Bizə yazın

Baku

-°C

USD

-

AFFA-dan bu kluba xəbərdarlıq

İdman 17 Fevral 2025, 17:00

1390

AFFA Azərbaycan I Liqasında mübarizə aparan “İmişli” klubuna xəbərdarlıq edib.

Citypost.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna fevralın 13-də I Liqanın XIV turunda baş tutan “Qəbələ” ilə matçın 58-ci dəqiqəsində “İmişli”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriliməsi səbəb olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA bölgə təmsilçisinə xəbərdarlıqla kifayətlənib.

Sözügedən görüşün 49-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qəbələ” isə 100 manat cərimələnib.

“Zaqatala”-“Difai” oyununda isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə qonaqlar 70 manat cərimələnib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gimnastlarımız Avropa kubokunun qalibi oldu

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa kubokunun qalibi olub.

02 May 2025, 18:56

Azərbaycan komandası Avropa Kubokunda qızıl medal qazandı

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda qızıl medal qazanıb.

02 May 2025, 17:30

"Tottenhem" 1971-ci ildə əldə etdiyi nailiyyəti təkrarladı  

İngiltərənin "Tottenhem" klubu avrokuboklar tarixində ikinci dəfə oyunun ilk dəqiqəsində qol vurub.Citypost.az "Opta"ya istinadən xəbər verir ki, London təmsilçisi sonuncu dəfə 1971-ci ilin dekabrda bunu bacarıb.Paytaxt klubu ötən gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk matçında, evdə Norveçin "Budyo Qlimt" komandasına 3:1 hesabı ilə qalib gəlib. Görüşün 1-ci dəqiqəsində Brennan Conson hesabı açıb."Tottenhem" 1971-ci ildə UEFA Kubokunda (hazırkı Avropa Liqası) Rumıniyanın "Rapid" (Buxarest) kollektivi ilə qarşılaşmanın ilk dəqiqəsində rəqibi məyus edib....

02 May 2025, 10:48

Millətlər Liqası: Millimiz finalda!  

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında finala yüksəlib.CityPost.az xəbər verir ki, komanda yarımfinalda Belçikanı 2:0 hesabı ilə üstələyib.Qeyd edək ki, milli ötən gün qrupda Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə edib - 2:2.

01 May 2025, 16:12

Azərbaycan Premyer Liqasında XXXII tura yekun vuruldu  

Misli Premyer Liqasında XXXII tura yekun vurulub.CityPost.az-ın məlumatına görə, sonuncu matçda "Neftçi" "Sumqayıt"ın qonağı olub.Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş heç-heçə nəticələnib - 2:2.Meydan sahiblərindən Bobir Abdixolikov (21-ci dəqiqə) və Ronaldo Vaskez (52-ci dəqiqə) fərqlənib. "Neftçi"nin qollarını isə Bassala Sambu (60-cı dəqiqə) və Andrey Ştoqrin (87-ci dəqiqə) rəqib qapısından keçirib.Bu nəticədən sonra Sumqayıt klubu 30 xalla 8-ci yerdə qərarlaşıb. Xallarının sayını 36-ya yüksəldən “Neftçi” isə altıncı pillədə yer alıb.Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb....

28 Aprel 2025, 22:38

Ançelotti “Real”dan gedir  

İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Karlo Ançelotti gələn həftə tutduğu vəzifədən istefa verəcək.

27 Aprel 2025, 18:44