Bizə yazın

Baku

-°C

USD

-

Prezident sərəncam imzaladı  

Siyasət 05 May 2025, 12:47

263

Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb.

CityPost.az sərəncamın mətnini təqdim edir:

1. Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600,0 (altı yüz) min manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sahibə Qafarova BƏƏ-yə rəsmi səfər edib

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib.Bu barədə CityPost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Əbu-Dabi şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədri Saqr Qobaş, Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov, Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub....

05 May 2025, 17:59

Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüblər.CityPost.az xəbər verir ki, söhbət zamanı müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib, Azərbaycan və Mərakeş arasında tarixi, mədəni və dini yaxınlığa əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib.Görüşdə digər istiqamətlərlə yanaşı, humanitar və mədəni sahələrdə münasibətlərin genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. Bu xüsusda, Azərbaycan mədəniyyət günlərinin Mərakeşdə, Mərakeş mədəniyyət günlərinin isə ölkəmizdə keçirilməsi məmnunluqla xatırlanıb, həmin tədbirlərin xalqlarımızın zəngin...

05 May 2025, 17:17

Naxçıvanda Azərbaycan XİN-in idarəsi YARADILIR  

Naxçıvan Muxtar Respublikasında Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Aparatının idarəsi yaradılacaq.CityPost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Fərmanında təsdiq edilən XİN haqqında Əsasnamədə deyilib.Bildirilir ki, Azərbaycan XİN Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Aparatının müvafiq idarəsinin yaradılması ilə bağlı tədbirlər görsün.

05 May 2025, 16:30

Prezidentdən XİN-lə bağlı Fərman

Xarici İşlər Nazirliyinin əsasnaməsi və strukturu təsdiq edilib.CityPost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.Fərmana əsasən, Nazirlər Kabineti “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının səfirlikləri, daimi nümayəndəlikləri, konsulluqları və fəxri konsulları haqqında əsasnamələrin yeni layihələrini hazırlayıb üç ay müddətində, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə vəzifə maaşına əlavələr, eləcə də həmin əməkdaşların digər təminatları ilə əlaqədar təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.Xarici İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əsasında Azərbaycan Respublikasının Xarici İşlər...

05 May 2025, 16:16

Azərbaycan və Belarus baş nazirləri arasında geniştərkibli görüş keçirildi

Bu gün Azərbaycan və Belarus baş nazirləri Əli Əsədov və Aleksandr Turçin arasında geniştərkibli görüş keçirilib.Nazirlər Kabinetindən CityPost.az-a verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər və iki ölkə prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişaf etdiyini vurğulayıblar.İqtisadi-ticari əməkdaşlıq Azərbaycan-Belarus münasibətlərinin prioritet sahəsi kimi qiymətləndirilib. Ötən ilin yekunları üzrə qarşılıqlı ticarətin həcmində nəzərəçarpacaq artım müşahidə olunduğunu qeyd edən tərəflər əmtəə dövriyyəsinin artması tendensiyasının dəstəklənəcəyinə əminliklərini ifadə ediblər.Qarşılıqlı ticarətin şaxələndirilməsinə, investisiya əməkdaşlığının artırılmasına xüsusi diqqət yetirildiyi vurğulanıb. Hökumətlərarası Komissiyanın həmsədrlərinə bu məsələyə prioritet diqqət yetirmək tapşırılıb.Səfər çərçivəsində təşkil olunan birgə...

05 May 2025, 15:30

Belarusun baş naziri Azərbaycana gəlir

Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə yola düşüb.CityPost.az xəbər verir ki, Belarus Baş naziri Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, ikitərəfli münasibətlər müzakirə olunacaq. Eyni zamanda o, azərbaycanlı həmkarı Baş nazir Əli Əsədovla məhdud və geniş tərkibli görüşlər keçirəcək.Səfər çərçivəsində bir sıra müqavilələrin imzalanması gözlənilir. Eyni zamanda Belarus Baş naziri azad olunmuş ərazilərə səfər edəcək, orada bir sıra obyektlərə baş çəkəcək. Səfər çərçivəsində biznes forum da keçiriləcək....

05 May 2025, 09:56