Bizə yazın

Baku

-°C

USD

-

Qəbələ - Xankəndi ultramarafonunun qalibləri bəlli olub - YENİLƏNİB  

İdman 13 Aprel 2025, 16:36

2720

Qəbələ - Xankəndi ultramarafonunun sonuncu - dördüncü mərhələsinin mükafatçıları müəyyənləşib.

Citypost.az xəbər verir ki, Ağdamdan başlayan yarış Xankəndidə sona çatıb.

Ultramarafon iştirakçıları bu mərhələdə 28 kilometr məsafə qət ediblər.

Son mərhələnin qalibi kişilər arasında türkiyəli atlet Ömər Alkanoğlu olub. İkinci yeri onun həmyerlisi Üzeyir Söyləməz, üçüncü pilləni isə gürcüstanlı Georgi Lomidze tutublar.

Üzeyir Söyləməz əvvəlki üç mərhələni də birinci pillədə başa vurduğu üçün əsas mükafat ona verilib.

Qadınların mübarizəsində son mərhələni türkiyəli Hasibe Dəniz birinci, ukraynalı Alyona Şevçenko ikinci, azərbaycanlı atlet Leyla Abdinova isə üçüncü sırada başa vurublar.

Burada da ilk üç mərhələdə Alyona Şevçenko bütün rəqiblərini qabaqladığı üçün əsas qalib o hesab edilib.

***

12:00

II Xankəndi Ultramarafonunun Ağdam-Xankəndi istiqamətinə hərəkət davam edir.

Citypost.az-ın xəbərinə görə, marafon iştirakçıları səhər saatlarından başlayaraq işğaldan azad olunmuş Ağdam şəhəri istiqamətindən Xankəndi şəhəri xətti üzrə davam edirlər.

Qaçış iştirakçıları Xocalı rayonu ərazisində davam edirlər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Qarabağ"ın rəqibi müəyyənləşib  

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

18 İyun 2025, 14:38

UEFA "6 saniyə" qaydasını yeniləyib  

UEFA "6 saniyə" qaydasını yeniləyib.CityPost.az xəbər verir ki, artıq əvvəlki kimi qapıçı topu əlində 6 saniyədən çox saxlasa sərbəst zərbə verilməyəcək.Yeni qaydalara əsasən, qapıçı topu əlində 8 saniyədən çox tutarsa, rəqib komandanın lehinə künc zərbəsi veriləcək.Hakim son 5 saniyəni əli ilə görülə biləcək şəkildə geri sayım edəcək.Bu qayda bu gündən etibarən bütün UEFA turnirlərində keçərli olacaq.

12 İyun 2025, 11:34

"Qarabağ" 5 pillə gerilədi  

"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində beş pillə geriləyib.CityPost.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 144,75 xalla 119-cu sıradadır.Qeyd edək ki, birinci pillədə İspaniya təmsilçisi "Real" (470 xal) qərarlaşıb. "Barselona" (434 xal) ikinci, İtaliyanın "İnter" klubu (419) üçüncüdür.

11 İyun 2025, 12:00

Benzia “Qarabağ”dan ayrıldı

Yay transfer pəncərəsində "Qarabağ"ı tərk edəcək ilk futbolçunun adına aydınlıq gəlib.CityPost.az xəbər verir ki, "Qarabağ" Yassin Benzia ilə razılığa gələ bilməyib.Benzia ötən gün İnstaqram hesabında vidaya bənzər paylaşım edib.Həmin paylaşıma isə komandanın qapıçısı Şahruddin Məhəmmədəliyev şərh yazıb. O, paylaşımda "hər şey üçün təşəkkürlər" sözlərini qeyd edib. Benzia da bu sözlərə görə Şahruddinə təşəkkürünü bildirib.Əlcəzair millisinin üzvü olan 30 yaşlı yarımmüdafiəçi maliyyə məsələlərində razılığa gələ bilmədiyinə görə "Qarabağ"dan ayrılıb. Tərəflər bu yay başa çatan müqaviləni uzatmayacaqlar. Futbolçunun karyerasını Səudiyyə Ərəbistanının klublarından birində davam etdirəcəyi gözlənilir.Qeyd edək ki, Benzia son ilyarımda "Qarabağ"da oynayıb, 104 oyun keçirib, 28 qol vurub....

04 İyun 2025, 12:00

Dünyanın ən bahalı 10 futbolçusu - Siyahı

Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CEIS) versiyasına əsasən, "Barselona"nın 17 yaşlı hücumçusu Lamin Yamal dünyanın ən bahalı futbolçusudur.CityPost.az Oxu.az-a istinadla xəbər verir ki, ispaniyalı oyunçunun dəyəri 402,3 milyon avro məbləğində qiymətləndirilir.CIES-in versiyasına görə, dünyanın ən bahalı 10 oyunçusu:1. Lamin Yamal ("Barselona") - 402,3 milyon avro;2. Erlinq Haaland ("Mançester Siti") - 239,6 milyon avro;3. Cud Bellinqem ("Real Madrid") - 233,8 milyon avro;4. Kilian Mbappe ("Real Madrid") - 192,5 milyon avro;5. Camal Musiala ("Bavariya") - 154,8 milyon avro;6. Pedri ("Barselona") - 143,7 milyon avro;7. Vinisius Junior ("Real Madrid") - 130,4 milyon avro;8. Koul Palmer ("Çelsi") - 126,5 milyon avro;9. Xulian Alvares ("Atletiko Madrid")...

04 İyun 2025, 10:00

AFFA Benziaya görə "Qarabağ"ı cərimələdi  

AFFA İntizam Komitəsi "Qarabağ" və "Sabah" klublarını cərimələyib.CityPost.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.İntizam Komitəsinin bugünkü iclasında tərəflər arasında keçirilmiş Azərbaycan Kubokunun final oyununda yaşananlara hüquqi qiymət verilib."Qarabağ" klubuna dörd nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimə kəsilib. Ağdam təmsilçisinin məşqçisi Müşfiq Hüseynov 120-ci dəqiqədə meydana daxil olaraq hakimin qərarına etiraz edib. Birbaşa qırmızı vərəqə alan mütəxəssis iki oyunluq cəza alıb. Kluba 1500 manat cərimə tətbiq olunub.Komandanın futbolçusu Yassin Benzia referini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə görüb. O, ardınca ədalət təmsilçilərinə fiziki təzyiq göstərməyə cəhd edib və bu səbəbdən 5 matçlıq cəza ilə üzləşib....

03 İyun 2025, 13:45