondurmağa çağırması onun Ukraynanın mövqeyini dəstəkləməsi anlamına gəlir. Kiyev də eyni sözü deyir, atəşkəsə hazır olduğunu vurğulayır. Doğrudur, Tokayev Putini tam qəzəbləndirməmək üçün tərəfləri İstanbuldakı danışıqlara qayıtmağa çağırış etdi. Bu isə sanki Rusiyanın maraqlarına uyğundur. Ancaq önəmli olan Tokayevin cümləsinin birinci hissəsidir.Elxan Şahinoğlu bildirib ki, Tokayev müharibəni dayandırmaq çağırışı ilə həm də ölkəsinin maraqlarını nəzərə almış olur. Çünki, Rusiya-Ukrayna müharibəsi Qazaxıstan neftinin Qara dənizlə daşınmasına ciddi...

27 İyul 2026, 09:23

TÜRKPA ABŞ Konqresinin düzəlişinə etiraz etdi

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Azərbaycana qarşı bir sıra iddiaları özündə əks etdirən düzəlişini Azərbaycan-Ermənistan arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addım kimi qiymətləndirib.Citypost.az xəbər verir ki, bu barədə TÜRKPA-nın Baş katibi Ramil Həsənin bəyanatında bildirilib.Qeyd olunub ki, TÜRKPA bu təşəbbüsün Azərbaycan ilə Ermənistan arasında Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və sülh quruculuğu istiqamətində fəal prosesin davam etdiyi bir dövrdə irəli sürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib:"Bu kimi mühüm və həssas məsələlərə dair qanunvericilik qərarları faktların obyektiv qiymətləndirilməsinə və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı, ayrı-ayrı lobbi qruplarının maraqları ilə formalaşdırılmamalıdır. TÜRKPA qanunverici...

25 İyul 2026, 12:33

Milli Məclis ABŞ-dakı qanun layihəsini pislədi

Azərbaycan Milli Məclisi (MM) ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin 2026-cı il iyulun 22-də qəbul etdiyi H.R. 9087 saylı qanun layihəsi ilə əlaqədar kəskin etiraz bildirib.Citypost.az xəbər verir ki, bu barədə parlamentin Mətbuat Xidməti məlumat yayıb.Qeyd edilib ki, parlament həmin sənəddə Azərbaycana qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir. Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud etinasızlığın bariz nümunəsi olan bu təşəbbüs Birləşmiş Ştatların Konqresindən erməni lobbisinin maraqları naminə Azərbaycan əleyhinə siyasi təzyiq aləti kimi istifadə etmək üçün göstərilən növbəti cəhddir.Bildirilib ki, qanun layihəsinin müəllifi, sabiq konqresmen Robert Menendesin siyasi xəttinin davamçısı konqresmen Bred Şerman erməni lobbi qrupları ilə...

24 İyul 2026, 17:28