Bizə yazın

Baku

-°C

USD

-

Şərurlu İsfəndiyar barəsində 40-a yaxın məhkəmə işi var...  

Cəmiyyət 05 İyun 2025, 13:17

3585

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

CityPost.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə vəkil Asim Abbasov vəsatətlə çıxış edib.

Emil Səməndərovun vəkili Asim Abbasov bildirib ki, baxılan iş üzrə təqsirləndirilən İsfəndiyar Axundov Binəqədi Rayon Məhkəməsində 40-a yaxın iş üzrə cavabdeh şəxs qismində tanınıb. Həmin işlərin arasında iddiaçının xeyrinə qərar qəbul olunub. Eyni zamanda bir iş hazırda aktivdir, proses davam edir. Bu iddialar içərisində təmin olunan və olunmayanlar var. Vəkil məhkəmədən bunu nəzərə almağı və sorğunun nəticəsinin iş materiallarına əlavə edilməsini istəyib.

Məhkəmə sorğunun nəticəsini iş materiallarına əlavə edib.

Daha sonra Emil Səməndərov ifadə verib:

Onun sözlərinə görə, 2018-ci ildə “Proqress 2016” MTK-da 141 zərərçəkənin, 3 milyon 100 min manat maddi zərərin olduğu bildirilib: " Sonra məlum olub ki, 264 zərərçəkən, 7 milyon 900 min manat maddi zərər var. Bu işin mənə heç bir aidiyyəti olmamasına baxmayaraq son göstərilən maddi ziyandan 5 milyon manat ödəmişəm. Ona görə də İsfəndiyar Axundov mənə dələduz deyib”.

Daha sonra İsfəndiyar Axundov Emil Səməndərova sual ünvanlayıb:

"Sənin atan və yoldaşın məni məhkəməyə verərək məndən niyə 5 milyon tələb edir?

Emil Səməndərov bundan məlumatlı olmadığını bildirib.

Emil Səməndərovun vəkili Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Emil Səməndərovun işi üzrə qeyd olunan protokolların məhkəməyə təqdim edilməsi ilə bağlı vəsatət verib.

Onun sözlərinə görə, “Şərur” MTK zərərçəkənlərə 30 min manatlıq ziyana görə 50 min manatlıq qəbzlərə imza çəkdirib:

"Bu da protokollarda öz əksini tapıb".

Məhkəmədən bildirilib ki, protokollar vəkil sorğusu əsasında verilmir, yanlız məhkəmə sorğusu ilə təqdim edilir.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra məhkəmədə İsfəndiyar Axundovun mediadakı müsahibəsi olan videogörüntüyə baxılıb.

Məhkəmə linqvistik ekspertizanın keçirilməsi ilə bağlı hər iki tərəfin fikrini soruşub.

Vəkil Asim Abbasov bunun məhkəmənin uzadılması ilə nəticələnəcəyi deyib, ekspertizaya ehtiyac olmadığını bildirib.

İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli də qarşı tərəflə eyni fikri səsləndirib. O, sözügedən ekspertizaya ehtiyac olmadığını deyib:

"İsfəndiyar Axundov müsahibəsində Emil Səməndərova qarşı dələduz ifadəsi işlətməyib. Ekspertizanın keçirilməsinə ehtiyac yoxdur. İsfəndiyar Axundov tanınmış şəxsdir. Qarşı tərəf müəyyən təminatlar əldə etmək üçün müvəkkilim barəsində xüsusi ittiham qaydasında şikayət edib".

Məhkəmə videonun linqvistik ekspertizaya verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb.

Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib.

Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək 

Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar 21-23 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.Qeyd edilib ki, 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş...

18 May 2026, 17:00

Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırdı. O qeyd etdi ki, Si Cinpin Prezident İlham Əliyevi Çinin dostu kimi dəyərləndirir.Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev dedi ki, Çin Xalq Respublikasının Sədrinin onu Çinin daimi dostu adlandırmasını yüksək qiymətləndirir.Can Quoçin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında qlobal urbanizasiya gündəliyi ilə bağlı aktual mövzuların müzakirə edildiyini bildirdi, tədbirdə iştirak etməkdən şərəf hissi duyduğunu...

18 May 2026, 16:58

Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşdü

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Sulxan Tamazaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti Vilayət Eyvazovun dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə S.Tamazaşvilini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb, ötən illər ərzində imzalanmış sənədlərin işgüzar mühitin formalaşmasına əlverişli şərait yaratdığı, bunun informasiya mübadiləsində özünü göstərdiyi, transmilli cinayətkarlığın bütün növləri, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində...

18 May 2026, 16:47

Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib 

Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimindən paylaşım edib."Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər", - paylaşımda qeyd olunub.Citypost.az həmin paylaşımı təqdim edir:

18 May 2026, 16:30

III Msvati: Şəhərlərin inkişafına dair yeni proqramın tətbiqini dəstəkləyirik 

Esvatini BMT-nin Məskunlaşma Proqramını (UN-Habitat) Afrika Ölkələri İttifaqı və UNESCO tərəfindən şəhərlərin inkişafına dair yeni proqramın tətbiqi üçün dəstəkləyir.Citypost.az xəbər verir ki, bunu Esvatini Kralı Əlahəzrət III Msvati WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.O qeyd edib ki, belə bir vəzifənin miqyası hökumət, vətəndaş cəmiyyəti və ittifaqlar səviyyəsində sıx əməkdaşlıq və innovativ tərəfdaşlıq tələb edir:"Biz bərpa olunan enerji mənbələrinə, yaşıl infrastruktura və davamlı tikinti üsullarına investisiya yatırmalıyıq. Eyni zamanda insanlar həmişə mərkəzdə olmalıdır. Biz yeni enerji mənbələri, həmçinin bərpa olunan enerji ilə iqtisadiyyatımız üçün davamlı olan standart ənənəvi elektrik enerjisi mənbələri arasında tarazlıq tapmalıyıq"....

18 May 2026, 16:27

İranda Hörmüz boğazı məsələləri üzrə xüsusi qurum yaradılıb 

İranda Hörmüz boğazı ilə bağlı məsələlərlə məşğul olacaq xüsusi qurum təsis edilib."Report" xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.İranın ali təhlükəsizlik orqanı Hörmüz boğazının idarə edilməsi üçün yeni agentliyin yaradıldığını elan edib.Qeyd olunub ki, yeni struktur "Hörmüz boğazındakı əməliyyatlar və son hadisələr haqqında real vaxt rejimində yenilənmiş məlumatlar" təqdim edəcək.

18 May 2026, 16:16