Makrondan İsrailə ÇAĞIRIŞ
Dünya 19 İyun 2025, 17:17

463
Fransa prezidenti Emmanuel Makron İsraili İrana nüvə və ballistik proqramları ilə bağlı olmayan hücumlarına dərhal son qoymağa çağırıb.
CityPost.az xəbər verir ki, Yelisey Sarayından verilən yazılı açıqlamada Makronun İsrailin İrana hücumlarını müzakirə etmək üçün bu gün Milli Müdafiə və Təhlükəsizlik Şurasını topladığı bildirilib.
Açıqlamada bu ifadələrə yer verilib: "Makron İsrailin İranın nüvə və ballistik proqramı ilə əlaqəsi olmayan hədəflərə hücumlarının artması və İran və İsraildə mülki əhalinin sayının artması ilə bağlı narahatlığını ifadə edib. Regional təhlükəsizlik üçün ciddi risklər yaradan bu hərbi əməliyyatlar dərhal dayandırılmalıdır".
Bildirilib ki, Makron İranın nüvə və ballistik proqramının daimi həllinin danışıqlar yolu ilə olduğunu qeyd edib və prezidentin Fransanın İranın bölgədəki fəaliyyəti ilə bağlı dialoqa başlamaq istəyini ifadə edib.
Bəyanatda qeyd olunub ki, Makron Fransanın xarici işlər naziri Jan-Noel Barrotun İsrailin İrana hücumlarına son qoyacaq danışıqlar yolu ilə həllə nail olmaq üçün yaxın günlərdə avropalı tərəfdaşlarla təşəbbüslər göstərməyi tapşırıb.
Həmçinin oxuyun
Açıqlamada Makronun Barrot-a sözügedən iki ölkəni tərk etmək istəyən Fransa vətəndaşları üçün lazımi tədbirlərin görülməsi ilə bağlı göstəriş verdiyi və Fransa vətəndaşlarının bu ölkələrə səyahət etməkdən qəti şəkildə çəkindirildiyi bildirilib.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İranın şimalında zəlzələ baş verib
İranın şimalında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.Bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.Məlumata görə, zəlzələnin episentri təxminən 124 min nəfər əhalisi olan Semnan şəhərindən 36 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
21 İyun 2025, 00:13

Çinlə əlaqəli qruplar Rusiya şirkətlərini "sındırırlar"
Çin hökumətinə bağlı qrupların Rusiya-Ukrayna müharibəsi başlayandan bəri kiberhücumlar vasitəsilə Rusiya şirkətlərini və dövlət qurumlarını getdikcə daha çox hədəf aldığı bildirilir.
20 İyun 2025, 17:55

Ukrayna müdafiə nazirinin müavinini dəyişəcək
Ukraynanın müdafiə nazirinin müavini, veteranlarla iş üzrə nazir Nataliya Kalmıkova öz vəzifəsində demək olar ki, 100% zəmanətlə dəyişdiriləcək.
20 İyun 2025, 17:45

Maduro: "Netanyahu Hitler kimi deliryumdan əziyyət çəkir"
İsrailin baş naziri Benyamin Netanyahu dünyanı fəlakətə doğru sövq edən “Hitler deliryumundan” əziyyət çəkir,.
20 İyun 2025, 17:30

Zelenski Rusiya ilə məhbus mübadiləsini təsdiqləyib
Rusiya İstanbulda keçirilən danışıqlarda əldə olunan razılaşmalar çərçivəsində bu ölkənin Silahlı Qüvvələrinin (SQ) əsir götürdüyü əsgərlərini Ukraynaya təhvil verib.
20 İyun 2025, 17:17

Netanyahud Xameneini öldürməklə HƏDƏLƏDİ: Heç kim toxunulmaz deyil!
İsrailin baş naziri Benyamin Netanyahu İran lideri Ayətullah Əli Xameneini sui-qəsdlə hədələdiyini təkrar edərək, hərbçilərə İranda heç kimin toxunulmazlığının olmadığını tapşırdığını deyib.
20 İyun 2025, 17:00