Tiktoker Nahid Nəsirovun həbs müddəti uzadıldı
Hadisə 14 Aprel 2026, 14:22
415
Tiktoker Nahid Nəsirov yenidən hakim qarşısına çıxarılıb.
Citypost.az "Unikal"a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində onunla bağlı qərar qəbul edilib.
Qərara əsasən, tiktokerin həbs müddəti daha bir ay da uzadılıb.
Xatırladaq ki, ilk olaraq Nərimanov Məhkəməsində tiktoker Nahid Nəsirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra isə Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində qərar qüvvədə saxlanıb.
Həmçinin oxuyun
Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddənin sanksiyasında 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ağstafada selə görə rayon mərkəzi ilə əlaqə çətinləşib
Ağstafa çayından sel keçib."Report"un Qərb bürosunun məlumatına görə, rayonun Molla Cəfərli, Xılxına, Pirli, Kolayır və bir neçə kəndi ilə rayon mərkəzini birləşdirən yolda çətinliklər yaranıb.Bu da rayon mərkəzi ilə əlaqəni kilometrlərlə uzadır. Hazırda sözügedən kəndlərin sakinləri alternativ yollardan istifadə edirlər.Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.
14 Aprel 2026, 17:00
Neft Daşları yaxınlığında balıqçı dənizdə batdı
Neft Daşlarının yaxınlığında balıqçı batıb.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, "112" qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir....
14 Aprel 2026, 16:38
Bakıda binada partlayış olub
Bakıda binada partlayış olub.Citypost.az xəbər verir ki, hadisə Nəsimi rayonu 4-cü mikrorayon ərazisində baş verib.TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: "Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində daha iki nəfərə - 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım olunub". (APA)...
14 Aprel 2026, 16:15
Namizəd Səfərovun həbs müddəti uzadılıb
Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərov barəsində həbs qətimkan tədbirinin uzadılıb.APA xəbər verir ki, bununla bağlı təqdimata Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılıb.Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar verilib.Qeyd edək ki, ittihama görə, özünü vəkil kimi təqdim edən Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla bu adla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi...
14 Aprel 2026, 14:32
Qanunsuz saxlanılan silahlar aşkarlandı
Aprelin 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tüfəng və 34 ədəd patron aşkar edərək götürüblər.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
14 Aprel 2026, 14:26
Füzulidə tank əleyhinə mina partlayıb, ANAMA əməkdaşı həlak olub
Aprelin 14-də işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.Bu barədə Citypost.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib.Hadisə nəticəsində əməkdaş həyatını itirib.
14 Aprel 2026, 12:05