Prezident İlham Əliyev TDT Onkoloqlarının I Konqresi iştirakçılarına məktub ünvanlayıb
Siyasət 13 İyun 2025, 10:45

728
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin iştirakçılarına məktub ünvanlayıb.
CityPost.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Konqres iştirakçıları!
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin Bakı şəhərində öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, sağlamlığın qorunmasına yönəlmiş nəcib fəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram.
İnsanların getdikcə daha sıx qarşılaşdıqları sağlamlıq problemlərinə diqqətin artırılması məqsədilə aktual mövzulu ilk belə tədbirin ölkəmizin paytaxtında təşkilini məmnunluq hissi ilə qarşılayır və bunu, Azərbaycanda onkoloji xidmətin ötən illər ərzində keçdiyi uğurlu yola, imza atdığı nailiyyətlərə verilən dəyərin xüsusi ifadəsi hesab edirəm.
Həmçinin oxuyun
Azərbaycanın səhiyyə sistemi bu gün müasir müayinə və müalicə üsulları üçün kifayət qədər geniş imkanlar yaradan zəngin maddi-texniki bazaya və yüksək hazırlıqlı kadr potensialına malikdir. Respublikamızda səhiyyənin ayrı-ayrı sahələrinin sürətli inkişafını nəzərdə tutan layihələr və dövlət proqramları ardıcıl icra olunur.
Türk Dövlətləri Təşkilatının ümumi hədəflərə yönəlmiş hərtərəfli əməkdaşlığı təşviq etməsi toplanmış qiymətli təcrübədən ölkələrimizin birgə faydalanmalarının və problemlərin həllində ortaq səyləri gücləndirmələrinin zəruriliyini ön plana çıxarır.
Bu baxımdan, Konqresdə dünyanın müxtəlif guşələrindən gəlmiş qabaqcıl mütəxəssislərin tibb elminin son yenilikləri əsasında birlikdə aparacaqları geniş diskussiya və ətraflı müzakirələrin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə qurumları qarşısında duran məsələlərin bir çox mühüm aspektlərini əhatə etməsi təqdirə layiqdir.
İnanıram ki, Konqresiniz elmi və praktiki əhəmiyyəti ilə mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi işinə öz töhfəsini verəcək, Türk dünyası ölkələri onkoloqlarının gələcək qarşılıqlı fəaliyyətinin başlıca prioritetlərini müəyyən edəcəkdir".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir.
20 İyun 2025, 15:34

Avstraliya Azərbaycana təşəkkür etdi
Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib.
20 İyun 2025, 12:03

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.CityPost.az xəbər verir ki, dövlət başçısı Laziz Kudratovun ölkəmizə səfərinin ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Azərbaycanla Özbəkistanın çox sayda birgə layihələr həyata keçirdiyini məmnunluqla vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu, bütün sahələrdə əlaqələrimizin sıx dostluq xarakteri daşımasının göstəricisidir.Qəbula görə minnətdarlığını bildirən Laziz Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlət başçısına çatdırıb. Qonaq qeyd edib ki, Özbəkistan dövlətinin başçısı qardaş Azərbaycana nəzərdə tutulan səfərinə hazırlaşır və bu səfəri konkret praktiki məzmunla zənginləşdirmək üçün hökumətə...
20 İyun 2025, 10:58

Azərbaycan vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir
İsrail və İran arasında toqquşma ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, İran İslam Respublikasındakı Səfirliyimizə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuza daxil olan müraciətlər əsasında ölkəmizin vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir.
19 İyun 2025, 21:07

Ərdoğan: Türkiyə və Azərbaycan arasında tale birliyinin nümunələrindən biri “Azərbaycan” məhəlləsidir
Azərbaycan Prezidenti İlham Əliyevə ikinci evlərinə “xoş gəldiniz” deyirəm.
19 İyun 2025, 21:03

Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyədəki zəlzələni öz faciəsi kimi qəbul etdi
“Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, əziz kahramanmaraşlılar, sizə Azərbaycan xalqının ən səmimi salamını çatdırıram”.
19 İyun 2025, 21:01