"Qarabağ"ın oyununda dava: Bu futbolçular cəzalandırıldı
İdman 13 Mart 2025, 13:00

2577
Misli Premyer Liqasının XXVI turunda keçirilən "Araz-Naxçıvan"-"Qarabağ" matçında baş verən qalmaqalla bağlı AFFA-nın qərarları açıqlanıb.
Citypost.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında bildirilib.
Qarşılaşmanın 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Futbolçuya 3 ay sınaq müddəti təyin olunub. Bununla yanaşı klub 3000 manat cərimələnib.
08.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan”-“Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ” klubunun 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Qarabağ” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.2, 32);
08.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan”-“Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ” klubunun 22 nömrəli futbolçusu Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Qarabağ” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.2, 32);
08.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan”-“Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilsin (maddə 51.2);
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

"Qarabağ"ın rəqibi müəyyənləşib
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
18 İyun 2025, 14:38

UEFA "6 saniyə" qaydasını yeniləyib
UEFA "6 saniyə" qaydasını yeniləyib.CityPost.az xəbər verir ki, artıq əvvəlki kimi qapıçı topu əlində 6 saniyədən çox saxlasa sərbəst zərbə verilməyəcək.Yeni qaydalara əsasən, qapıçı topu əlində 8 saniyədən çox tutarsa, rəqib komandanın lehinə künc zərbəsi veriləcək.Hakim son 5 saniyəni əli ilə görülə biləcək şəkildə geri sayım edəcək.Bu qayda bu gündən etibarən bütün UEFA turnirlərində keçərli olacaq.
12 İyun 2025, 11:34

"Qarabağ" 5 pillə gerilədi
"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində beş pillə geriləyib.CityPost.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 144,75 xalla 119-cu sıradadır.Qeyd edək ki, birinci pillədə İspaniya təmsilçisi "Real" (470 xal) qərarlaşıb. "Barselona" (434 xal) ikinci, İtaliyanın "İnter" klubu (419) üçüncüdür.
11 İyun 2025, 12:00

Benzia “Qarabağ”dan ayrıldı
Yay transfer pəncərəsində "Qarabağ"ı tərk edəcək ilk futbolçunun adına aydınlıq gəlib.CityPost.az xəbər verir ki, "Qarabağ" Yassin Benzia ilə razılığa gələ bilməyib.Benzia ötən gün İnstaqram hesabında vidaya bənzər paylaşım edib.Həmin paylaşıma isə komandanın qapıçısı Şahruddin Məhəmmədəliyev şərh yazıb. O, paylaşımda "hər şey üçün təşəkkürlər" sözlərini qeyd edib. Benzia da bu sözlərə görə Şahruddinə təşəkkürünü bildirib.Əlcəzair millisinin üzvü olan 30 yaşlı yarımmüdafiəçi maliyyə məsələlərində razılığa gələ bilmədiyinə görə "Qarabağ"dan ayrılıb. Tərəflər bu yay başa çatan müqaviləni uzatmayacaqlar. Futbolçunun karyerasını Səudiyyə Ərəbistanının klublarından birində davam etdirəcəyi gözlənilir.Qeyd edək ki, Benzia son ilyarımda "Qarabağ"da oynayıb, 104 oyun keçirib, 28 qol vurub....
04 İyun 2025, 12:00

Dünyanın ən bahalı 10 futbolçusu - Siyahı
Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CEIS) versiyasına əsasən, "Barselona"nın 17 yaşlı hücumçusu Lamin Yamal dünyanın ən bahalı futbolçusudur.CityPost.az Oxu.az-a istinadla xəbər verir ki, ispaniyalı oyunçunun dəyəri 402,3 milyon avro məbləğində qiymətləndirilir.CIES-in versiyasına görə, dünyanın ən bahalı 10 oyunçusu:1. Lamin Yamal ("Barselona") - 402,3 milyon avro;2. Erlinq Haaland ("Mançester Siti") - 239,6 milyon avro;3. Cud Bellinqem ("Real Madrid") - 233,8 milyon avro;4. Kilian Mbappe ("Real Madrid") - 192,5 milyon avro;5. Camal Musiala ("Bavariya") - 154,8 milyon avro;6. Pedri ("Barselona") - 143,7 milyon avro;7. Vinisius Junior ("Real Madrid") - 130,4 milyon avro;8. Koul Palmer ("Çelsi") - 126,5 milyon avro;9. Xulian Alvares ("Atletiko Madrid")...
04 İyun 2025, 10:00

AFFA Benziaya görə "Qarabağ"ı cərimələdi
AFFA İntizam Komitəsi "Qarabağ" və "Sabah" klublarını cərimələyib.CityPost.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.İntizam Komitəsinin bugünkü iclasında tərəflər arasında keçirilmiş Azərbaycan Kubokunun final oyununda yaşananlara hüquqi qiymət verilib."Qarabağ" klubuna dörd nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimə kəsilib. Ağdam təmsilçisinin məşqçisi Müşfiq Hüseynov 120-ci dəqiqədə meydana daxil olaraq hakimin qərarına etiraz edib. Birbaşa qırmızı vərəqə alan mütəxəssis iki oyunluq cəza alıb. Kluba 1500 manat cərimə tətbiq olunub.Komandanın futbolçusu Yassin Benzia referini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə görüb. O, ardınca ədalət təmsilçilərinə fiziki təzyiq göstərməyə cəhd edib və bu səbəbdən 5 matçlıq cəza ilə üzləşib....
03 İyun 2025, 13:45