Bizə yazın

Baku

-°C

USD

-

“Oğlum həbs edilməyib, yanımdadır” - Şərurlu İsfəndiyar  

Cəmiyyət 20 Aprel 2025, 13:23

16727

Xəbər verdiymiz kimi, “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlunun həbs edilməsi ilə bağlı məlumatlar yayılıb.

CityPost.az xəbər verir ki, Şərurlu İsfəndiyar “Qafqazinfo”ya açıqlamasında oğlunun həbs edilmədiyini bildirib:

“Oğlum yanımdadır, həbs edilməyib. Əgər tutulsaydı rəsmi qurum məlumat yayardı”.

Xatırladaq ki, Şərurlu İsfəndiyar bir müddət əvvəl müsahibələrində səsləndirdiyi fikirlərə görə tənqid olunmuşdu.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

13 mindən çox şəxs proaktiv qaydada yaşa görə əmək pensiyasına çıxıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 13 348 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məlumat yayıb.Məlumata görə, onların 60,5 %-ni kişilər, 39,5 %-ni isə qadınlar təşkil edib.

21 May 2026, 10:53

Müşfiq Abbasov: “Gücünüz çatmayan telefonu almayın!”

Tanınmış hüquqşünas, sabiq müstəntiq sosial şəbəkədə etdiyi paylaşımda vətəndaşların kredit borcları ilə bağlı üzləşdiyi problemlərdən danışıb.Citypost.az xəbər verir ki, hüquqşünas bildirib ki, son iki ay ərzində “TikTok” platformasında hər gün canlı yayım açaraq insanların hüquqi problemlərinin həllinə kömək etməyə çalışır. Hüquqşünasın sözlərinə görə, müraciət edən şəxslərin əksəriyyəti bahalı telefonların kreditlə alınması səbəbindən ciddi maliyyə çətinlikləri yaşayır.Müşfiq Abbasov qeyd edib ki, aylıq gəliri aşağı olan bəzi şəxslər dəyəri minlərlə manat olan telefonları kreditlə əldə edir, lakin sonradan ödənişləri edə bilmədikləri üçün məhkəmə çəkişmələri və icra problemləri ilə üz-üzə qalırlar.“Adam bir bahalı telefonun cənginə keçir. Pulunu ödəməyə gücün çatmayan telefona görə niyə...

21 May 2026, 10:38

FHN əməkdaşları Türkiyə-Azərbaycan-Gürcüstan SAR təlimində iştirak edib 

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində keçirilən “Türkiyə-Azərbaycan-Gürcüstan SAR Təlimi-2026” təlimində iştirak edib.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, təlimin əsas məqsədi dost ölkələrin axtarış-xilasetmə bölmələri və şəxsi heyəti arasında birgə işləmək vərdişlərini artırmaq, qarşılıqlı təcrübə mübadiləsini təşkil etmək və axtarış-xilasetmə sahəsində ən müasir yanaşmalarla tanışlıq olub.Təlim zamanı şərti olaraq zəlzələ baş vermiş ərazidə dağıntılar altında qalmış “zərərçəkmişlərin” axtarışı və xilasetmə işlərinin təşkili əməliyyatı yerinə yetirilib.Uğurla keçən təlimin sonunda FHN-in xilasedicilərinə təşkilatçılar tərəfindən müvafiq sertifikatlar təqdim olunub....

21 May 2026, 10:25

Emin Hüseynov: Ağdam, Füzuli və Xocavənddə texnologiyaya əsaslanan icmalar formalaşdırılır 

Bu gün Azərbaycan regionun ən böyük yenidənqurma və qayıdış proqramlarından birini həyata keçirir.APA xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində keçirilən “Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil məsələsi” adlı tədbirdəki çıxışında deyib.Emin Hüseynov deyib ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında şəhər və kəndlər sıfırdan yenidən qurulur: "Bu proses uzunmüddətli davamlılıq, inklüzivlik və dayanıqlılıq prinsiplərinə əsaslanır. Yanaşmamız bir əsas prinsipə söykənir: mənzil ilk yerdə olmalıdır. Çünki mənzil insanlara ləyaqət, sabitlik və etibar hissini qaytarır.Ailələr təhlükəsiz evlərə qayıtdıqda məktəblər yenidən açılır, yerli iqtisadiyyat canlanır, sosial əlaqələr bərpa olunur və icmalar gələcəyə inamını...

21 May 2026, 10:07

56 mindən çox abituriyent II və III qrup üzrə bu tarixdə imtahan verəcək 

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.İştirakçılar mayın 15-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.İmtahan saat 10:00-da başlanır.II ixtisas qrupu üzrə imtahanda 28507, III ixtisas qrupu üzrə imtahanda isə 28340 nəfər olmaqla, ümumilikdə 56847 abituriyentin iştirakı nəzərdə tutulur....

21 May 2026, 10:04

Ramin Məmmədov Qusarda məscidlərin fəaliyyəti ilə tanış olub 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 20-də Qusar rayonu Balaqusar və Avaran kənd məscidlərini ziyarət edib.Bu barədə Citypost.az-a qurumdan məlumat verilib.Bildirilib ki, ibadət yerlərində yaradılmış şərait nəzərdən keçirilib, dini icmaların fəaliyyəti, ehtiyacları və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, şimal regionunda da multikultural dəyərlərin və tolerantlıq ənənələrinin qorunmasına xüsusi diqqət yetirilir, müxtəlif konfessiyalar arasında anlaşma və birgəyaşayış mühiti mövcuddur.Komitə sədri cəmiyyətin birliyinin möhkəmləndirilməsi, sağlam dini mühitin formalaşdırılmasında düzgün və sistemli dini maarifləndirmənin həlledici rol oynadığını diqqətə çatdırıb.Görüş zamanı din xadimləri ölkədə milli-mənəvi dəyərlərin qorunmasına, ibadətgahların fəaliyyətinə göstərilən diqqət və qayğıya görə ölkə...

21 May 2026, 09:45