Pərvanə Vəliyeva:Zərifə Əliyevanın zəngin elmi irsi dərin ehtiramla yad edilir
Cəmiyyət 14 Aprel 2026, 14:16
598
15 aprel tarixi Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Bu əlamətdar gün münasibətilə Azərbaycan xalqı onun zəngin elmi irsini, mənalı həyat yolunu və milli səhiyyənin inkişafına verdiyi misilsiz töhfələri dərin ehtiramla yad edir.
Akademik Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur. Görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində böyüməsi onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.
1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu uğurla bitirən Zərifə Əliyeva sonradan Moskvada təhsilini davam etdirərək peşəkar həkim və alim kimi formalaşmışdır. O, 1949-cu ildən etibarən elmi fəaliyyətə başlayaraq bütün həyatını oftalmologiya sahəsinə həsr etmişdir.
Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafına mühüm töhfələr vermişdir. Onun elmi tədqiqatları əsasən traxoma və peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə həsr olunmuşdur. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etmişdir.
Alim 1940–1950-ci illərdə geniş yayılmış traxoma xəstəliyinin aradan qaldırılması istiqamətində böyük nəticələr əldə etmiş, bu sahədə effektiv müalicə metodları işləyib hazırlamışdır. Onun təklif etdiyi yanaşmalar respublikada bu xəstəliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynamışdır. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
Zərifə Əliyeva həmçinin dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını sistemli şəkildə araşdırmış və bu sahədə elmi istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın müəllifi olmuşdur.
Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. O, yalnız alim kimi deyil, həm də ictimai xadim kimi fəal olmuş, müxtəlif elmi və ictimai təşkilatların üzvü kimi səhiyyənin inkişafına xidmət etmişdir.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir.
Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur.
Görkəmli alimin 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərinə görə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi respublikanın akademiklər ailəsinə yeni istiqamət, yeni nəfəs gətirdi. Adı Azərbaycan oftalmoloqları arasında Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alim-oftalmoloq kimi tarixə düşmüşdür. Onun elmi fəaliyyətinə yüksək qiymət verilmiş, 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Averbax adına mükafatına layiq görülmüşdür.
1946-cı ildən fəaliyyətə başlamış Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu 2002-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərməkdədir.
Zərifə Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı olmuş, onun siyasi fəaliyyətində mənəvi dayaq rolunu oynamışdır. O, yüksək intellekti, zəngin mənəvi keyfiyyətləri və humanizmi ilə cəmiyyətin dərin hörmətini qazanmışdır.
Akademik Zərifə Əliyeva 15 aprel 1985-ci ildə Moskvada vəfat etmişdir. Onun xatirəsi bu gün də Azərbaycan xalqı tərəfindən böyük ehtiramla anılır. Onun adı Azərbaycan səhiyyəsinin inkişafı, tibbi elmin tərəqqisi və insanlara xidmət nümunəsi kimi tarixə həkk olunmuşdur.
Akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyəti gələcək nəsillər üçün örnəkdir. Onun oftalmologiya sahəsində qazandığı uğurlar, humanist dəyərlərə əsaslanan fəaliyyəti və milli səhiyyəyə verdiyi töhfələr Azərbaycan elminin qızıl səhifələrindən birini təşkil edir. Bu gün onun əziz xatirəsi dərin ehtiramla yad edilir, irsi isə yaşayır və gələcək nəsillərə ilham verməyə davam edir.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fərid Qayıbov Avropa Atletika Assosiasiyasının prezidenti ilə görüşdü
Gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinovla görüşüb.Citypost.az xəbər verir ki, qonağı salamlayan nazir ölkəmizdə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.Görüş zamanı Azərbaycan ilə Avropa Atletika Assosiasiyası arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.Görüşdə Avropa Atletika Assosiasiyasının baş icraçı direktoru Kristian Milz və Kommunikasiya departamentinin rəhbəri Biljana Daniçiç, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və baş katibi Məhərrəm Sultanzadə də iştirak ediblər....
14 Aprel 2026, 17:48
İsmayıllıda taksi sürücüsünə hücum edib
İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.Citypost.az-a xəbər verir ki, naməlum şəxslər müştəri qismində mindikləri taksi sürücüsünə xəsarət yetirərək onun nəqliyyat vasitəsini ələ keçirib və hadisə yerindən uzaqlaşıblar.DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, tədbirlərlə həmin avtomobil digər ərazidə tərk edilmiş vəziyyətdə aşkarlanıb.Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Pünhan Qurbanov və 44 yaşlı Tərlan Yusubov paytaxt ərazisində gizləndikləri yer müəyyən edilərək saxlanılıblar.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir....
14 Aprel 2026, 17:38
İrandakı hadisələr Azərbaycana necə təsir edir?
Azərbaycanın cənub qonşusu İranla ixrac və idxal əməliyyatlarının ümumi ticarətdə payı yüksək deyil. Modern.az xəbər verir ki, bu fikirləri 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudzadə deyib.Onun sözlərinə görə, ölkənin maliyyə sektorunun İranla inteqrasiya səviyyəsi də aşağıdır. “Bu səbəbdən hazırkı mərhələdə baş verən proseslərin sektora ciddi təsir göstərəcəyi gözlənilmir. Bununla belə, vəziyyətin daim nəzarətdə saxlanıldığı və hər hansı dəyişiklik baş verərsə, mövcud proqnozlara yenidən baxılacaq. Yaxın Şərqdəki proseslər fonunda dünya bazarında neft qiymətlərinin artması da nəzərə alınmalıdır. Bu isə Azərbaycanın valyuta ehtiyatlarının artmasına və tədiyyə balansının möhkəmlənməsinə şərait yaradır və müsbət hal olaraq...
14 Aprel 2026, 17:18
Qaçqınkomda vətəndaşların növbəti qəbulu keçirilib
Aprelin 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Bu barədə Citypost.az-a Dövlət Komitəsindən məlumat verilib.Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə...
14 Aprel 2026, 16:50
Ölkədə ödənişli yollarda sürət həddi müəyyənləşdirilib
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilib.Citypost.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.Qanuna əsasən, ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilir....
14 Aprel 2026, 16:25
Bu özəl klinikanın fəaliyyəti dayandırıldı
Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 41 ünvanda yerləşən “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 6-7 aprel tarixlərində plandankənar yoxlama keçirilib.Bu barədə Citypost.az Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib.Qeyd edilib ki, xidməti yoxlama zamanı lisenziya olmadan tibb fəaliyyəti və qeydiyyatsız dərman vasitəsindən istifadə faktı aşkar edildiyindən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri seçilərək, inzibati xətalar məcəlləsin 210.1 və 221.1 maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib və aidiyyəti üzrə növbəti icraata göndərilib.Əlavə olaraq “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsinin cari fəaliyyətinin dayandırılması üzrə hüquq mühafizə orqanları qarşısında vəsatətin qaldırılması məqsədi ilə...
14 Aprel 2026, 15:55