Bizə yazın

Baku

-°C

USD

-

Hakim Cavad İbrahimovdan  Məhkəmə- Hüquq Şurasına şikayət edildi  

Hadisə 26 May 2025, 15:28

2112

Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun  keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə məlumat vermişdik.

Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması  üçün hər ay,hər  uşağa  görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin,aliment ödəməli olan Sevinc Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki, icra etməməkdən ötrü müxtəlif cür bəhanələr gətirərək,süni əngəl törətməklə məşğuldur.

Xatırladaq ki,ötən həftə  Rasim Həmidovu Ədliyyə nazirinin müavini,III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov qəbul etmişdi. R.Həmidov  görüş zamanı nazir müavini M.Əhmədova  Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin icra  məmuru Bəhruz Cəfərovun qanunsuz əməllərindən,məhkəmənin qətnaməsinin qəsdən icra olunmamasından və Ədliyyə Nazirliyinin İstintaq Şöbəsinin müstəntiqi Seymur Xəlilovun işə birtərəfli  və qərəzli yanaşmasından şikayətçi olduğunu bildirmişdi.Nazir müavini Mübariz Əhmədov məhkəmənin qətnaməsini qəsdən icra etmədiyinə görə,S. Həmidova barədə cinayət işi açıldığını,istintaq orqanı tərəfindən R.Həmidovun  zərərçəkmiş şəxs qismində,Sevinc Həmidovanın  isə təqsirləndirilən şəxs kimi tanındığıını, yaxın günlərdə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin tələblərinə uyğun olaraq S.Həmidova barədə toplanmış cinayət işinin materiallarının   tədbir görülməsi üçün  müvafiq məhkəməyə təqdim olunacağını bildirmişdi.

S.Həmidova ailə həyatı qurarkən ər evinə guya 79 min manatlıq cehiz əşyaları,15 baş inək gətirdiyinə və həmin əşyaların və mal-qaranın R.Həmidovda qaldığına dair Laçın Rayon Məhkəməsinə müraciət edib.Məhkəmə işinin araşdırılması Laçın Rayon Məhkəməsinin hakimi Cavad İbrahimovun  həvalə olunub.R.Həmidov hüquqlarından istifadə edərək  iddiaçının söylədiklərinin heç bir fakta əsaslanmayan,yalan olduğunu sübut edən dəlilləri məhkəməyə  təqdim etmək istəsə də,C.İbrahimov qərəzli mövqe tutaraq nədənsə sənədləri qəbul etmək istəməyib.Məcburiyyət qarşısında qalan R.Həmidov sənədləri poçt vasitəsi ilə məhkəmənin hüquqi ünvanına göndərib və Məhkəmə - Hüquq Şurasına hakim C.İbrahimovun  hərəkətlərindən şikayət edib.R.Həmidov bu gün Məhkəmə - Hüquq Şurasında olub.

O,CityPost.az saytının müxbirinin suallarına cavab olaraq deyib: “Yaşadığım belə demək mümkündürsə,ev 20 kvadrat metrdən ibarətdir.Oraya nəinki,79 min manatlıq,heç bir 5 min manatlıq əşyanın yerləşməsi mümkün deyil.S.Həmidovanın qardaşı oğlu Laçın Rayon Polis şöbəsinin  əməliyyat müvəkkili Mirəli Həmidov mənə dəfələrlə hədə-qorxu gəlib.İstəyim məhkəmənin qanuni qətnaməsinin icrasına nail olmaqdır.Məhkəmə-Hüquq Şurasında isə mənə bildirdilər ki,şikayətim araşdırma mərhələsindədir.Qanun çərçivəsində tədbir görüləcək. ”

Müşərrəfxanım 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən Kənana BU CƏZA VERİLDİ 

Külli miqdarda dələduzluqda təqsirləndirilən bloger Kənan Balahəsənlinin məhkəməsi başa çatıb.Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə K.Balahəsənli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinib.İnformasiya texnologiyaları sahəsində mütəxəssis olan və instaqramda 260 min izləyicisi olan Kənanın "EKOİN" adlı kriptovalyuta elektron ticarəti ilə məşğul olduğu və qazanc əldə etmək vədi ilə sevgi münasibətində olduğu qadından 93 500 manat, digər 4 nəfərdən isə 14 min manata yaxın pul alaraq ələ keçirdiyi müəyyən edilib.Zərərçəkmiş şəxslər ifadələrində K.Balahəsənlinin özünü dövlət qurumlarının İT mütəxəssisi kimi təqdim etdiyini və buna inanaraq pul verdiklərini qeyd ediblər.Məhkəmənin hökmü ilə Kənan Balahəsənliyə 6 il 6 ay həbs cəzası verilib.Onun keçmiş sevgilisi...

20 İyun 2025, 09:06

Sumqayıtda 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb 

Sumqayıt şəhərinin Qurd dərəsi yaşayış massivində bədbəxt hadisə baş verib.APA-nın məlumatına görə, fərdi yaşayış evində tək yaşayan 1955-ci il təvəllüdlü İbad Barat oğlu Əliyev meyvə ağacına çıxarkən yıxılıb.İlkin məlumata görə, 70 yaşlı kişi nəvələri üçün tut dərmək məqsədilə ağaca çıxıb. Lakin ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılan İbad Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.

19 İyun 2025, 21:52

Xaçmazda mənzildən meyit tapılıb 

Xaçmazda mənzildən meyit tapılıb.Bu barədə  CityPost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

16 İyun 2025, 14:00

İsmayıllıda həyətində çətənə kolu yetişdirən şəxs tutulub 

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 46 yaşlı Kamandar İbrahimov saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi 29 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini və qazanc əldə etmək məqsədilə əkdiyini bildirib.Faktla bağlı cinayət işi başlanılıb, K.İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....

16 İyun 2025, 12:59

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb 

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb.Citypost.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Məlumata əsasən, iyunun 14-də və 15-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib....

16 İyun 2025, 11:02

Cinsi azlıqlarla dindarlar arasında qarşıdurma olub

Moldova paytaxtı Kişineuda cinsi azlıqlarla dindarlar arasında qarşıdurma olub.Bir qrup keşiş, o cümlədən yerli sakinlərin bir qismi iki gündür davam edən cinsi azlıqların bərabərlik yürüşü zamanı yürüşün qarşısını almağa çalışıblar.Nəticədə tərəflər arasında qarşıdurma yaranıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə qarşıdurmanın qarşısı alınıb, saxlanılanların olduğu bildirilir.

16 İyun 2025, 10:38