Bizə yazın

Baku

-°C

USD

-

Bu gündən "Skype" platformasının fəaliyyəti dayandırılıb

Cəmiyyət 05 May 2025, 10:17

325

Bu gündən "Microsoft" şirkəti "Skype" platformasının fəaliyyətini rəsmi olaraq dayandırıb.

CityPost.az xəbər verir ki, şirkətin texniki dəstək səhifəsində istifadəçi hesablarının avtomatik olaraq "Microsoft Teams" xidmətinə köçürüləcəyi qeyd olunub.

Qeyd edək ki, "Skype" platforması ilk dəfə 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə "Microsoft" tərəfindən satın alınıb

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sosial xidmətlərin əhatə dairəsi daha da genişlənəcək

Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib və Qanunun tətbiqi, bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən CityPost.az-a verilən məlumata görə, yeni qanunvericilik aktları sosial xidmət sisteminin təkmilləşməsi və əhatə dairəsinin genişlənməsinə, sosial xidmətlərin keyfiyyətinin və bu xidmətlərə əlçatanlığın daha da artırılmasına xidmət edir. Qanunun 9-cu maddəsində qeyd edilən çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri sırasına sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq da əlavə edilib.Həmçinin 19.1-ci maddədəki (“Evdə (səyyar) sosial xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni...

05 May 2025, 17:33

Gədəbəy Aşıq Məktəbinə Aşıq Ələsgərin adı verilib

Gədəbəy Aşıq Məktəbinə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, el sənətkarı Aşıq Ələsgərin adı verilib.CityPost.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.Mədəniyyət Nazirliyi və Gədəbəy Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.

05 May 2025, 17:27

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ  

Bakıda və Abşeron yarımadasında mayın 5-dən 6-na keçən gecə və səhər yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı və qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı gözlənilir.Bu barədə CityPost.az-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Biuldirilib ki, Azərbaycanın rayonlarında isə müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraitinin mayın 7-si gündüzədək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur....

05 May 2025, 14:58

“Təmiz hava” aylığına start verilir 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən may ayının 10-dan iyun ayının 10-dək ölkə ərazisində “Təmiz hava” aylığı tədbiri həyata keçiriləcək.CityPost.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırkı vəziyyətinin öyrənilməsi, eyni zamanda ətraf mühitə müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr buraxan nəqliyyat vasitələrinin aşkar olunması və istismarının məhdudlaşdırılması, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin edilməsidir.Sürücülərdən, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edirik....

05 May 2025, 12:59

İş yerini dəyişmək istəyən müəllimlərə şad xəbər  

Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi prosesi uzadılıb.Bu barədə CityPost.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.Bildirilib ki, www.miq.edu.az/yerdeyishme saytında yaranan texniki problemlər səbəbindən müsabiqənin vakansiya seçimi mərhələsi 6 may saat 11:00-dək davam edəcək:"Hazırda sayt aktivdir. Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər. Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmağı və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik"....

05 May 2025, 12:10

Həftəsonu bank kartlarından 46 min manat oğurlanıb

"Vətəndaşların bank kartlarından oğurluqlar davam edir".CityPost.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.Qeyd olunub ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.Məlumata görə, mayın 3-də və 4-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10010, 7300, 4000, 3996, 2957, 1850, 1566, 1450, 1400, 1185, 1000, 1000, 999, 999, 999, 728, 670, 520, 500, 500, 480, 480, 420, 354, 280, 202, 188, 185, 145, 129, 120, 75, 70...

05 May 2025, 10:09