Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşıb

İqtisadiyyat 04 İyun 2025, 10:21

374

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.05 ABŞ dolları və ya 1.53% artaraq 69,87 ABŞ dollarına bərabər olub.

  

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,82 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan nefti 2% ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,4 ABŞ dolları və ya 2% azalaraq 68,47 ABŞ dollarına bərabər olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,87 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

05 İyun 2025, 10:00

Azad edilmiş ərazilərdə daha 6 kiçik SES tikiləcək  

Yaxın vaxtlarda azad olunmuş ərazilərdə daha 6 kiçik su elektrik stansiyasının (SES) tikintisinə başlanılacaq.CityPost.az xəbər verir ki, bunu bu gün Xankəndi şəhərində keçirilən “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında "Azərenerji" ASC-nin rəhbərinin müşaviri Vüqar Əliyev bildirib.Onun sözlərinə görə, azad olunmuş ərazilərdə gücü 276,6 MVt olan 34 KSES istismar olunur, yeni layihələrinin başa çatması ilə onların sayı 38-ə gücü isə 307 MVt-ə çatdırılıb.Vüqar Əliyev onu da qeyd edib ki, KSES-də faydalı iş əmsalı maksimum 60%, minimum isə 30% təşkil edir....

30 May 2025, 15:14

Azərbaycan neftinin qiyməti azalıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.63 ABŞ dolları və ya 0.93% azalaraq 67,15 ABŞ dollarına enib.  Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,78 dollar təşkil edib.

30 May 2025, 11:12

Maliyyə Nazirliyinə yeni təyinat olub  

Maliyyə Nazirliyinə yeni təyinat olub.Bu barədə Citypost.az-a Nazirlikdən bildirilib. Məlumata görə, may ayında etibarən Elvin Hacıyev Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Təhlil və Koordinasiya şöbəsinin müdiri təyin olunub.Qeyd edək ki, Elvin Hacıyev yeni vəzifəsinə qədər “Bakı Metropoliteni" QSC-nin Daxili audit departamentin rəisi olub.Bundan əvvəl isə E. Hacıyev Auditorlar Palatası, İqtisadiyyat Nazirliyi, Hesablama Palatası və Azərbaycan İnvestisiya Holdinqində müxtəlif vəzifələrdə çalışıb.

29 May 2025, 16:00

Azərbaycan süd və qaymaq idxalını 34%-ə yaxın artırıb  

Azərbaycan süd və qaymaq idxalını 34%-ə yaxın artırıbBu ilin yanvar-aprel aylarında Azərbaycan 5 min 880 ton süd və qaymaq idxal edib.CityPost.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 9 milyon 402 min ABŞ dolları təşkil edib.Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 480 ton (33,6 %), dəyər baxımından isə 2 milyon 615 min ABŞ dolları (38,5 %) çoxdur.Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib....

28 May 2025, 14:30

Azərbaycan neftinin qiyməti 67 dollardan aşağı enib  

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,29 ABŞ dolları azalaraq 66,43 ABŞ dollarına enib.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,72 dollar təşkil edib.

28 May 2025, 10:44