36 nəfər yararsız olduğu halda xidmətə çağırılıb...
Hərbi 09 Aprel 2025, 10:45

2216
Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı mübarizə davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaları və digər neqativ hallarla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa təqdim olunmuş məlumatlar açıqlanıb.
Həmçinin oxuyun
Qeyd olunan dövrdə Baş Prokurorluq tərəfindən mütəmadi olaraq sistemli şəkildə həm SHXÇDX, həm də digər dövlət qurumları ilə birgə hərbi xidmətə çağırış zamanı yol verilən qanun pozuntularının qarşısının alınması, şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması məqsədilə kompleks tədbirlər görülüb.
Belə ki, 2025-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd olunan sahədə aparılmış araşdırmalar zamanı ümumilikdə 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda çağırıldığı, 26 nəfərin isə sağlam olmasına baxmayaraq, tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. Həmçinin, 12 şəxsin müxtəlif saxta sənədlər vasitəsilə hərbi xidmətdən yayınması faktları aşkarlanıb.
Təkrar tibbi müayinədən keçirilmiş 26 nəfərin hərbi xidmətə yararlı olduqları məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiqləndiyindən, onlar üzrə toplanmış materiallar hərbi xidmətə çağırılmaları məsələsinə baxılması üçün aidiyyəti üzrə SHXÇDX-ə təqdim olunub.
Sözügedən dövr ərzində qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 1 əməliyyat-axtarış tədbiri keçirilib və bunun nəticəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı Baş İdarədə 2 cinayət işi üzrə istintaq davam etdirilir, 3 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub.
Araşdırmalar nəticəsində aşkar edilən pozuntularla əlaqədar ümumilikdə 157 həkim və tibb işçisi barəsində aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təqdimatlar göndərilib.
Həkim-Məsləhət Komissiyalarının tərkibinə yenidən baxılması üçün də SHXÇDX-ə müraciət edilib.
Qeyd edək ki, bu sahədə daha kəsərli tədbirlərin görülməsi nəticəsində Baş İdarədə 2023-cü ildə 23, 2024-cü ildə isə 49 material üzrə araşdırma aparılıb, ümumilikdə 6 əməliyyat-axtarış tədbiri həyata keçirilərək nəticədə 6 cinayət işi başlanaraq məhkəmələrə göndərilib.
Həmçinin, 2023–2024-cü illər ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə SHXÇDX-nin vəzifəli şəxsləri barəsində 5 halda prokuror təsir tədbirləri tətbiq olunub.
Ümumilikdə isə, 2023–2024-cü illər ərzində Baş İdarədə SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı 13 cinayət işi istintaq olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Hərbi xidmətə çağırışla bağlı törədilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - VİDEO
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.Bu barədə CityPost.az-a DİN-dən bildirilib.Məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.Nazir Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin əsas struktur qurumlarından olan Daxili Qoşunların yarandığı gündən şərəfli xidmət yolu keçdiyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən...
20 İyun 2025, 10:53

"Müdafiə haqqında” qanuna dəyişiklik təklif edilir
Ərazi müdafiəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydalarının Azərbaycan ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcək.
18 İyun 2025, 20:11

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri təlimə başladı
Qazaxıstanın Aktau şəhərində Qazaxıstan və Azərbaycanın "Xəzər küləyi - 2025" birgə hərbi təlimləri başlayıb.
17 İyun 2025, 13:50

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO
Cari ilin hazırlıq planına uyğun olaraq, hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra ediblər.Müdafiə Nazirliyindən CityPost.az-a verilən məlumata görə, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə praktiki uçuşlar yerinə yetirilib.Hərbi pilotlar təyyarələrdə qalxma və enmə, eləcə də aşağı və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən uçuşlar zamanı yüksək peşəkarlıq nümayiş etdirilib....
11 İyun 2025, 15:00

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistan xüsusi təyinatlılarının təlimi keçiriləcək
Cari ilin sentyabr ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə ölkəmizdə keçiriləcək “Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təliminin iyunun 10-da yekun planlaşdırma konfransı təşkil edilib.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Bakıda keçirilən konfransda iştirakçı ölkələrin XTQ mənsubları təlimin gedişatını və təşkilati məsələləri müzakirə edərək müxtəlif aspektlərə dair maraq doğuran sualları cavablandırıblar. Görüş zamanı xüsusi təyinatlıların birgə əməliyyat hazırlığı və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili diqqət mərkəzində olub. Təlimin praktiki mərhələsi üçün ətraflı planlaşdırma aparılıb və müxtəlif ssenarilər üzrə icra olunacaq tapşırıqlar müzakirə edilib. Konfransda, həmçinin hərbi əməkdaşlıq və təcrübə mübadiləsi kimi vacib məsələlərə də toxunulub.“Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təlimi...
11 İyun 2025, 10:00

Kursant hərbi rütbəsi əsgərə bərabər tutulacaq
Müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək.CityPost.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunda əksini tapıb.Beləliklə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə ediləcək yeni - 30.4-1-ci maddəyə əsasən, kursant hərbi rütbəsi əsgər (matros)...
10 İyun 2025, 16:00