Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Hadisə 24 May 2025, 23:59

1341
Bu gün axşam saatlarında Zabrat 2 - Sabunçu sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər çıxıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Ərazidəki əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb.
Həmçinin oxuyun
ADY bir daha insanları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən Kənana BU CƏZA VERİLDİ
Külli miqdarda dələduzluqda təqsirləndirilən bloger Kənan Balahəsənlinin məhkəməsi başa çatıb.Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə K.Balahəsənli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinib.İnformasiya texnologiyaları sahəsində mütəxəssis olan və instaqramda 260 min izləyicisi olan Kənanın "EKOİN" adlı kriptovalyuta elektron ticarəti ilə məşğul olduğu və qazanc əldə etmək vədi ilə sevgi münasibətində olduğu qadından 93 500 manat, digər 4 nəfərdən isə 14 min manata yaxın pul alaraq ələ keçirdiyi müəyyən edilib.Zərərçəkmiş şəxslər ifadələrində K.Balahəsənlinin özünü dövlət qurumlarının İT mütəxəssisi kimi təqdim etdiyini və buna inanaraq pul verdiklərini qeyd ediblər.Məhkəmənin hökmü ilə Kənan Balahəsənliyə 6 il 6 ay həbs cəzası verilib.Onun keçmiş sevgilisi...
20 İyun 2025, 09:06

Sumqayıtda 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Sumqayıt şəhərinin Qurd dərəsi yaşayış massivində bədbəxt hadisə baş verib.APA-nın məlumatına görə, fərdi yaşayış evində tək yaşayan 1955-ci il təvəllüdlü İbad Barat oğlu Əliyev meyvə ağacına çıxarkən yıxılıb.İlkin məlumata görə, 70 yaşlı kişi nəvələri üçün tut dərmək məqsədilə ağaca çıxıb. Lakin ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılan İbad Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.
19 İyun 2025, 21:52

Xaçmazda mənzildən meyit tapılıb
Xaçmazda mənzildən meyit tapılıb.Bu barədə CityPost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
16 İyun 2025, 14:00

İsmayıllıda həyətində çətənə kolu yetişdirən şəxs tutulub
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 46 yaşlı Kamandar İbrahimov saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi 29 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini və qazanc əldə etmək məqsədilə əkdiyini bildirib.Faktla bağlı cinayət işi başlanılıb, K.İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....
16 İyun 2025, 12:59

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Məlumata əsasən, iyunun 14-də və 15-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib....
16 İyun 2025, 11:02

Cinsi azlıqlarla dindarlar arasında qarşıdurma olub
Moldova paytaxtı Kişineuda cinsi azlıqlarla dindarlar arasında qarşıdurma olub.Bir qrup keşiş, o cümlədən yerli sakinlərin bir qismi iki gündür davam edən cinsi azlıqların bərabərlik yürüşü zamanı yürüşün qarşısını almağa çalışıblar.Nəticədə tərəflər arasında qarşıdurma yaranıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə qarşıdurmanın qarşısı alınıb, saxlanılanların olduğu bildirilir.
16 İyun 2025, 10:38