Almaniya İsrailə 4 milyon avroluq silah ixracını təsdiqlədi
Dünya 19 İyun 2025, 15:00

426
Almaniyanın yeni hökuməti səlahiyyət müddətinin ilk beş həftəsində İsrailə təxminən 4 milyon avro dəyərində silah ixracını təsdiqləyib.
CityPost.az xəbər verir ki, Sol Partiyanın parlamentdəki sualını cavablandıran Almaniya İqtisadiyyat və İqlim Mühafizə Nazirliyi hökumətin 7 may-10 iyun tarixləri arasında Qəzzada soyqırım törətməkdə günahlandırılan İsrailə alman istehsalçılarına 3 milyon 986 min avro dəyərində silah tədarük etməsinə icazə verdiyini açıqlayıb.
Digər tərəfdən, Almaniyanın Təl-Əvivə silah və hərbi texnika satışı 2024-cü ildə 161,1 milyon avroya çatmışdı.
Hökumət 2023-cü ildə İsrailə 327 milyon avro dəyərində silah və hərbi texnika satışını təsdiqləmişdi.
2023-cü ildə Almaniyanın İsrailə silah və hərbi texnika satışı 2022-ci ilə nisbətən 10 dəfə artıb.
Həmçinin oxuyun
Almaniyada silah ixracına Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi, Xarici İşlər Nazirliyi və İqtisadi Məsələlər və İxrac Nəzarəti üzrə Federal Ofisin (BAFA) iştirakı ilə qərar verilir.
Xüsusilə həssas hallarda, baş nazir və digər nazirlərin daxil olduğu Federal Təhlükəsizlik Şurası qərar verə bilər.
Almaniyanın üçüncü ölkələr vasitəsilə İsrailə silah ixracı ilə bağlı heç bir açıqlama verilməyib.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İranın şimalında zəlzələ baş verib
İranın şimalında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.Bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.Məlumata görə, zəlzələnin episentri təxminən 124 min nəfər əhalisi olan Semnan şəhərindən 36 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
21 İyun 2025, 00:13

Çinlə əlaqəli qruplar Rusiya şirkətlərini "sındırırlar"
Çin hökumətinə bağlı qrupların Rusiya-Ukrayna müharibəsi başlayandan bəri kiberhücumlar vasitəsilə Rusiya şirkətlərini və dövlət qurumlarını getdikcə daha çox hədəf aldığı bildirilir.
20 İyun 2025, 17:55

Ukrayna müdafiə nazirinin müavinini dəyişəcək
Ukraynanın müdafiə nazirinin müavini, veteranlarla iş üzrə nazir Nataliya Kalmıkova öz vəzifəsində demək olar ki, 100% zəmanətlə dəyişdiriləcək.
20 İyun 2025, 17:45

Maduro: "Netanyahu Hitler kimi deliryumdan əziyyət çəkir"
İsrailin baş naziri Benyamin Netanyahu dünyanı fəlakətə doğru sövq edən “Hitler deliryumundan” əziyyət çəkir,.
20 İyun 2025, 17:30

Zelenski Rusiya ilə məhbus mübadiləsini təsdiqləyib
Rusiya İstanbulda keçirilən danışıqlarda əldə olunan razılaşmalar çərçivəsində bu ölkənin Silahlı Qüvvələrinin (SQ) əsir götürdüyü əsgərlərini Ukraynaya təhvil verib.
20 İyun 2025, 17:17

Netanyahud Xameneini öldürməklə HƏDƏLƏDİ: Heç kim toxunulmaz deyil!
İsrailin baş naziri Benyamin Netanyahu İran lideri Ayətullah Əli Xameneini sui-qəsdlə hədələdiyini təkrar edərək, hərbçilərə İranda heç kimin toxunulmazlığının olmadığını tapşırdığını deyib.
20 İyun 2025, 17:00