Bizə yazın

Baku

-°C

USD

-

Elgün İbrahimovun öldüyü ilə bağlı BİRGƏ MƏLUMAT  

Cəmiyyət 29 May 2025, 13:30

1092

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncədə 18 yaşlı Elgün İbrahimovun ölümü ilə bağlı birgə məlumat yayıb.

CityPost.az xəbər verir ki, birgə məlumatda deyilir:

"Xəbər verildiyi kimi, mayın 13-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə intensiv istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Cinayət işi üzrə bütün fərziyyələrin yoxlanılması

Cinayət işi üzrə bütün fərziyyələr, o cümlədən mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi hallar yoxlanılıb.

İstintaqın hazırkı mərhələsində əldə edilmiş sübutlar

İstintaqın hazırkı mərhələsində əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyitin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə-genetik, məhkəmə-tibbi və digər ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilib ki, Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməyib, ona qarşı heç bir zorakı hərəkətlərə yol verilməyib, o, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölüb.

Həmçinin, müəyyən edilib ki, Elgün İbrahimov may ayının 12-də saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarıb.

Bundan sonra Elgün İbrahimov Gəncə şəhərində yerləşən “Naxış” çay evində tanışları ilə görüşüb birlikdə spirtli içki qəbul edib, saat 19:40-da həmin yeri onlarla birgə tərk edib Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının qarşısına qədər gələrək orada tanışlarından ayrılıb, həmin vaxt Elgün İbrahimovun üzərində hər hansı xəsarət izləri müşahidə edilməyib.

Elgün İbrahimov Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək gedib

Daha sonra Elgün İbrahimov saat 20:17-də marketdən 2 qutu siqaret alıb əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhəri, M. Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda gedib, qeyd olunan yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq, orada bir neçə siqaret çəkmiş və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər alıb, saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım avtomaşını vasitəsilə xəstəxanaya təxliyə edilib, may ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Bir daha xatırladılır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında həyata keçirilməli, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır.

Media, sosial şəbəkə istifadəçilərinə, ictimai fəallara müraciət

Mediadan, sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaları yaymamaları xahiş olunur".

Qeyd olunub ki, ibtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib 

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.Citypost.az  xəbər verir ki, paylaşımda qeyd olunub:“Qurban bayramınız mübarək! Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin!”.

06 İyun 2025, 13:13

Samir Nuriyev bu komitəyə rəhbərlik edəcək - Sərəncam 

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.Citypost.az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:Təşkilat Komitəsinin sədriSamir Nuriyev – Azərbaycan Prezidenti Administrasiyasının rəhbəriTəşkilat Komitəsinin üzvləri:Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının milli koordinatoruSahil Babayev – Azərbaycan Respublikasının maliyyə naziriCeyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziriMikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziriVilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər...

06 İyun 2025, 12:40

Sabah yağış yağacaq - PROQNOZ 

Azərbaycanda iyunun 7-də havanın arabir yağışlı olacağı, bəzi yerlərdə leysan yağacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60 %, gündüz 40-45 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi,...

06 İyun 2025, 12:34

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb  

Azərbaycanda fəaliyyətə başlayan “Starlink Azerbaijan” MMC rəsmi olaraq uçota alınıb.CityPost.az-ın əldə etdiyi məlumata görə, şirkət 4 iyun tarixində qeydiyyata alınıb.Şirkətin müraciəti əsasında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) uçotun aparılmasını təmin edib."Starlink" Azərbaycanda peyk üzərindən yüksək sürətli internet xidməti göstərəcək.

05 İyun 2025, 18:59

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam  

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.CityPost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncamla Təşkilat Komitəsi aşağıdakı tərkibdə formalaşıb:Təşkilat Komitəsinin sədriSamir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəriTəşkilat Komitəsinin üzvləri:Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının milli koordinatoruSahil Babayev – Azərbaycan Respublikasının maliyyə naziriCeyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziriMikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziriVilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziriFərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər...

05 İyun 2025, 16:15

Bu rayona sərnişinlər sürətli qatarlarla gedəcək – İlk dəfə  

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə iyunun 15-dən Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadacaq.CityPost.az xəbər verir ki, bilet satışına 5 iyun tarixindən start veriləcək və Bakı–Qazax–Bakı marşrutu üzrə ilk dəfə “Stadler Rail Group” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək.Sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərən qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.Hərəkət cədvəlinə gəlincə, sürətli sərnişin qatarları hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatacaq. Qazax–Bakı istiqaməti üzrə isə...

05 İyun 2025, 16:00