Bizə yazın

Baku

-°C

USD

-

Ədliyyə Nazirliyindən Rasim Həmidova məktub  

Cəmiyyət 03 İyun 2025, 11:01

5703

Əslən Laçın rayonundan olan  keçmiş məcburi köçkün Rasim Həmidov bu günlərdə Ədiyyə Nazirliyin İcra Xidmətinin rəis müavini Faiq Şabanovdan məktub alıb.

Məktubda deyilir:

“Rasim Həmidov bu günlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini Faiq Salmanovdan məktub alıb. Məktubda deyilir: Məhkəmə qərarının icrası ilə bağlı Ədliyyə Nazirliyinə daxil olmuş müraciətinizə baxılmışdır.

Sumqayıt Şəhər Məhkəməsiin 03.10.2022-ci il tarixli icra sənədinə əsasən Sevinc Həmidovadan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 450 manat məbləğində aliment tutularaq sizə ödənilməlidir.

İcra vərəqəsi üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsində başlanmış icraat zamanı borclu alimenti müntəzəm ödəməmiş, onun tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar edilməmişdir.

Həmçinin, Ağcabədi Rayon Məhkəməsinin 28.03.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

Borclunun olduğu yer müəyyən edilmədiyindən icra məmurunun 02.12.2022-ci və 12.04.2023-cü il tarixli qərarları ilə axtarışla şöbəyə gətirilmiş S.Həmidova Ağcabədi Rayon Məhkəməsinin 25.01.2023-cü 10.09.2024-cü il tarixli qərarları ilə hər biri 500 manat olmaqla iki dəfə inzibati qaydada cərimə edilmişdir.

Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə S.Həmidova barəsində müvafiq təqdimat və ona əlavə edilmiş materiallar Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir.

Məhkəmə qərarının icrası yerli icra qurumu tərəfindən nəzarətdə saxlanılır.”

Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun  keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə məlumat  son bir neçə gündə saytların əsas xəbər başlığına çevrilib.

Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması  üçün hər ay,hər  uşağa  görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Yazılanlara görə aliment ödəməli olan S.Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki, icra etməməkdən ötrü müxtəlif cür bəhanələr gətirərək,süni əngəl törətməklə məşğuldur.

Xatırladaq ki,ötən həftə  Rasim Həmidovu Ədliyyə nazirinin müavini,III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov qəbul etmişdi. R.Həmidov  görüş zamanı nazir müavini M.Əhmədova  Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin icra  məmuru Bəhruz Cəfərovun qanunsuz əməllərindən,məhkəmənin qətnaməsinin qəsdən icra olunmamasından və Ədliyyə Nazirliyinin İstintaq Şöbəsinin müstəntiqi Seymur Xəlilovun işə birtərəfli  və qərəzli yanaşmasından,habelə eləcə də S.Həmidovanın qardaşı oğlu Laçın Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Mirəli Həmidovun ona hədə-qorxu gəlməsindən  şikayətçi olduğunu bildirmişdi.Nazir müavini Mübariz Əhmədov daha sonra görüş ərəfəsində  məhkəmənin qətnaməsini qəsdən icra etmədiyinə görə,S. Həmidova barədə cinayət işi açıldığını,istintaq orqanı tərəfindən R.Həmidovun  zərərçəkmiş şəxs qismində,S.Həmidovanın  isə təqsirləndirilən şəxs kimi tanındığıını, yaxın günlərdə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin tələblərinə uyğun olaraq S.Həmidova barədə toplanmış cinayət işinin materiallarının   tədbir görülməsi üçün  müvafiq məhkəməyə təqdim olunacağını demişdi.

S.Həmidova ailə həyatı qurarkən ər evinə guya 79 min manatlıq cehiz əşyaları,15 baş inək gətirdiyinə və həmin əşyaların və mal-qaranın R.Həmidovun evində qaldığına dair iddia ərizəsi ilə  Laçın Rayon Məhkəməsinə müraciət etmişdi.Məhkəmə işinin araşdırılmasını Laçın Rayon Məhkəməsinin hakimi və sədri  Cavad İbrahimov aparıb.R.Həmidov hüquqlarından istifadə edərək  iddiaçının söylədiklərinin heç bir fakta əsaslanmayan,yalan olduğunu sübut edən dəlilləri məhkəməyə  təqdim etmək istəsə də,hakim C.İbrahimov qərəzli mövqe tutaraq nədənsə sənədləri qəbul etmək istəməmişdi. Sənədləri poçt vasitəsi ilə məhkəmənin hüquqi ünvanına göndərmək məcburiyyətində qalan R.Həmidov eyni zamanda  Məhkəmə - Hüquq Şurasına hakim C.İbrahimovun  qanunsuz  hərəkətlərindən şikayət etmişdi.

Laçın Rayon Məhkəməsində S.Həmidova  keçmiş əri R.Həmidova qarşı qaldırdığı 79 min manatlıq mülk iddiasına baxılaraq S.Həmidovanın gəlin gələrkən guya 5100 manatlıq  yorğan-döşək və qızıl əşyaları cehiz gətirdiyinə dair qərar qəbul edib.

R.Həmidov CityPost.az saytının müxbirinə deyib:

Suçlu insanlar kimi hakim C.İbrahimov başını belə qaldırıb üzümə baxa bilmirdi.Proses boyunca S.Həmidova və qardaşı hakimin gözləri qarşısında məni dəfələrlə söyüb,təhqir etdilər. Hakim C.İbrahimov hansı səbəbdənsə,onların bu hərəkətlərinə heç bir reaksiya vermədi,müraciətimi qulaqardına vurub, hüquqi ölçü götürmədi.Qarşı tərəfin  iddiası isə qismən  təmin edildi. C.İbrahimov unutmasın!Zor haqdan irəli keçə bilər,lakin onu əvəz edə bilməz!

Müşərrəfxanım 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək 

Gələn həftə Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri gözlənilir.Bu barədə "Report"a müsahibəsində Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze deyib."Yüksək səviyyəli səfər gələn həftəyə planlaşdırılıb. Latviya Prezidenti Edqars Rinkeviçsin çərşənbə günü (22 aprel - red.) Azərbaycana səfərə gələcəyi gözlənilir", - o deyib.

15 Aprel 2026, 12:39

RƏSMİ: Mənzillərə istiliyin verilməsi dayandırıldı

Respublikanın dağ rayonları istisna olmaqla 2025-2026-cı illər payız-qış mövsümü yekunlaşıb.Bu barədə Citypost.az  “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.Bildirilib ki, istilik mövsümünün tamamlanması ilə əlaqədar olaraq, sistemlərin planlı dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq tədbirlərinə başlanılıb."Mövsüm ərzində regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin edilib", - deyə məlumatda qeyd edilib....

15 Aprel 2026, 12:12

"Zərifə xanımın yazdığı "Yüksək etimad" kitabı bu gün də həkimlərin stolüstü kitabıdır"

Milli Məclisin deputatı Zaur Şükürov YAZIR:15 aprel – Azərbaycan elminin və səhiyyəsinin böyük siması görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanımın fəaliyyəti təkcə onun peşə nailiyyətləri ilə deyil, həmçinin daşıdığı yüksək mənəvi dəyərlər, xalqına olan sonsuz sevgisi və yüksək humanizm prinsipləri ilə ölçülür və onun ömür yolu fədakarlığın, elmi titullardan öncə gələn insanlığın və vətənpərvərliyin ali nümunəsidir.1942-ci ildə orta məktəbi bitirən Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirərək, həkimlik fəaliyyətinə və elmi axtarışlarına başlayır.XX əsrin ortalarında Azərbaycanda göz xəstəlikləri, xüsusilə də ağır nəticələrə, hətta tam korluğa səbəb olan traxoma...

15 Aprel 2026, 12:06

UNEC-in qazi tələbəsi vəfat etdi 

UNEC Qiyabi və Əlavə Təhsil Mərkəzinin III kurs tələbəsi Ülvi Xasayzadə dünyasını dəyişib.Modern.az xəbər verir ki, bu barədə unieversitetin Mətbuat xidmətindən bildirilib.Ülvi Xasayzadə Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib və medallarla təltif olunub.28 yaşlı Ülvü Əlisəfa oğlu Xasayzadənin meyiti aprelin 11-də Sumqayıt şəhərindəki qəbiristanlıqda tapılmışdı. Faktla bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.Allah rəhmət eləsin!

15 Aprel 2026, 11:59

Binəqədidə mebel sexinin fəaliyyəti dayandırılıb

Binəqədi rayonunda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırılıb.Bu barədə Citypost.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 21 ünvanında fəaliyyət göstərən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Məlum olub ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, yanğın su hovuzu mövcud deyil, istehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb, obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi...

15 Aprel 2026, 11:47

Azay Quliyev: Zərifə Əliyeva elmi və mənəvi irsi ilə örnək şəxsiyyətdir

Millət vəkili Azay Quliyev Azərbaycanın tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyevanin xatirəsini anıb.Citypost.az xəbər verir ki, Deputat bildirib ki, Zərifə Əliyeva yalnız böyük alim deyil, həm də yüksək mənəvi dəyərlərə sahib, insanlara xidmət etməyi həyatının əsas məqsədinə çevirən parlaq şəxsiyyət olub. Onun sözlərinə görə, alim Azərbaycanın tanınmış ziyalısı və dövlət xadimi Əziz Əliyevin ailəsində formalaşaraq bu mühitin dəyərlərini yaşadıb və inkişaf etdirib.A.Quliyev qeyd edib ki, Zərifə Əliyeva ömrünü səhiyyənin inkişafına həsr edib, oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər əldə edib və xüsusilə traxoma xəstəliyinə qarşı apardığı mübarizə ilə minlərlə insanın görmə qabiliyyətinin qorunmasına töhfə verib.Millət vəkili vurğulayıb ki, alim ölkənin...

15 Aprel 2026, 11:39