Bizə yazın

Baku

-°C

USD

-

Yol polisi əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib 

Cəmiyyət 12 Aprel 2026, 13:28

381

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

CityPost.az-ın  məlumatına görə, xəbərdarlıqda qeyd olunur ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.

Bununla əlaqədar yol polisi bütün yol hərəkəti iştirakçılarını daha diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır:

"Qeyd edirik ki, yağıntılı və küləkli havalarda sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorumalı, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinməlidirlər. Nəqliyyat vasitələrinin faraları və işıq siqnalları saz vəziyyətdə olmalı, yaxın və qabarit işıqları daim yandırılmalıdır. Görünmə məsafəsi azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət yarandıqda istifadə edilməli, qarşıdan gələn nəqliyyat vasitələrinə mane olmamaq üçün uzaq işıqlardan istifadə olunmamalıdır.

Piyadalar məhdud görünmə şəraitində yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, sürücülərin onları vaxtında görə bilməsi üçün daha diqqətli və ehtiyatlı davranmalıdırlar".

Qeyd olunur ki, küləkli hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet və skuter tipli nəqliyyat vasitələrinin idarə olunmasında ciddi çətinliklər yaradır: "Güclü küləyin təsiri nəticəsində bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi və aşma riski əhəmiyyətli dərəcədə artır ki, bu da həm sürücülər, həm də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükə yaradır.

Mövcud hava şəraitində hər bir yol hərəkəti iştirakçısının məsuliyyətli davranışı, qarşılıqlı diqqət və anlayış nümayiş etdirməsi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib

Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə),Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında, eləcə də tədrisi ingilis dilində aparılan ümumtəhsil müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçirilib.CityPost.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan keçirilən şəhər...

12 Aprel 2026, 14:54

Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA 

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi rayonlarında arabir şimşək çaxır, yağış yağır, Şahdağa qar yağması müşahidə olunur.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qar örtüyünün hündürlüyü Şahdağda 81 sm-dir.Yağıntının miqdarı Şahbuzda 9, Qax (Sarıbaş) və Balakəndə 6, Tovuz və Naxçıvanda 4, Şəki, Oğuz, Culfa, Lənkəran, Daşkəsən, İsmayıllı, Şamaxı, Qəbələ, Qusar, Quba, Mingəçevir, Göyçay, İmişli, Biləsuvar, Gədəbəy, Ağstafa, Gəncə, Naftalan, Şəmkir, Astara, Şərur, Ordubad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə 3 mm-dir.Aprelin 11-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Bərdədə 16, Culfada 15 m/s-dək güclənib.Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Xızı, Qusar,...

12 Aprel 2026, 11:49

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib 

Fövqəladə Hallar Nazirliyinin bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.CityPost.az-ın   xəbərinə görə, müraciətdə qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq,...

12 Aprel 2026, 10:45

Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Pasxa bayramı ilə əlaqədar paylaşım edib.CityPost.az  xəbər verir ki, Mehriban Əliyeva Azərbaycanın xristian icmasını bayram münasibətilə təbrik edib.Paylaşımı təqdim edirik:✔I cordially congratulate the Christian community of Azerbaijan on the occasion of the Easter, and wish strong health and happiness to our compatriots!✔Искренне поздравляю христианскую общину Азербайджана с Пасхой, желаю всем нашим согражданам крепкого здоровья и счастья! pic.twitter.com/ElRq6Ta4fE— Mehriban Aliyeva (@1VicePresident) April 12, 2026 ...

12 Aprel 2026, 09:17

Prezident onlara hədiyyə göndərdi

Xocavənd rayonunun Xanoba kəndində yaşayan balaca Ayazın arzusu reallığa çevrilib.CityPost.az   xəbər verir ki, Prezident İlham Əliyev martın 17-də kənd sakinləri ilə görüş zamanı Ayazla da söhbət edib. Səmimi dialoq zamanı Ayaz ölkə başçısından "KamAZ" markalı yük avtomobili istədiyini bildirib.Qısa müddət sonra Prezident Ayazın arzusunu yetirinə yetirib. Ayazın yaşadığı ünvana "KamAZ" markalı yük avtomobili göndərib.

11 Aprel 2026, 22:22

Güclü külək əsəcək - XƏBƏRDARLIQ 

Aprelin 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Yevlax, Bərdə, Tərtər, Biləsuvar, Neftçala, Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Hacıqabul, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir və Qusarda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək....

11 Aprel 2026, 21:37