Sosial xidmətlərin əhatə dairəsi daha da genişlənəcək
Cəmiyyət 05 May 2025, 17:33
2191
Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib və Qanunun tətbiqi, bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən CityPost.az-a verilən məlumata görə, yeni qanunvericilik aktları sosial xidmət sisteminin təkmilləşməsi və əhatə dairəsinin genişlənməsinə, sosial xidmətlərin keyfiyyətinin və bu xidmətlərə əlçatanlığın daha da artırılmasına xidmət edir. Qanunun 9-cu maddəsində qeyd edilən çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri sırasına sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq da əlavə edilib.
Həmçinin 19.1-ci maddədəki (“Evdə (səyyar) sosial xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada göstərilir”) “eyni yaşayış məntəqəsində” sözləri “Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində” sözləri ilə əvəz olunur.
Bu da evdə (səyyar) göstərilən sosial xidmətlərə əlçatanlığın artırılmasına və bu xidmətlərlə təmin edilənlərin əhatəsinin genişlənməsinə yönəlib.
Qanunda sosial xidmətin növləri sırasına sosial-mədəni xidmətlər də əlavə olunub. Məqsəd çətin həyat şəraitində olan şəxslərə göstərilən xidmətlərin təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
Yeni qanunvericilik aktları habelə sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydalarının, yarımstasionar (günərzi) sosial xidmət anlayışının daha da təkmilləşdirilməsini, sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və sosial xidmətin göstərilməsi barədə qərarın qəbul edilməsi üçün müddətlərlə bağlı texniki düzəlişləri nəzərdə tutur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yeni general Heydərovun xanım tərəfdən qohumu imiş
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələri verilib. Sərəncama əsasən polkovnik Vaqif Tofiq oğlu İbrahimova “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.Məlumata görə, V.İbrahimov Qəbələ, Lənkəran və Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimovun oğludur.CityPost.az-ın əldə etdiyimiz məlumata görə,Tofiq İbrahimov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərovanın dayısıdır.Onlar əslən Ağdaş rayonundan olsalar da,sonradan Qəbələ şəhərinə köçüblər....
15 Dekabr 2025, 21:32
Azərbaycanda general təqaüdə göndərildi
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib. CityPost.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib. Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Əyyubovun qardaşı oğludur. (Mənbə: unikal)
15 Dekabr 2025, 21:29
Ceyhun Cəlilova müraciət etdilər
Azərbaycan “Maarifçi Qadınlar” İB Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən “Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik "sivil direktoru, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi cənab Ceyhun Cəlilova müraciət edib. Müraciətdə bildirilir: “Hörmətli Ceyhun müəllim!Türkiyənin İstanbul şəhərində ölkəni tərk etmiş və təhsildən kütləvi şəkildə kənarda qalan minlərlə məktəb yaşlı azərbaycanlı uşaqlar haqqında məlumatlı olduğunuz üçün birbaşa əsas məsələ haqqında yazmağa üstünlük verirəm. Azərbaycan Respublikası Konstitusiyasının ən başlıca tələblərindən biri ölkəmizdə İcbari Təhsil Qanununun yerinə yetirilməsidir. İcbari təhsil birbaşa Dövlətin təminatıdır!Azərbaycan Respublikasında təhsil vətəndaşın,Dövlətin vəcəmiyyətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.Azərbaycan Respublikasının Təhsil Qanununun 5-ci maddəsinə əsasən:5.1 Dövlət hər bir vətəndaşın təhsil...
15 Dekabr 2025, 20:51
Gültəkin Hacıbəyli Türkiyədən deportasiya edilir
Azərbaycan Milli Məclisinin keçmiş deputatı Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyasına qərar verilib. CityPost.az bildirir ki, bunu G.Hacıbəyli özü bildirib. Onun sözlərinə görə, dekabrın 15-də 5 il müddətinə Türkiyədən deport olunmağı ilə bağlı rəsmi qərar təqdim edilib: “Türkiyədə 2 illik oturum iznim olmasına və bu günə qədər heç bir qayda pozuntusuna yol verməməyimə baxmayaraq, barəmdə belə bir qərarın verilməsi mənə qarşı ədalətsizlikdir. Bu qərarın hansı əsasla verildiyi isə açıqlanmır. Mən heç bir hüquqi əsas olmadan noyabr ayının 29- dan Türkiyədə xüsusi sərt nəzarət altında deportasiya mərkəzində saxlanılmağımla bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə qərarını gözləmədən tələsik belə bir qərar qəbul edilməsi bu qərarın hüquqi deyil, siyasi əsaslarla...
15 Dekabr 2025, 18:56
23 illik vəzifəsindən azad olundu
Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad olunub.CityPost.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı rayonun yeni icra başçısı Natiq Ağayev müvafiq Əmr imzalayıb.Əmrə əsasən, başçının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.Qeyd edək ki, 59 yaşlı M. Nuriyeva 2002-ci ildən bu vəzifədə idi.Xatırladaq ki, Natiq Ağayev bu ilin noyabrın 13-ü Prezident İlham Əliyevin Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub....
15 Dekabr 2025, 18:01
İlham Əliyevin amnistiya təşəbbüsünün 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir
Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünün ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.Oxu24.com-un məlumatına görə, bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.Azərbaycan Prezidenti tərəfindən Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir....
15 Dekabr 2025, 16:14