Putin Ərdoğana TƏŞƏKKÜR ETDİ
Dünya 19 İyun 2025, 15:30

421
Rusiya prezidenti Vladimir Putin İran-İsrail münaqişəsi ilə bağlı açıqlamalar verib.
CityPost.az xəbər verir ki, Putin, “İsrailin təhlükəsizliyi və İranın maraqları təmin oluna bilər” deyib.
Ukrayna müharibəsinə də toxunan Putin İstanbul danışıqlarına görə prezident Ərdoğana minnətdar olduğunu bildirib.
Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı xəbər agentliklərinin menecerlərinin suallarını cavablandırıb.
Putin İranda xalqın rejim ətrafında birləşdiyini bildirib. Döyüşlərə son qoymağın yollarını axtarmalı olduğumuzu deyən Rusiya lideri İranın dinc nüvə enerjisi əldə etmək hüququna malik olduğunu bəyan edib.
ABŞ və İsraillə təmasda olduqlarını bildirən Putin, “Biz heç kimə heç nəyi məcbur etmirik, sadəcə vəziyyətdən mümkün çıxış yolunu necə gördüyümüzdən danışırıq” deyib.
Prezident Ərdoğana təşəkkür edirəm
Ukrayna müharibəsi və Qərblə yaşanan gərginliyə də toxunan Putin İstanbul danışıqlarına görə prezident Ərdoğana təşəkkürünü bildirib.
Rusiyanın NATO-ya hücum edəcəyi iddiasının cəfəngiyyat olduğunu deyən Putin Trampın “Mən prezident olsaydım, Ukrayna müharibəsi olmazdı” deməkdə haqlı olduğunu bildirib.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İranın şimalında zəlzələ baş verib
İranın şimalında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.Bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.Məlumata görə, zəlzələnin episentri təxminən 124 min nəfər əhalisi olan Semnan şəhərindən 36 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
21 İyun 2025, 00:13

Çinlə əlaqəli qruplar Rusiya şirkətlərini "sındırırlar"
Çin hökumətinə bağlı qrupların Rusiya-Ukrayna müharibəsi başlayandan bəri kiberhücumlar vasitəsilə Rusiya şirkətlərini və dövlət qurumlarını getdikcə daha çox hədəf aldığı bildirilir.
20 İyun 2025, 17:55

Ukrayna müdafiə nazirinin müavinini dəyişəcək
Ukraynanın müdafiə nazirinin müavini, veteranlarla iş üzrə nazir Nataliya Kalmıkova öz vəzifəsində demək olar ki, 100% zəmanətlə dəyişdiriləcək.
20 İyun 2025, 17:45

Maduro: "Netanyahu Hitler kimi deliryumdan əziyyət çəkir"
İsrailin baş naziri Benyamin Netanyahu dünyanı fəlakətə doğru sövq edən “Hitler deliryumundan” əziyyət çəkir,.
20 İyun 2025, 17:30

Zelenski Rusiya ilə məhbus mübadiləsini təsdiqləyib
Rusiya İstanbulda keçirilən danışıqlarda əldə olunan razılaşmalar çərçivəsində bu ölkənin Silahlı Qüvvələrinin (SQ) əsir götürdüyü əsgərlərini Ukraynaya təhvil verib.
20 İyun 2025, 17:17

Netanyahud Xameneini öldürməklə HƏDƏLƏDİ: Heç kim toxunulmaz deyil!
İsrailin baş naziri Benyamin Netanyahu İran lideri Ayətullah Əli Xameneini sui-qəsdlə hədələdiyini təkrar edərək, hərbçilərə İranda heç kimin toxunulmazlığının olmadığını tapşırdığını deyib.
20 İyun 2025, 17:00