"ABŞ-a satılan "iPhone"ların əksəriyyəti Çin istehsalı deyil" - Apple
Dünya 02 May 2025, 16:30

629
"Apple" "iPhone" və digər məhsullarının istehsalını böyük ölçüdə Çindən kənarda ABŞ bazarına köçürdüyünü açıqladı. Şirkətin baş icraçı direktoru (CEO) Tim Kuk yaxın aylarda ABŞ-da satılacaq "iPhone"ların əksəriyyətinin Hindistanda istehsal ediləcəyini açıqlayıb.
Citypost.az xəbər verir ki, "Apple", "iPad" və "Apple Watch" kimi digər məhsulların əsasən Vyetnamda istehsal ediləcəyini söyləyib.
Tim Kuk investorlara bildirib ki, ABŞ-a idxal olunan mallara tətbiq edilən tariflər şirkətə bu rübdə təxminən 900 milyon dollara başa gələ bilər.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə Apple-dan Çin mənşəli məhsullara tətbiq edilən gömrük rüsumları çərçivəsində istehsalını ABŞ-a köçürməsi də istənilib. Lakin bu dövrdə bəzi elektron məhsullar vergidən azad edilib.
Xarici bazarlar üçün Çin istehsalı davam edəcək
Kuk vurğuladı ki, "Apple"-ın tədarük zəncirini Çindən kənara çıxarma prosesi xüsusi olaraq ABŞ bazarına yönəlib, Çin isə qlobal satışlar üçün əsas istehsal mərkəzi olmağa davam edəcək.
"ABŞ-da satılan iPhone-ların böyük əksəriyyəti indi Hindistandan olacaq" deyən Tim Kuk Vyetnamın demək olar ki, bütün iPad, Mac, Apple Watch və AirPods modellərinin istehsalı üçün əsas mərkəzə çevrildiyini bildirib.
ABŞ investisiyaları da artıb
Apple şirkətinin baş direktoru həmçinin xatırladıb ki, şirkət qarşıdakı dörd il ərzində bütün ABŞ-da 500 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bu bəyanatlar qlobal ticarət siyasətlərində qeyri-müəyyənlik olduğu bir vaxta təsadüf edib.
Şirkət gəlirlərinin keçən ilin eyni dövrü ilə müqayisədə 5% artaraq 2025-ci ilin birinci rübündə 95,4 milyard dollara çatdığını açıqlayıb.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Tramp Roma Papası obrazında şəklini paylaşıb
ABŞ Prezidenti Donald Tramp Roma Papası obrazında fotoşəklini dərc edib.Tramp müvafiq şəkli bu gün “Truth Social” şəbəkəsində paylaşıb.Fotoda o, qızıl suyuna salınmış taxtda oturub və ağ sutana geyinib. Trampın sinəsində böyük qızıl xaç, başında isə dəfnə çələnginin simvolu olan katolik mitrası var.Şəkildə ABŞ Prezidenti şəhadət barmağını yuxarı qaldırıb, adsız barmağında isə üzük var.Qeyd edək ki, Ağ Evin “X” sosial şəbəkəsindəki səhifəsində Trampın paylaşımı dərc edilib....
03 May 2025, 10:18

Almaniya Ukraynada Avropanın əsas səhvinin adını çəkdi
“Sahra Wagenknecht Union – Reason and Justice” partiyasının rəhbəri Sahra Vaqenknext Avropanın Ukraynadakı əsas səhvini münaqişənin sülh yolu ilə həll etmək istəyinin olmaması adlandırıb.
02 May 2025, 23:49

Polşa XİN ABŞ-ın səbrinin sona çatacağı ilə bağlı xəbərdarlıq edib
ABŞ Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyişin olmamasına səbrini itirir.
02 May 2025, 23:45

"Apple"-ın xərcləri artdı
Trampın tətbiq etdiyi tariflər təkcə cari rübdə "Apple" xərclərini təxminən 900 milyon dollar artırdı.
02 May 2025, 23:33

Mark Ruttedən alyans dövlətlərinə TƏKLİF
NATO-nun baş katibi Mark Rutte təklif edib ki, alyans ölkələri ÜDM-in 3,5%-ni müdafiəyə və ÜDM-in 1,5%-ni müdafiə ilə bağlı digər xərc maddələrinə xərcləsinlər.
02 May 2025, 23:13

"Almaniya kursunu dəyişməlidir" - Rubio
"Almaniya öz kəşfiyyat agentliyinə müxalifətə casusluq etmək üçün yeni səlahiyyətlər verib".
02 May 2025, 22:59