Bizə yazın

Baku

-°C

USD

-

Şükranlıq içində və ya şükranlığa bələnmiş ADAM...  

Söz adamı 03 Aprel 2026, 11:14

8799

Şəmsi Vəfadarın YAZISI:

Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun  1-də İmişli rayonunda anadan olub. Uşaq yaşlarından musiqiyə olan sevgi və maraq onu bu yolu sevməyə təhrik edən əsas amillərdən olmuşdur. 

Rayon Mədəniyyət Evində gənc yaşlarından metodist və incəsənət məsləhətçisi kimi fəaliyyətə başlayıb. Bakıdakı Teatr İnstitutuna daxil olsa da müəyyən səbəblərdən təhsilini davam etdirməyib. Sonralar D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnistutunda təhsil alıb.1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblının müşayətilə ifa etdiyi bir neçə mahnı radio fonotekasında yazılıb. 1968-ci ildə “Muğam-68” festivalının qalibi seçilib. 

1970-ci ildə SSRİ Xalq artisti Niyazi onu Azərbaycan Dövlət Filarmoniyasına işləməyə dəvət edir. O, Niyazinin təklifini böyük məmnuniyyətlə qəbul edir. Həmin vaxtdan Azərbaycan Dövlət Filarmoniyasında çalışan N.Musayev 1978-ci ildə “Röya” vokal instrumental ansamblının yaratmaqla, bədii rəhbər olaraq ilk dəfə Azərbaycanda milli estrada janrının yaradıcısı olmuşdur. Elə həmin il “Röya” ansamblının kütləvi - 1 milyon tirajla valı buraxılır. 1974-cü ildə O, “Şahnaz təsnifi” ilə Azərbaycan milli musiqisinə yeniliklər bəxş etmiş və sənət aləmində daha çox tanınmağa başlamışdır. Hələ SSRİ dönəmində dövlət qastrollarında dünyanın bir çox ölkələrində milli xalq musiqimizi təbliğ edən müğənninin, “Röya” vokal instrumental ansamblını yaratması ilk növbədə milli musiqimizlə Avropa musiqisinin sintezləşdirilməsinə və müasir səpkidə xalqa çatdırılmasına xidmət göstərmişdir. Sənətə muğam ifaçısı kimi başlayan N.Musayev, Ə.Bakıxanov, B.Salahov, Ə.Dadaşov, Ə.Quliyev, A.Məşədibəyov, H.Məmmədov və H.Bayramov kimi tanınmış sənətkarlarla çalışmışdır. O, tanınmasına və sevilməsinə səbəb kimi xalqın onun sənətini qiymətləndirməsini əsas görür. Uzun illərdir milli kolaritli estradanın formalaşmasına çalışan sənətkar bir çox bəstəkar və ifaçıların yaradıcılığına müraciət etməklə yanaşı özü də xeyli sayda mahnılar bəstələyib. 

N.Musayevi bu gün Azərbaycan Milli estradasının əsas sütunu adlandırmaq olar. 

1991-ci ildə ona Naxçıvan MR-nın Əməkdar artisti adı verilmişdir. N.Musayev Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb və “Şöhrət”, “Şərəf” və “II dərəcəli Vətənə xidmət” ordenləri ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin Fəxri təqaüdçüsüdür. 

N.Musayev “Qanlı zəmi” (1985) (və ya “Qaçaq Nəbi”) “Gecə qatarında qətl” (1990) “Yorulmamışam” (2007) filmlərində  əsas və bir neçə filmdə epizodik, lakin yadda qalan rolları oynayıb. 

İnsan həyatda yoxsul və ya zəngin, mənsəb, iqtidar sahibi və ya vəzifəsiz ola bilər. 

Lakin, insan həyatda elə yaşamalıdır tutduğu mövqe onun dəyərinin azalmasına yol açmasın. Yetər ki, özün-özünə “dəyərsiz” adı vurmayasan. İnsan özünə necə dəyər verirsə, həyatda da elə nəticələr alır. Ətrafdakılar da ona elə qiymət qoyur. 

İnsanların münasibəti, sənin seçimlərin, hətta imkanları görmə qabiliyyətin belə çox zaman sənin özünə qoyduğun “dəyər”lə idarə olunur. 

Mark Avreli deyirdi ki, “İnsanın həyatı onun düşüncələri əsasında formalaşır”. 

Çünki, sən özünü necə görürsənsə, o səviyyədə qərarlar verirsən, o səviyyədə davranırsan və sözsüz ki, o səviyyədə də nəticələr alırsan. 

Bir sözlə əgər insan özünü dəyərli hiss edərsə, daha çox fürsət görür, insan özünü dəyərsiz hiss edəndə isə, məhdudiyyətlərlə qarşılaşır. 

Nitşe deyirdi ki, “İnsan öz dəyərlərini özü yaradır”. Həyat sənə kənardan verilən qiymətə görə yox, sənin özünə verdiyin qiymətə görə formalaşır. 

Özünü dəyərli hiss etməyən insan keyfiyyətli və yaxşı seçimlər edə bilməz. Özünü dəyərli hiss edən şəxs daha sağlam münasibətlər qurur, daha uğurlu adamlarla əlaqələr yaradır və daha cəsarətli addımlar atır. 

Niyaməddin Musayevlə bir neçə yandan yaxın qohumluq əlaqələrimiz mövcuddur. Anası Xınaş xalanın nurlu surəti bu gündə gözlərimin önündədir. Ata nənəm dünyasını dəyişəndə 7 gün gəlib bizdə qaldı. Ondan sonra da bir neçə dəfə gördüm onu... Artıq o zamanlar Xınaş xala Niyaməddinlə Bakıda yaşayırdı. Tez-tez toyda, bayramda rayona gələrdi. Üzdən Niyaməddinə çox oxşayırdı. Eşitdiyimə görə N.Musayevin atası Cabbar kişi tarda ifa etməyi bacarırmış. Niyaməddin mənə dəfələrlə deyib ki, anam “Lay-lay” deyəndə bəlkə də quşlar da qanad saxlayıb onun səsini dinləyirdilər.Niyaməddin anasından xatirələr danışanda mümkün deyil ki, təsirlənmədən onun söhbətlərinə qulaq asasan. 

N.Musayev kasıbına-varlısına fərq qoymadan bütün qohum-əqrabanın toyunu tam təmənnasız şəkildə başının dəstəsi ilə keçirib. Heç yadımdan çıxmaz, təxminən  1993-cü il idi. Şamaxıdan gələn yaxın adam mənə dedi ki, qardaşımın toyudur, istəyirəm Niyaməddin oxusun... Zəng edim ona dedim. Üzrxahlıq eləyib bildirdi  ki, Sabirabadın kəndindən bir nəfərə söz vermişəm təmənnasız onun toyunu oxumalıyam. Sonrakı görüşlərimizin birində o, mənə danışdı ki, Filarmoniyanın yanında bir nəfər ona yaxınlaşıb deyib ki, anamın arzusudur ki, mənim toyumda siz oxuyasınız, amma bəri başdan deyim ki, pulum yoxdur. Gəlsəniz sadəcə anamın arzusunu yerinə yetirmiş olarsınız.

N.Musayev ansamblla birgə həmin kəndə gedir. Həqiqətən ailənin çox kasıb olduğunun şahidi olurlar. Niyaməddin söyləyir ki, çox şən və şux toy keçdi. Toyda yaxşı şabaş yığıldı. Bəylə razılaşmışdıq ki, şabaşın hamısı musiqiçilərə çatacaq. Lakin, elə etmədik. Yığılan pulların hamısını ansamblın üzvləri ilə razılaşıb bəyə hədiyyə etdik. Bəydən yeganə xahişimiz isə o oldu ki, evi yaxşı təmir etdirib, həyətdə səliqə-səhman yaratsın.

Nərgiz çiçəyinə bənzəyən balaları Orxanın, Röyanın və Günelin uşaqlıqları indiki kimi gözlərimin önündədi. Hər üçünün toyunda iştirak etmişəm. Şükürlər olsun ki, indi hər biri xoşbəxt ailə başçısıdır. Hər üçünün toyda Azərbaycan mədəniyyətinin və incəsənətinin qaymaqları iştirak edirdilər. Röyanın toyunda yarı zarafat, yarı ciddi ən  maraqlı çıxış isə Xalq artisti İlhamə Quliyevaya məxsus idi: “Mən Niyaməddini tanıyanda burdakı colma-cocuqların çoxu nəinki səhnədə yox idi, heç bəlkə də hələ dünyaya gəlməmişdi.Kukla kimi vaxtlarım idi. Qəfil  qapının zəngi basıldı, açdım gördüm qəribə saç düzümü və geyim tərzi  olan xarizmatik bir oğlan dayanıb qarşımda. O saat hiss etdi ki, xoşum gəldi ondan. Həbib müəllimi soruşdu və bir başa mətləbə keçib dedi ki, İmişlidən sizə Araz balığı gətimişəm. O saat başa düşdüm ki, balıqla mənim saqqızımı oğurlamaq istəyir. İçəri dəvət elədim balığı qoydu “Royal”ın üstünə. Mənə “girişdiyini” nə Tükəzban xanıma, nə də Həbib müəllimə demədim. Çünki mənim də ondan xoşum gəlmişdi. Daha sonra olanları danışsam burda qırğın düşər, məncə bura qədər yetər. Daha hər şeyi niyə danışım ki?...Cəsarəti çatırsa,qoy,özü danışsın...”   

Niyaməddin Musayev haqqında ən yadda qalan məqalələrdən birini o zaman 80-ci illərin sonlarında “Sovet kəndi” qəzetində çalışarkən Aqil Abbas yazmışdı. A1 formatda qəzetin sonuncu səhifəsinin təxminən 4/1 hissəsini tutan, həcmcə bir o qədər də böyük olmayan məqalə  ölkədə böyük rezonans doğurmuşdu. Həmin yazının  ardınca Niyaməddin Musayev və yaratmış olduğu “Röya” ansamblına dair o dövrün qəzet və jurnallarında oxşar məqalələr çap olunmağa başladı. “Röya” ansamblına N.Musayevin həsr edib oxuduğu və bu gün də dillər əzbəri olan eyni adlı mahnının sözlərinin müəllifi isə tanınmış şair Yusif Nəğməkardır. N.Musayevə Y.Nəğməkarın illərdir yaradıcılıq münasibətindən savayı şəxsi dostluq əlaqələri də mövcuddur. N.Musayev onun qələmə aldığı 30-dan çox şeirə mahnı bəstələyib və ifa edib. Bu gün də həmin nəğmələr dinləyicilər tərəfindən sevilə-sevilə qarşılanır,sözlərin və musiqinin müəllifinə böyük şöhrət gətirib.

 Y.Nəğməkarın N.Musayevə həsr etdiyi “Şahnaz... Ahnaz” poemasını da əsl sənət nümunəsi saymaq olar. 

N.Musayevin Azərbaycan musiqisində özünəməxsus yolu və məktəbi var. Bu məktəb Niyaməddin məktəbi adlanır. 

Onun yetirmələri - Cabbar Musayevi, Hikmət Aslanovu, Könül Kərimovanı, Vüqar Yusifovu, Niyazi Musayevi, Xaləddin Qubadovu, Nüşabə Ələsgərlini, Məleykə Əsədovanı, Elxan Şirinovu, Şakir Quliyevi,  bu məktəbin uğurlu məzunları saymaq olar. N.Musayev söz düşəndə onların hər biri ilə fəxr etdiyini söyləyir. 

Onda çox güclü yumor hissi mövcuddur. Hamının bildiyi hadisəni və ya lətifələri elə tərzdə danışır ki, qulaq asanların marağına səbəb olur. 

Niyaməddin Musayev söhbət edir ki. ötən əsrin 90-cı illərinin əvvəllərində cənub zonasında bir toy şənliyində iştirak edirlərmiş. Toyda digər müğənnilər də var imiş. Sərxoş bir nəfər əlində tapança tez-tez N.Musayevə yaxınlaşıb hansı istəyi olduğunu soruşurmuş və deyimiş ki, kimi istəyirsən güllələyim. Anoloji hərəkətləri sərxoş adam hər yarım saatdan bir təkrar edirmiş. Sərxoş adam növbəti dəfə yaxınlaşıb eyni sözləri soruşanda, N.Musayev deyir ki, əlini qulağının dibinə qoyub zəngulə vuran Canəli Əkbərovu göstərib dedim ki, imkan varsa bu adamı güllələ, məni yığıb boğaza,yaşamağa imkan vermir.

 N.Musayev deyir ki, bir neçə saat sonra toy başa çatdı. Həmin adam bir daha gözə dəymədi. Sonradan bəlli olub ki, qonşuluqda yaşayırmış və gedib yatıb. 

2000-ci illərdə Milli Məclisə seçkilər keçirilən ərəfə idi. N.Musayevlə zəngləşdik. O, mənə dedi ki, Səyyad Aranda zəng edib onunla da görüşü var. Qərara gəldik ki, birlikdə YAP-ın qərargahına gedək. 

Biz  pillələrlə üzü yuxarı qalxanda akademik Fərəməz Maqsudovun aşağı endiyini gördük. O, məni Azərbaycan Elmlər Akademiyasının “Elm” qəzetində işləyəndən tanıyırdı. Mənimlə mehribanlıqla görüşüb, bağrına basdı. Hal-əhval tutduqdan sonra dedi: “Şəmsi,vallah bu adam lap Niyaməddin Musayevə oxşayır, yəqin qardaşıdı,hə...”. Biz F.Masqudovun sözlərinə xeyli güldük. Bəlli oldu ki, Fərəməz müəllim həqiqətən belə başa düşüb.

N.Musayevin çox qəribə qida rasionu və həyat tərzi var. Məsələn, 50 ildən çoxdur ki, eyni saatda yatıb, eyni saatda oyanır. Ağır qidaları və spirtli içki qətiyyən qəbul etmir. Həftənin müəyyən etdiyi günləri yüngül idman hərəkətləri ilə məşğul olur. Ətrafdakılara qarşı diqqətlidir və o diqqəti özünə qarşı da tələb edir. Hobbisi nərd oynamaqdır. Hələ indiyədək ona qalib gələn görməmişəm. 

O, mənə dəfələrlə söhbətləri zamanı deyib ki, hətta kasıb olsan belə heç vaxt özünü yoxsul göstərmə... Ona görə ki, insanın görünüşü reallıqdan daha güclüdür. 

Dostluqda və yoldaşlıqda çox etibarlı bir adamdır. Vəzifə, maddi durum, kimin hansı regiondan olması və hansı təbəqəyə məxsusluğu  onun üçün əhəmiyyət daşımır. N.Musayev söz düşəndə deyir ki, insan yaşıyla deyil, yaşadıqları ilə öyrənir həyatı. Əslində hər tanıdığımız insanın içində tanımadığımız daha bir insan var... 

İşlərim bir qədər çətinə düşmüşdü. Azərbaycan Prezidenti Yanında Əfv Məsələləri Komissiyasının  üzvü, adını çəkmək istəmədiyim deputat dostlarımdan biri belə məsləhət görmüşdü ki, bir qrup ziyalının adından  barəmdə yaxşı olar ki, Azərbaycan Prezidentinə müraciət olunsun. Bu məsələdə dostlarım Sərvaz Hüseynoğlu və Dayandur Sevgin çox aktivlik göstərib, əziyyət çəkdilər. 100-ə yaxın tanınmış qələm adamları bir neçə xalq şairi və yazıçı, deputatlar, Xalq artistləri, jurnalistlər, Milli Qəhrəman, Şəhid  və qazi ailələri,elm xadimləri,tanınmış ictimaiyyət nümayəndələri  həmin müraciəti imzalamışdılar. N.Musayev də həmin müraciətə ilk imza atanlardan idi. Amma, ən yaxın dostlarımdan biri həmin müraciətə imza atmaqdan mədəni şəkildə imtina etdi.

Ona müraciət edən şəxsə demişdi ki,əvəzimizdən imza edə bilərsən. Düzdü, həmin müraciətin mənim işimə heç bir köməyi, təsiri olmadı. Amma, faktiki olaraq həmin adamlar çətin vaxtlarda köməkliklərini əsirgəməmişdilər. AYB sədrinin müşaviri və Mənzil Komissiyasının sədri,mətbuatın yazdığına görə sələmçilik fəaliyyəti ilə məşğul olan Rauf Aslanov isə  imza toplama kompaniyası ilə məşğul olan Dayandur Sevginə orada illərlə mənzil növbəsində olmasına baxmayaraq, ona mənzil verilməyə əngəl törətmişdi.

Niyaməddin Musayevlə dəfələrlə yol-yoldaşı olmuşam. Lap dünyanın o başına getsən belə onunla olarkən darıxa bilməzsən. Çox söhbətçildir. İstənilən sayda maraqlı  lətifələr bilir. Onda olan zarafatlar, hazırcavablar hər adamda yoxdur. N.Musayev 60 ildən artıqdır ki, şöhrətin zirvəsində dayanıb. Sənət adamları var ki, şöhrətin ilk addımlığında başı gicəllənir, özündən asılı olmadan ətrafdakılara, hətta ailəsinə qarşı belə münasibəti dəyişir. 

Həyatda elə insanlarla qarşılaşırsan ki, onların bəzilərini lap yaxından tanıdıqca gözündə bir qədər də böyüyür, bəziləri isə əksinə tanıdıqca kiçilirlər. N.Musayev elə sənətkarlardandır ki, onu daha yaxından tanıdıqca ucalığının, böyüklüyünün  şahidi olursan. Mən həyatda Niyaməddin Musayevdən çox şey öyrənmişəm.       

Əsl insana  məxsus, yadda qalan bütün mərd xarakterləri Tanrı sanki, onda cəmləşdirib. Mərd insan bir qayda olaraq şikayət etmədən əzab çəkir, əbləh adam isə, əksinə... əzab çəkmədən şikayət edir. Mən onu həmişə şükranlıq içində görmüşəm. 

Yazıçı,şair Şəmsi Vəfadar

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

71 ili aşan 701 gün - Əkbər Qoşalı yazır 

1918-ci ilin 28 may günü! Günə sığmayan gün!O gün – bir millətin öz yığvalını öz əlinə alma iradəsinin, susdurulmuş bir haqqın, içində köz kimi qorunan dövlətçilik ruhunun yenidən alovlandığı gündür. O gün, Yerin Gündoğarında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünyaya duyuruldu.  Tarixdə elə günlər var, onlar təqvimdən daha dərində – ulusun alın yazısında yaşayır. 28 May bax belə bir gündür.Bu tarix bir dövlətin quruluşundan daha artıq anlam daşıyır. Bu, bir ulusun “mən varam” deməsi idi. Çar imperiyasının dağıntıları içində, siyasi xaosun, savaşların, işğalların, aclığın və qeyri-müəyyənliyin hökm sürdüyü bir zamanda Azərbaycan aydınları, milli düşüncə adamları, istiqlal mücahidləri tarix...

28 May 2026, 08:34

Mircəlal Paşayev, Səməd Vurğun-Azərbaycan ədəbiyyatının ölməz manifesti- Sayman Aruz yazır 

Azərbaycan ədəbiyyatı daxilindəki ədəbi münasibətlər ədiblər və oxucular üçün hər zaman həm əhəmiyyətli, həm də maraqlı olmuşdur. Misal üçün Məhəmmədhüseyn Şəhriyar və Bəxtiyar Vahabzadə arasındakı dostluq və məktublaşma müasir ədəbiyyat tarixinin ən parlaq səhifələrində yer almaqdadır. Eləcə də, Mir Cəlal Paşayev ilə Səməd Vurğun arasındakı münasibətlər Azərbaycan ədəbi mühitində həm yaradıcı dostluq, həm də qarşılıqlı intellektual təsir baxımından maraqlı mövzulardan biridir. Onların əlaqələri təkcə şəxsi münasibətlər çərçivəsində deyil, həm də XX əsr Azərbaycan ədəbiyyatının formalaşması və inkişafı kontekstində dəyərləndirilir.Mir Cəlal müəllim tanımış bir nasir, alim və pedaqoq kimi  poeziyaya və xüsusilə, Səməd Vurğunun yaradıcılığına böyük diqqətlə yanaşırdı. O, Səməd Vurğunun...

25 May 2026, 15:21

SABİR RÜSTƏMXANLI: DƏYİŞMƏZ VƏ ƏBƏDİ ÜNVANIMIZ — Sabir Abdin YAZIR 

Əslində Sabir Rüstəmxanlı dünyaya göz açdığı, çırağı haqdan yanan o balaca qartal yuvası ev, ocaq, böyüdüyü, qol-qanad açdığı kənd, o taylı, bu taylı böyük Azərbaycan, qüdrətli, nəhəng Türk dünyası və nəhayət,  ucsuz-bucaqsız kainatımızın özü boyda bir coğrafiyadır, silinməz, bölünməz bir xəritədir, yeriyən, yürüyən Vətəndir.Sabir Rüstəmxanlı əbədidir.Biz Sabir bəyin bənzərsiz, dillər əzbəri olan şeirləriylə, sözlərinə yazılmış nəğmələrlə  böyümüşük, pərvazlanmışıq, o uzaq dağ kəndlərindən bu adın, bu odun işığını tutub gəlmişik. Sabir Rüstəmxanlının bənzərsiz yaradıcılığı, şəxsiyyəti, Azərbaycan uğrunda mübarizə dolu həyatı gəncliyimiz üçün, şəxsən mənim üçün nümunə olmuşdur.Yaxşı yadımdadır, ağır və təlatümlü 90-cı illərin əvvəllərində Kürdəmir rayon prokurorluğunda çalışırdım.  Bir nəfər barəsində aparılan...

20 May 2026, 11:53

Fatimə Novruzova: “Yalan insanı öz həqiqətindən uzaqlaşdırır”

İnsan həyatda çox seçimlərlə qarşılaşır. Bu seçimlərdən ən önəmlilərindən biri isə doğru ilə yalan arasında edilən seçimdir. Bəzən bir söz insanın taleyini dəyişə, bir həqiqət münasibətləri qoruya, bir yalan isə illərlə qurulan etibarı məhv edə bilər. Müasir dövrdə insanlar çox zaman həqiqəti gizlətməyi çıxış yolu hesab etsələr də, dürüstlük hər zaman insanın mənəvi dəyərini müəyyən edən əsas xüsusiyyətlərdən biri olaraq qalır. Mənim fikrimcə, yalan yalnız başqasını aldatmaq deyil, həm də insanın öz vicdanına qarşı etdiyi ən böyük haqsızlıqdır. Məhz buna görə “Yalan mənim üçün nədir?” sualı mənim daxili dünyamda xüsusi məna daşıyır.Citypost.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin...

19 May 2026, 10:21

O, rəhbər olmaq üçün doğulub...  Elman Eldaroğlu yazır...

"Yardımlı Xeyriyyə Cəmiyyəti"nə rəhbərlik etdiyim vaxtlarda Yardımlı rayon Mərkəzi Xəstəxanasında çox olmuşam. Həmin vaxtlar hər il ramazan bayramında oraya həkim briqadaları apararaq cərrahiyyə əməliyyatlarına, müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla yerli sakinin təmənasız şəfa tapmasında vasitəçi olmuşam. Onda mərkəzi xəstəxananın baş həkimi, hörmətli eloğlum Rasim Əkbərov, direktoru isə Mir Əbülfəz ağa idi. Haqqında söhbət açmaq istədiyim Ravil Qənbərov ilə isə tanışlığım olmayıb. Buna baxmayaraq, 2025-ci ildə Yardımlı rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ravil bəy haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Axı, mayın 14-ü Ravil Qənbərovun ad günüdür. Gənclərə diqqət göstərmək biz yaşlı nəslin borcudur...Ravil bəy 1988-ci ilin may ayına düşən şənbə...

14 May 2026, 08:56

Ağrı və iradənin dialoqu. Şəmsi Qoca yazır...

Gecənin ən qatı sükutunda, saatın əqrəbləri "üç"ün üzərində donub qalanda, otağın küncündə iki kölgə üz-üzə gəldi. Biri ağır, boğucu və amansız idi – Ağrı. Digəri isə yorğun, amma gözlərində sönməz bir atəş daşıyan İradə.Ağrı qəddar bir gülümsəmə ilə pıçıldadı:— "Hələ də yorulmadınmı? Artıq bir il yarımdır ki, mən sənin bədənində hər hüceyrəyə bir zəncir vurmuşam. Gecələrini yuxusuzluğa, gündüzlərini isə mənə məhkum etmişəm. Niyə hələ də o qələmi əlindən yerə qoymursan? Görürsən ki, mən hər gün bir az daha böyüyürəm, sən isə hər gün bir az daha kiçilirsən."İradə sakit, amma sarsılmaz bir səslə cavab verdi:— "Sən mənim bədənimi zəncirləyə bilərsən, amma...

11 May 2026, 12:29