Bizə yazın

Baku

-°C

USD

-

17 il mənzil növbəsi olar?  -  Qazi qurumlardan şikayət edir 

Cəmiyyət 15 May 2025, 12:09

15905

Qarabağ  Müharibəsi qazisi, ikinci  qrup  Qarabağ  əlili   Həsənov  Bəymirzə  Gülmirzə  oğlu  illərdir   dövlət tərəfindən ona  veriləcək  mənzilini   ala  bilmir. 

 

Bu  barədə  CityPost.az-a  qazinin  özü  məlumat  verib.

Qazinin sözlərində görə,2008ci ildən mənzil siyahısında olsa da,ona düşəcək evi hələ də ala bilmir.Yaxın zamanlarda övlad gözləyən ailə yeni ev gözləsələr də,bu arzularına çata bilmirlər.

 

“2002-ci ildə hərbi xidmətə  yollandım. Həmin   vaxt  Füzulidə  postda  xidmət edirdim. Xidmət zamanı düşmən tərəfindən atılan güllə yarasından ağır  yaralandım. İkinci  qrup   əlillliyim  yarandı. Bu gün  həm  əlilliyə  görə pensiya, həm də Prezident təqaüdü alıram. Mənim bu  gün ən böyük problemim qanunla nəzərdə  tutulmuş mənzilin hələ  də mənə  verilməməsi ilə bağlıdır.

05.11.2008-ci ildən etibarən Qarabağ müharibəsi 2-ci qrup əlillərinin mənzil uçot siyahısındayam. Buna baxmayaraq mənzili ala bilmirəm.  Bir neçə dəfə rəsmi müraciət etmişəm. Mənim qeydiyyatım və  yaşayış yerim Yasamal rayonudur.

Cənab Prezidentin göstərişinə görə  evlər yaşayış  yerinə  uyğun şəkildə  verilməliidr. Xahiş edirəm ki, aidiyyatı qurumlar bunu nəzərə alıb mənim mənzillə təmin olunmağıma tez bir zamanda köməklik göstərsinlər.Uzun illər mənzil problemimə görə evlənə bilmirdim.Keçən il ailə həyatı qurdum.Yaxın zamanlarda ata olacam.Övladımı kirayələrdə böyütmək istəmirəm.Atam və anam da mənim himayəmdədir.Hazırda ailəmiz 5 nəfərdən ibarətdir.Övladım dünyaya gəldikdən sonra kirayələrdə yaşamaq həm maddi, həm də mənəvi cəhətdən mənə çətindir”, - deyə   qazi   Bəymirzə   Həsənov  bildirib.

Qeyd edək ki,qazinin himayəsində olan qəhrəman ana   Şövkət Həsənova 11 övlad anasıdır.O, da yaranmış vəziyyətə görə,bu gün narahatlığını ifadə edir.

"Özüm qəhrəman anayam.11 övlad böyütmüşəm.Mənə uşaqlarıma görə verilməli olan sosial mənzil də verilmədi.Bu haqsızlıqdan sonra oğlum,canını vətən üçün fəda edən Bəymirzənin də haqqı tapdanır.Hazırda ailəlidir,hamımız bir yerdə yaşamağa məcburuq.Sənədləri Sosial Müdafiə Nazirliyinə təqdim etmişik.Ailə tərkibimiz də artıb.Elə deyirlər ki, gözləyin,növbəli şəkildə evlər veriləcək.Mən nə bilim növbə nə vaxt çatacaq?Bəlkə növbə çatana kimi biz həyatda olmadıq?Yaxın zamanda nəvəm dünyaya gələcək.Uşağın da,oğlumun taleyini yaşamasını istəmirəm.Bu məsələlərlə bağlı cənab Prezidentə də müraciət etmişəm.Rəsmi şəxslər standart cavab verməklə məsələdən boyun qaçırırlar",-deyə qazinin anası bildirib.

CityPost.az   ailənin istəkləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin  tabeliyində  olan  Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov saytımıza açıqlamasında bildirib ki, məsələ ilə bağlı hazırda sənədlərə baxılır.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailələri, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları mənzil və ya fərdi evlə təmin edilirlər.  

Müharibə ilə əlaqədar əlilliyi olan şəxs Bəymirzə Gülmirzə oğlu Həsənov Yasamal Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülüb. Sosial Xidmətlər Agentliyi tərəfindən vətəndaşa Hövsan qəsəbəsi, Zığ şossesində yerləşən yaşayış kompleksindən mənzil təklif edilib, lakin vətəndaş imtina edib. B. Həsənov 05.05.2025-ci il tarixində otaq sayının artırılması ilə bağlı müraciət edib. Məsələyə qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacaq",-deyə rəsmi açıqlamada qeyd olunub.

Hazırladı: Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Abdullayevlər sülaləsinin 4 generalı üzə çıxdı  -DOSYE

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.Prezident İlham Əliyevin Sərəncamı ilə general-mayor Adil Ələsgər oğlu Abdullayevə "general-leytenant" ali hərbi rütbəsi verilib.CityPost.az  xəbər verir  ki, 48 yaşlı A.Abdullayev ötən il fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini təyin edilib. O son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.Abdullayev FHN-dən öncə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.Oxu24.com-un  əldə etdiyi məlumata görə,Abdullayevlər nəslində daha 3 general da var.Onlar yeni general  rütbəsi almış Adil Abdullayevin əmiləridirlər.Onlardan biri Qüdrət Abdullayev Fövqəladə Hallar  Nazirliyində    Baş Əməliyyat İdarəsinin rəisi vəzifəsini tutur.2008-ci ildən general-mayor ali rütbəsini...

16 Dekabr 2025, 15:18

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu 

Azərbaycan Milli Qvardiyasının komandanı, general-mayor Akif Yusifov vəzifəsindən azad olunub.“Yeni Sabah”ın əldə etdiyi xəbər görə, bu barədə müvafiq sərəncam imzalanıb.Sərəncama əsasən, A.Yusifov ehtiyata buraxılıb. Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2013-cü ildə sərəncamı ilə Akif İsaxan oğlu Yusifov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Milli Qvardiyanın komandanı təyin edilmişdi. Həmin ilin dekabrın 25-də ona general-mayor ali hərbi rütbəsi verilib.

16 Dekabr 2025, 14:35

Son iyirmi ildə FHN üçün 1 134 yeni texnika alınıb

Son iyirmi il ərzində Fövqəladə Hallar Nazirliyi (FHN) üçün 1 134 yeni texnika alınıb.CityPost.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN işçilərinin peşə bayramı günü və nazirliyin yaradılmasının 20-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.Nazir xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə yaradılan nazirlik ötən 20 il ərzində dövlət başçısının qayğısı nəticəsində müasir texnika ilə təmin olunub:"Nazirlik yaradılanda əksər texnika köhnə idi, qısa zamanda nazirliyin texnika bazası müasir avadanlıqla təmin olunub. Ötən illər ərzində 1 134 yeni texnika alınıb. Qısa müddət ərzində nazirliyin 9 regional mərkəzi istifadəyə verilib. Xüsusi ixtisaslı kadrların hazırlanması məqsədi...

16 Dekabr 2025, 14:27

Vətən müharibəsi və antiterror əməliyyatında iştirak edənlər cəzalarından tam azad ediləcək 

Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad ediləcək.CityPost.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb.Layihəyə əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər:- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında,...

16 Dekabr 2025, 14:11

Cəmil Həsənli yenə DTX-yə çağırıldı 

Milli Şuranın sədri, böyük tarixçi alim Cəmil Həsənli yenə DTX-ya çağırılıb.CityPost.az  xəbər verir k, bu barədə Cəmil Həsənli özünün sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, bu gün saat 3-də yenidən DTX-yə dəvət edilib.Onun Abbas Abbasovla əlaqələrinə görə çağırıldığı ehtimal edilir. Dəqiq məlumat açıqlanmayıb.Qeyd edək ki, “Ramiz Mehdiyev işi” ilə əlaqədar noyabrın 29-da AXCP sədri Əli Kərimli və bir neçə partiya funksioneri saxlanılıb....

16 Dekabr 2025, 13:37

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq 

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq.CityPost.az   xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları, əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib....

16 Dekabr 2025, 13:21