Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir”
Cəmiyyət 06 Mart 2025, 10:30
28835
Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia edirlər.
Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia edirlər.
Citypost.az xəbər verir ki, müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta, təhdid də edilir:
“Müəllimləri valideynlərin yanında təhqir edir. Bizə “dərs dilənçiləri”, “hinduşkabaş” deyir”.
İddialara görə, direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar.
Müəllimlər bildiriblər ki, üzləşdikləri problemlərlə bağlı müxtəlif dövlət qurumlarına müraciət ediblər.
Məsələ ilə bağlı direktor bildirib ki, əməliyyat olunduğu üçün hazırda işləmir. Əlavə edib ki, məktəb məcburi köçkünlərin və aztəminatlı ailələrin məskunlaşdığı ərazidə yerləşdiyi üçün rüşvətdən söhbət gedə bilməz:
“Ora Zəngilan rayonundan məcburi köçkünlərin və aztəminatlı ailələrin yaşadığı yerdir. Sizcə orada rüşvətdən necə söz gedə bilər?”
Həmçinin oxuyun
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirildi ki, müraciətlə bağlı araşdırma aparılır.
“Bakı şəhəri 301 nömrəli tam orta məktəbin bir qrup müəllimi tərəfindən məktəbin direktorunun davranışı barəsində ünvanlanmış müraciətlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.
Təhsil müəssisələrində səmərəli tədris mühitinin və peşəkar işgüzar münasibətlərin qorunması prioritet məsələlərdəndir”, - deyə məlumatda qeyd olunub.
Daha ətraflı: “Xezerxeber.az”ın videomaterialında:
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Alban irsinin araşdırılması üçün İşçi Qrup yaradıldı
Qərbi Azərbaycan İcmasında indiki Ermənistan Respublikası ərazisində, tarixi Zəngəzur, Dərələyəz və Göyçə gölü hövzəsində yerləşən alban xristian irsinin öyrənilməsi məqsədilə İşçi Qrupu yaradılıb.Bu barədə Citypost.az-a icmadan məlumat verilib.Qrup kilsə, sövmə, xaçdaş və monastırların tarixini, memarlıq və epiqrafik xüsusiyyətlərini, mənsubiyyətini arxiv sənədləri və digər ilkin mənbələr əsasında elmi metodlarla araşdırmaq məqsədilə yaradılıb:"Azərbaycan elmi mühitində XVI–XIX əsrlər Alban katolikosluğu sənədlərinin tamamilə məhv olduğu fikri yayılıb. İtkilər şübhəsizdir, lakin bir sıra ölkələrin arxiv və əlyazma fondlarında həm Alban katolikoslarına, həm də dövrün dini-ictimai tarixinə dair çoxsaylı sənədlər, mənbələr saxlanılır, bir hissəsi isə artıq nəşr olunub. Bu materiallar müxtəlif fondlara səpələnib. Onların sistemli axtarışla...
22 Sentyabr 2026, 09:39
Mais Ağayevdən Bakıdakı tıxacla bağlı irad: “Yolun bağlanması tıxac yaradır?”
Tanınmış jurnalist Mais Ağayev Bakıda yaranan nəqliyyat sıxlığından narazılığını bildirib.Citypost.az xəbər verir ki, M.Ağayev sosial şəbəkə paylaşımında qeyd edib ki, Mikayıl Əliyev dairəsindən Heydər Əliyev prospekti istiqamətində avtomobillər uzun müddətdir hərəkətsiz qalıb.“1 saat 40 dəqiqədir Mikayıl Əliyev dairəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkətsiz dayanmışıq”, – deyə jurnalist yazıb.O, paylaşımında tıxacın qarşısının alınması məqsədilə yolların bağlanmasının əksinə, əlavə sıxlıq yaratdığını sual edib: “Tıxacın qarşısını almaq üçün yol bağlanır, yoxsa yolun bağlanması tıxac yaradır?”Turan...
22 Sentyabr 2026, 09:35
İki rayon qazsız qalacaq
Ağdaş və Yevlax rayonlarının bəzi kənd və qəsəbələrində qaz təchizatı dayandırılacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.Bildirilib ki, sentyabrın 22-ü saat 09:30-dan işlər başa çatanadək Ağdaş rayonunun Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə və Əmirarx kəndlərinin qaz təchizatında fasilə yaranacaq.Bundan əlavə, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 23-ü saat 08:00-dan 25 sentyabr tarixinədək Yevlax şəhərinin bir hissəsinin və rayonun bir sıra kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq....
22 Sentyabr 2026, 08:43
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib
"Gülüstan" sarayında "Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.Tədbirdə dövlət rəsmiləri, yerli və xarici şirkətlərin rəhbərləri, neftçilər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə SOCAR və ".ART Zone" incəsənət platformasının birgə həyata keçirdiyi "SOCART" layihəsi çərçivəsində Azərbaycanın tanınmış rəssam və fotoqraflarının Neft Daşlarına həsr etdikləri rəsm və fotolardan ibarət sərgi ilə tanış olublar.Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə şərəfli neftçi peşəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.Mərasimdə çıxış edən energetika naziri Pərviz Şahbazov Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi"nin XX əsrdə Azərbaycanın enerji...
22 Sentyabr 2026, 08:20
Bakının 3 rayonunun işığı kəsiləcək
Bu gün Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 22-də Yasamal, Sabunçu və Xəzər rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurna işləri aparılacaq.Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transfornator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Xaqan Dadaşov, İsmayıl Talıblı, Vasif Əliyev, Zahid Kərimov, Zaur Kərimov küçələri, Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Sabunçu RETSİ-yə daxil...
22 Sentyabr 2026, 08:00
NARGİN ADASINA BƏNZƏYƏN NİZAMİ CƏFƏROVLAR...
Bu gün bu ölkədə “çağdaş ziyasızlığın ətaləti” patogenezinin müəlliflərindən birinin — Nizami Cəfərovun doğum günüdür.Yəqin ki, hər birinizə bu isim tanış gəldi... İstər siyasi, istərsə də ədəbi arenada ağ işığın, ilahi prinsiplərin alnını, surətini nişan alan, azadlıq harmoniyasına xəlvət-xəlvət tətik çəkən həmin akademiki deyirəm.Yaxşı xatirimdədir, Yazıçılar Birliyinin Sibirüzlü 13-cü qurultayı idi. Məlum qurultay başlar-başlamaz, adəti üzrə öz təbiəti ilə daim “edam kötüyündə təzim” əsərini, “səcdə nəzəriyyəsi”ni yaratmağa nail olan həmin bu Nizami Cəfərov həzrətləri çıxış üçün söz alıb, Tanrının qanına bulaşmış əlahəzrət səhnəyə ayaq basıb, “Anarizm səddi”ndən (“diktatorlar quyusu”ndan!) boylana-boylana, başladı “Biz öz sədrimizi çoxdan seçmişik” başlıqlı “mütilik mühazirəsi” oxumağa...Ümumiyyətlə...
21 Sentyabr 2026, 22:15